PDF Oxu

Müxalifət

  • 1 413

"Milli Şura"nın üzvləri nə işlə məşğuldur?

image

"Yersiz, radikal və mahiyyəti bəlli olmayan bəyanatlar verməkdə mahirdirlər"

Uzun müddətdir ki, "Milli Şura" adlanan qurumdan heç bir xəbər-ətər yoxdur. Seçkidən-seçkiyə "aktiv" olan bu qurum il ərzində cəmi iki dəfə- yayda və yazda gözə kül üfürmək üçün keçirdiyi xırda toplantılarla yadda qaldı. Necə deyərlər, "Milli Şura" hazırda qış yuxusuna gedib. Bəs bu qurumun üzvləri hazırda hansı işlə məşğudurlar?

Elspert Seymur Süleymanov bildirib ki, Əli Kərimli və "Milli Şura"nın hansı məqsədlərə xidmət etdiyi naməlumdur: "Bu gün belə bir həssas məqamda özlərini müxalifət adlandıran "Milli Şuraçılar" sırf dövlətimizə qarşı düşmən mövqedə dayanıblar. Başqa vaxtlar iqtidara "ağıl" verməyə cəhd edən bu adamlar indi gözə dəymirlər. Çünki Əli Kərimlinin rəhbərlik etdiyi qrupa və Milli Şura"ya gəldikdə, bu iki qruplaşma dövlətin maraqları yönündə fəaliyyətdən qaçır. Çünki bunların məqsədi naməlumdur. Əli Kərimli və "Milli Şura" böhrandan çıxış yolu göstərmək əvəzinə cəmiyyətdə baş verən proseslərdən kənarda qalmağa üstünlük verir. Bu da onların heç bir fəaliyyətinin olmadığını göstərir. Belə etdikləri halda cəmiyyətdə nüfuzlarını itirirlər".

Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlu da sosial şəbəkələrdə yazdığı statusda "Milli Şura"nın heç bir funksiyaya malik olmadığını bildirib: "Yersiz, radikal, mahiyyəti bəlli olmayan bəyanatlar verməkdə mahirdirlər. İşə, proqrama gələndə yaxsını kənara verirlər. Bu qurumun tutduğu mövqe heç də cəlbedici deyil, bütün məsələlərə öz prizmalarından yanaşıb qərar verirlər, ittiham edirlər. Qurumun üzvləri də yəqin ki, öz işləri ilə məşğuldurlar, siyasətdən uzaq işlərlə...".

AXCP-dən istefa vermiş Sənan Nisanov bildirib ki, "Milli Şura" yaradılanda ona da təklif olunub ki, üzv olsun: "Lakin bu, mənə ağır gəldi. Əgər mən bu quruma üzv olsa idim, hər şeyi üzlərinə deməli idim. Əli Kərimli məni çağırdı, üzv olmağımı istədi. Amma qarşımda da şərt qoydu ki, danışmayacaqsan. Təbii ki, mən də üzv olmadım. Nə yaxşı ki, belə oldu. "Milli Şura"nın bəzi üzvləri ilə arabir görüşürəm. Hamısı bekar adamlardır, günlərini çayxanada yola verirlər. Nə istədiklərini özləri də bilmirlər. AXCP çayxana partiyası olmuşdu, "Milli Şura"nı da belə elədilər. Səsləri havalar qızışanda çıxacaq, yəqin ki, yığışıb yüngülvari bir mitinq keçirərlər ki, varlıqlarını göstərsinlər".

Samir

Digər xəbərlər