TƏRS BAXIŞ
Yaxud, milli satqın ABŞ səfərindəki təəssüratlarını sosial şəbəkədə niyə fəxrlə bölüşür?
Müxalifət düşərgəsi cinahında yer alan "D18" adlı hərəkatın sədri Ruslan İzzətli ötən günlərdə ABŞ-da səfərdə olduğunu və orada bir sıra görüşlər keçirdiyini "facebook"dakı səhifəsində qeyd edib. Əslində, bu onun ABŞ-a ilk səfəri deyil və burada əsas məqsəd onun müəyyən anti-Azərbaycan qüvvələrindən təlimatlar alması marağının dayanması şübhəsizdir. Bu barədə yazının son hissələrində qeyd edəcəyik...
AXCP və Müsavat kimi partiya liderləri ilə "kəllə-kəlləyə" gələn Rsulan İzzətli erməni lobbisindən "yeni müxalifətçilik", ya da müxalifətdə "yeni sima" kimi görünmək tapşırığını alıb
Hələlik isə, digər bir nüansa toxunaq. Maraqlısı budur ki, dəfələrlə erməni lobbisinin təlimatları ilə fəaliyyət göstərən xarici şəxslərlə əlaqədə olduğunu gizlətməyən bu satqın gənc özünü və hərəkatını müxtəlif "vətənpərvərlik missiyaları" adı altında pərdələyir. Hətta zaman-zaman radikal müxalifətdə təmsil olunan AXCP və Müsavat kimi partiya liderləri ilə də, necə deyərlər, "kəllə-kəlləyə" gələn İzzətli, söz yox ki, "yeni müxalifətçilik", ya da müxalifətdə "yeni sima" kimi görünməyə cəhdlər göstərir. Təbii ki, burada ümidlərini radikal və xəyanətkar müxalifətdən üzən xarici ermənipərəst təşkilatların bu dəfə Ruslan İzzətli kimi satqını ortaya atmaları müəyyən addımlara hesablanıb. İlk baxışda görünən budur ki, Azərbaycana qarşı çıxan qüvvələr yeni radikalçını ortaya çıxarmaqla, növbəti planlarını reallaşdırmağa çalışırlar.
Misal üçün, "D18" hərəkatının sədri növbəti təlimata əsasən, AXCP sədrini hədəfə alıb: "Əli Kərimli xalqın dərdini, şanlı tarixini siyasi propaqanda aləti edərək əxlaqsızlıq nümayiş etdirir".
Buna sadə bir misal gətirək. Məsələn, media vasitəsilə özünü ictimai rəyə "tanınmış müxalifətçi" kimi sırıyan Ruslan İzzətli 20 yanvar günü AXCP sədri Əli Kərimlinin məlum foto-şişirtməsini tənqid edən yazı ilə çıxış etmişdi. Cəbhə sədrinin Şəhidlər Xiyabanını ziyarəti əsnasında guya arxasında "minlərlə" tərəfdarının olmasını sərgiləmək cəhdinə münasibət bildirən "D18" hərəkatının sədri bildirib ki, "xalqın dərdini, şanlı tarixini siyasi propaqanda aləti etmək əxlaqsızlıqdır". Göründüyü kimi, ortadakı məqam onun AXCP sədri Əli Kərimiyə hücumu amili dayanıb. Bunu isə o, özbaşına etməyib, ABŞ-dakı ağaları tapşırıb. Niyəsini isə bayaq qeyd etmişik.
Ruslan İzzətli keçirdiyi görüşlərdə guya Azərbaycanda demokratiya və insan haqları sahəsində ciddi problemin olduğunu, 100-lərlə (?!) siyasi məhbusun olduğunu bəyan edir
İndi isə yazının əvvəlində qeyd edilən amilə geri dönək. Ruslan İzzətlinin
ABŞ səfərinin arxasında hansı məqsədlərin durmasının məhz keçirdiyi görüşlərdən açıq şəkildə məlumdur. Belə ki, Ruslan İzzətli keçirdiyi görüşlərdə guya Azərbaycanda demokratiya və insan haqları sahəsində ciddi problemin olduğunu, 100-lərlə (?!) siyasi məhbusun olduğunu bəyan edir və vacib məsələ də budur ki, o, daha öncəki səfərlərində də heç bir dəyişiklik etmədən, hətta çıxışlarına düzəlişlər belə əlavə etmədən eyni məzminlu çıxışlar edir. Daha sonra isə ABŞ-ın qanunverici orqanlarında, məsələn, Konqres və Senatında fəaliyyət göstərən, erməni lobbisinin maliyyəsi ilə iş aparan şəxslərlə şəkillər çəkdirib, onları sosial şəbəkədə paylaşır. Ümumiyyətlə, heç bir araşdırma aparmadan, təhlillər təşkil etmədən, ümumiyyətlə, hüquqi sahədə təhsili olmayan belə bir şəxsin insan haqlarından danışması kifayət qədər maraqlı görünür və sual yaradır - Ruslan İzzətli, sənə bu missiyanı yerinə yetirmək üçün kim əmr verib və alacağın ödənişin neçə dollardır? Axı yersiz iddialarla gündəmə çıxmaq cəhdlərin səni və səni idarə edən ermənipərəst ağalarını daha çox ifşa edir!
Azadlığa buraxılan şəxslər hazırda ev-eşkilərində, ailələrində olsalar da, Ruslan İzzətli onların adlarını hələ də "siyasi məhbus" kimi öz çirkab dəftərində saxlayır
Halbuki fakt budur ki, ölkə başçısının imazaladığı çoxsaylı əfv fərmanları nəticəsində hər il kifayət qədər şəxs azadlığa buraxılır və bu faktor artıq bir ənənə şəklini alıb. Baxın, əgər azadlığa buraxılan şəxslər hazırda ev-eşkilərində, ailələrində olsalar da, Ruslan İzzətli onların adlarını hələ də "siyasi məhbus" kimi öz çirkab dəftərində saxlayır, qarşısına çıxan hər bir erməni lobbisinin satılmış tulasına göstərir, üstəlik, Azərbaycanın milli maraqlarına xəyanət edir. Onun tapşırığı da budur ki, Azərbaycan barəsində beynəlxalq səviyyədə mənfi imic yaratmaq və bu rüsvayçı işi davamlı şəkldə aparmaq.
Bu məqsədlə "Azərbaycanda Demokratiya Aktı" adlı sənəd hazırlayan anti-azərbaycançı konqresmen Kristofer Smitlə görüşüb
Yeri gəlmişkən, Ruslan İzzətli budəfəki səfərində erməni lobbisinə xidmət göstərən, onların dəstəyi ilə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini Konqresdə müzakiryə çıxararaq, qəbul etdirməyə çalışan və bu məqsədlə "Azərbaycanda Demokratiya Aktı" adlı sənəd hazırlayan anti-azərbaycançı konqresmen Kristofer Smitlə görüşüb...
Bu gün bu xəyanətkar, satqın və mənəviyyatsız bir gəncin həyatını araşdırarkən bəlli olur ki, o, əslən Ağdam şəhərindəndir! Bəli, Ruslan İzzətli işğalçı, təcavüzkar ermənilərin hücumları nəticəsində öz yurdundan didərgin düşən, məcburi köçkünlük həyatı yaşayan biridir! Bu səbəbdən, onun ermənilərin baş nökəri ilə hansı sahədə əməkdaşlıq edəcəyi, özünün də həmin nökərlər sırasında yer alması çox maraqlıdır...
Baxın, bu milli satqın sosoal şəbəkədə nəyi fəxrlə qeyd edib, şəkillərini paylaşır. Sitat: "Amerika Konqresində 20-yə yaxın konqresmenlə görüşmüşdüm. Görüş zamanı "D18" hərəkatı və ölkəmizdə demokratiyanın durumu və siyasi məhbus məsələsi haqda geniş bilgi vermişdim. Bu gün, hər birinə sənəd halında daha geniş bilgi göndərdim..."
Bununla da kifayətlənməyərək, xalqın dəstəklədiyi hakimiyyəti öz təbirincə "avtoritar" adlandıran bu vicdansız, ləyaqətini itirmiş və heç bir milli qüruru olmayan ucuz fərd özünü az qala bütün müxalifətin "lideri" kimi təqdim edərək, "demokratiya sərhəd tanımır" deyib, "demokratik" dünyanı öz mübarizəsinə (??!!-R.N.) cəlb edəcəyini sərsəmləyir!!!
Ancaq fakt budur ki, ortada da məhz faktlar var. Necə deyərlər, fakt faktı təsdiqləyir...
Rövşən NURƏDDİNOĞLU