PDF Oxu

Müxalifət

  • 1 704

Sabiq səfir guya təzə söz danışdı

image

SİYASİ RAKURS

Azərbaycan müxalifətinin birləşməsinə ehtiyacın olduğunu deyən Arif Məmmədov hələ də elə sanır ki, düşərgə onu "lider" edəcək

Radikal müxalifət mətbuatında Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin keçmiş rəhbəri olmuş Arif Əliyevi "qiyamçı səfir" və s. tipli adqoymalarla ictimai rəyə yeni sima fonunda təsir edəcəklərini düşünənlər yanılıblar. Çünki onların gözləntiləri istədikləri nəticəzi vermədi. Binəqədi rayonu ərazisində baş vermiş faciəli yanğından sonra sosial şəbəkədə "od püskürən" sabiq səfir və onu bu işə sövq edənlər sanırdılar ki, "diplomat" bununla müxalifət düşərgəsinə keçəcək və orada yeni "ideyalarla" çıxış edəcək.

İctimai-siyasi hadisələrə baxış "0" həddində

Amma görünən budur ki, sən demə bu adamın, ümumiyyətlə siyasi bilgisi, ictimai-siyasi hadisələrə baxışı "0" həddindəymiş. Biz bunu onun istər daha öncə, istərsə də hazırkı müxalifətyönlü açıqlamalarında və bəyanatlarında görməkdəyik.

Məsələn, dünyada davam edən iqtisadi böhrandan belə öz şəxsi məqsədləri üçün istifadə edən düşərgə mənsubları guya ki, "Azərbaycanda ciddi təhlükələrin olması ehtimallarını" heç bir əsas, yaxud da sübut olmadan ortaya ataraq ayrı-ayrılıqda tədbirlər keçirir, koalisiyalar, birliklər yaradıb, özləri üçün danışırlar. Yəni bu amilin özü, ilk növbədə belə ittiham irəli sürməyə əsas verir ki, müxalifət öz daxilində kəskin böhran yaşayır, birləşə bilmir, parçalanır və s. Belə olan halda, düşərgə mənsublarının dünyanı bürüyən böhran faktoru üzərində bu və ya digər şəkildə çıxış yolu tapmaq cəhdləri, həqiqətən də gülünc təsir bağışlayır. Sual olunur ki, siz özünüzə bir çarə tapa bilmirsinizsə, qlobal böhranla nə işiniz var?

23 ildir ki, bir-birlərini asıb-kəsən, çapıb-talayan müxaifət liderlərinin bundan sonra birləşə bilmələri kifayət qədər absurd iddiadır

Məhz bu məsələni təhlil edərkən, sabiq səfirin bu günlərdə irəli sürdüyü fikir növbəti gülünc məqamı ortaya çıxarıb. Demək, bu adam deyir ki, əvvəllər bu, o qədər önəmli olmasa da, günümüz etibarilə, ölkədə yaranmış sosial-iqtisadi böhran fonunda müxalifətin birləşməsinə ehtiyac var. Yəni müxalifət daha öncələr birləşməyə, bir-birini qıra bilməkdə sərbəst idi, indi isə birləşməlidir. 23 ildir ki, bir-birlərini asıb-kəsən, çapıb-talayan müxalifət liderlərinin bundan sonra birləşə bilmələri kifayət qədər absurd bir iddiadır. İndi birdən-birə, təzəcə ortaya çıxmış eks-səfir bphranı bəhanə gətirib, müxalifətin birləşməsinin vacibliyi ideyasından danışır və elə bilir ki, təzə nə isə deyib. Halbuki burada təzə heç nə yoxdur və onun cəhdləri yalnız özünə qalan əziyyətidir.

Digər tərəfdən, radikal müxalifət onu istədiyi kimi istifadə edə bilməsə də, bir müddət onun ətrafında var-gəl edib gündəmdə qalmağı bacardı. İndi isə Arif Məmmədov onlar üçün sadəcə işlənmiş əl kağızıdır, vəssəlam!

Daha bir amil. Sabiq səfir iddia edir ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı sərt tələblər qoyur və s. və guya onlar hakimiyyətlə əvvəllər xahişlə danışırdılarsa, indi bu, belə deyil (?!). Ona görə də ictimaiyyət müxalifətdən yeni yanaşmalar gözləyir... Maraqlıdır, bu xalq üçün, ümumiyyətlə müxalifət deyilən bir tandem mövcuddurmu? Bu ölkədə müxalifət olsa-olsa, parlamentdəki partiyalar və kənarda olan bir neçə konstruktivlərdirlər ki, onlar dövlətin mövqeyini müdafiə edir və lazım olanda tənqidlərini və iradlarını da irəli sürürlər. Radikallar isə artıq çoxdan məhv olub öz çirkablıqlarında batıblar. Dağıdıcılıq prinsipi ilə hakimiyyətə gəlmək istəyənlərin özləri dağılıb uçuruma yuvarlandıqları halda, hansı yanaşmalardan söhbət gedə bilər axı?

Onun boş yerə çərənləməsi sadəcə publikaya istiqamətlənmiş sərsəmlikdən başqa bir şey deyil...

Başqa tərəfdən, bu gün bəzi beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətinə qarşı kəc, əyri baxması ilk hadisə deyil və təəccüb doğurmur. Lazım olduqca, onların ölkəmizə qarşı qərəzli münasibətlərinin bütün məcralarda, cavabları verilir, bundan sonra da veriləcək! Bu gün beynəlxalaq təşkilatlar Arif Məmmədovun iddia etdiyi kimi, ölkəmizə münasibətdə sərt danışsaydılar ən azından sanksiyalar tədbiq olunardı. Əgər bu yoxdursa, onda onun boş yerə çərənləməsi sadəcə publikaya istiqamətlənmiş sərsəmlikdən başqa bir şey deyil...

Bu fərd öz "ideyasına" qapılaraq hesab edir ki, müxalifət yeni taktika ortaya qoymalıdır. Yəni böhrandan sonra bölgələrdə insanlar etiraz olaraq küçələrə çıxırlar və s. Hanı bəs bölgələrdə küçələrə tökülüşən camaat, Arif Məmmədov? Yoxdurlar! Ona görə ki, dövlət başçısı müvafiq tapşırıqlarını verib və bütün detallara şəxsən özü nəzarət edir, dövlət strukturlarında minlərlə iş yeri vakansiyaları xalqa təqdim olunub və artıq yüzlərlə insan işlə təmin olunaraq, evlərinə çörək aparır. Təbii ki, bu mexanizm tam olaraq işə düşməsə də, arıtq ilk addımlar atılır və atılmaqda da davam edəcək. Əgər radikalların dediyi kimi, "qiyamçı səfir" indi də ümidini bölgələrə dikibsə, yenə də yanılır demək!

Çünki müxalifət bəzi qüvvələrin ölkəmizdə yaratmağa cəhd etdikləri, lakin reallaşdıra bilmədikləri bu məsələdən də yararlanıb birləşməyi bacarmadı. Ona görə də Arif Məmmədov yatıb yuxusunda gördüklərini sonradan klaviatura arxasına keçib "facebook"da qəhrəmanlıq kimi göstərməsin. Əgər bu qədər dövlət və xalq sevgisi varsa, özündə kişilik, hünər tapıb gəlsin Azərbaycana və siyasi baxışlarını virtual deyil, real surətdə idarə etsin. Etmirsə, edə bilmirsə, köhnə, kimsəyə lazım olmayan, hətta zəhlətökən "ideyaları" ilə xalqın qiymətli vaxtını almasın...

Rövşən RƏSULOV

Digər xəbərlər