PDF Oxu

Müxalifət

  • 1 845

Niyə məhz terrorçu dəstələr Dağlıq Qarabağı seçirlər?

image

Arzu Nağıyev: "Terrorçu silahlı dəstələrdən Sarkisyan rejiminin saxlanmasında istifadə olunur "

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, nəyə görə Sarkisyan rejimi terrorçu qruplaşmaların nəzarətsiz zona olan Dağlıq Qarabağda hərbi təlimlər keçməsinə maraq göstərir?

- Düşünürəm ki, əsas məqam Dağlıq Qarabağ ərazisində qanunsuz əməllərin, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət etmək, qaçaqmalçılıq və digər əməllərə nəzarət etməklə bağlıdır. Bundan başqa, Sarkisyan və onun komandası Dağlıq Qarabağ münaqişəsinin üzərindən gəlib hakimiyyəti zəbt ediblər. Yəni onların özləri də qanunsuz silahlı terror dəstələrinə rəhbərlik edən səhra komandirləri stutusunda olan cinayətkarlar olublar. Məhz bu məqamlara görə onlar Dağlıq Qarabağın işğal olunmuş ərazilərini terrorçuların poliqonuna çevirməkdə maraqlıdırlar.

- Sarkisyanın terrorçu təşkilatlarla əlaqələrinin olması fakt olduğu halda, dünyanın aparıcı dövlətləri buna susqunluq göstərirlər. Burada səbəb nədir?

- Dünyanın aparıcı dövlətləri deyəndə, əgər bu münaqişənin sülh yolu ilə həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə baxsaq, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü orada təmsil olunur: Rusiya, ABŞ və Fransa. Əgər münaqişə ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilmirsə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti son 20 ildə deklorativ bəyanatlardan o yana keçmirsə, hansı müsbət münasibətdən danışmaq olar. Səbəb də, həmişə olduğu kimi, Ermənistana separat danışıqlar yolu ilə dəstək verməkdir.

- Ehtimal etmək olarmı ki, terrorçu təşkilatlar işğal altında olan Dağlıq Qarabağda hərbi təlimlər keçmələrinə görə Sarkisyana maddi yardımlar edirlər?

- Bu, o qədər də inadırıcı deyil. Lakin həmin terrorçu silahlı dəstələrdən Sarkisyan rejiminin saxlanmasında istifadə edilə bilər. Bu isə maddi yardımdan da irəlidir. 2015-ci ildə belə bir gərginlik yaşandığı dövrdə, məhz Dağlıq Qarabağ ərazisindən dəstək vermək üşün silahlı dəstələr Yerevana gətirlmlşdi. Bu, həm orduya inamsızlıqdan, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətsiliyindən və Sarkisyana loyal olmamasından irəli gəlir.

GÜLYANƏ

Digər xəbərlər