PDF Oxu

Müxalifət

  • 1 810

Müsavatdakı avtoritarizmin daha bir nümunəsi- FAKT!

image

"Azərbaycan xalqının siyasi yengələrə ehtiyacı yoxdur"

İctimai fəal Əbülhəsən Abbasov Müsavat partiyasının rəhbərliyi haqqında, oradakı anti-demokratik mühitlə bağlı bəyanat yayıb. Ə.Abbasov bəyanatda deyir ki, xalqımı, onun həqiqəti bilmək haqqını rəhbər tutaraq, baş vermiş bir hadisə barədə məlumatlandırmaq istəyirəm. Vaxtaşırı müxtəlif ictimai-siyasi dairələri təmsil edən və yaxud da heç bir siyasi mənsubiyyəti olmayan gənclərlə görüşlərimiz olur. Görüşlərimiz, bir qayda olaraq, maraqlı keçir: əhəmiyyətli problemləri müzakirə edir, faydalı fikir mübadiləsi aparırıq. Çalışırıq ki, mülahizələrimiz elmi dəlillərə və faktlara söykənsin, subyektivlikdən və qərəzdən uzaq olsun, pozitivə xidmət etsin. 2015-ci ilin dekabrında növbəti görüş barədə arzular bildirildikdə, mən məmuniyyətlə razılaşdım, lakin görüşün daha geniş bir məkanda və formatda keçirilməsinin məqsədəuyğun olmasını xahiş etdim. Beləliklə də, gənclərin öz təşəbbüsü, İsa Qəmbərin və mənim razılığımız əsasında 19 fevral 2016-cı il tarixində strateji düşüncə mərkəzində konfrans tipli tədbirin keçirilməsi qərara alındı. Tədbirdə "Dünya problemləri: bəşəriyyət qlobal kapitalizmin girovunda" mövzusu ilə əsas məruzəçi qismində mən çıxış etməliydim. Məni qəne etməyən, ciddi daxili etiraz yaradan o oldu ki, keçirilmiş tədbirdən sonra mənim çıxışımın həm mətni, həm də vidiosu ictimaiyyətdən gizlədildi, yalnız moderatorluq edən İsa Qəmbərin konfransın əvvəlində, ortalarında və sonunda səsləndirdiyi fikirlər, ümumi çıxış şəklində, yayımlandı ("demokratların" adını "dəyirmi masa" qoyduqları tədbirdən informasiya kimi!). Görəsən, söz-fikir azadlığından, plüralizmdən, insan haqlarından, demokratiyadan dəm vuran, gecə-gündüz başqalarını ədalətsizlikdə, yalançılıqda suçlayan, Məmmədəmin Rəsulzadə irsinə sahiblik etmək istəyən bu cənabları əndişələndirən nə olub? Mənim elmi əsaslara, məntiqə, tarixi-faktoloji dəlillərə söykənən çıxışım, söylədiyim qənaətlər bunların hansı "ağrılı yer"lərinə toxunub? Hörmətli İsa Qəmbərə, Arif Hacılıya, Vaqif Hacıbəyliyə və bu sırada olanlara kimlər tərəfindən və nə vaxtdan səslənən fikirlərə qadağa qoymaq, alim sözünü ört-basdır etmək hüququ verilib?! Hər halda, Azərbaycan xalqı nəyin düz, nəyin əyri olduğunu daha yaxşı müəyyənləşdirə bilər, onun siyasi yengələrə ehtiyacı yoxdur!"

Ə.Abbasov daha sonra bildirib ki, İsa Qəmbər və Arif Hacılı Müsavatdakı demokratik havanı tamamilə boğublar, bir nəfər də olsun normal düşüncəli gənc orada qalmayıb, hamısı istefa verib: "Bir sözlə, bu millət liberoidlərin əlində can verən debiloidlər cərgəsinə qoşulmaq arzusunda deyil. Sizlər onu "ağ günə" qovuşdurmaq cəhtində bulunmayın! Belə ki, həqiqət həmişə Haqqdan uzaq adamların üzünə bağlı olur! Bu hikməti İsa bəy yox, İsa peyğəmbər söyləyib. Akvinalı Foma isə belə buyurub".

Samir

Digər xəbərlər