PDF Oxu

Müxalifət

  • 1 834

Dağıdıcıların siyasətdə aldıqları qiymət - "2"!

image

Hələ 2010-cu ilin parlament seçkilərindən sonra xalqın etimadını qazana bilməyən müxalif siyasilərin deputat olmaq arzuları puç olan zaman düşərgə daxilində formalaşdırılmış müxtəlif birliklər indi də bir-birinə qarşı digər adlar, lakin eyni müstəvidə müharibə aparırlar.

Maraqlıdır ki, 2010-cu il parlament, 2013-cü il prezident, 2014-ci il yenidən parlament seçkilərində bu və ya digər şəkildə uduzanlar cığallıq edərək yeni ideyalar ətrafında baş sındırmağa başlayıblar. Nəticədə isə, orada növbəti fikir ayrılıqları, narazılıqlar daha da artıb. Hətta sonradan yaradılmış qurumlar da parçalanmağa başladı ki, bunun da nəticələri göz qabağındadır.

Narazılığın əsas səbəbi...

Çünki radikal müxalifət yarandığı gündən etibarən Müsavat başqanı İsa Qəmbərin, eləcə də, AXCP sədri Əli Kərimlinin inhisarına keçən qurum və birliklər nəticə etibarilə iki partiyanın bir-birlərinə qarşı mübarizə meydanına çevrilib. Bu ətrafda narazılığın bir səbəbi də, seçkilərlə bağlı statusu bəlli olmayan qurumlarda iddiaların əmələ gəlməsidir.

Qeyd etmək lazımdır ki, dağıdıcılar bundan əvvəl də "İctimai Palata"ya oxşar "SİDSUH", "Demkonqres", BBU kimi oyuncaq qurumlar yaradıblar. Ancaq bu "təşkilatlar" da sosial baza yoxluğundan, tərəfdar qıtlığı, eləcə də AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər arasındakı intriqa və çəkişmələr üzündən dağılıb getmişdir. Artıq eyni taleni "İP" də yaşayıb öldü, "Milli Şura" da ölüm üzrədir. Belə desək, dağıdıcılar elə özləri-özlərinin nəfəslərini kəsməkdə davam edirlər.

Düşərgədaxili narazılıqlar və gərginlik daha da artacaq

Göründüyü kimi, dağıdıcılar hələ də sözü bir yerə qoyub birləşə bilmir. Yenə şəxsi maraqlar milli maraqları üstələdi, birinin namizədliyini digəri həzm edə bilmədi. Bu isə o deməkdir ki, bundan sonra düşərgədaxili narazılıqlar və gərginlik daha da artacaq və heç də şübhə yoxdur ki, hər iki partiya sədri 20 ildir ki, olduğu kimi, yenə də onları çox yaxşı tanıyan xalq tərəfindən layiqli qiymətlərini alacaqlar. Yəni siyasətdə aldıqları qiymət elə "2" olaraq da qalacaq...

RƏFİQƏ

Digər xəbərlər