PDF Oxu

Müxalifət

  • 2 564

Millət vəkilindən Pənah Hüseynə sillə kimi cavab!

image

"Pənah Hüseyn bu cür aşağı səviyyəli çıxışı ilə öz səviyyəsini ifadə edir"

Həmişə çılpaq, populist çıxışlarla, yersiz ittihamlarla gündəmə gəlməyə çalışan AXP-nin sədri Pənah Hüseyn bu dəfə də ənənəsini davam etdirib. Belə ki, o, "Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli haqqında ittihamlar səsləndirib. Onun "Tahir Kərimli, ümumiyyətlə diz çökməyə vərdiş edib" ittihamına Tahir Kərimlinin də ona cavabı çox gecikməyib. Millət vəkili T.Kərimli bildirib ki, Pənah Hüseyn çıxışları ilə həmişə öz səviyyəsini göstərir: "O, illərlə qaçıb-gizlənərək fərd qarşısında diz çökməyib. Pənah Hüseynin bu cür aşağı səviyyəli çıxışı isə, doğrudan da özünə qarşı deyilən iddiaları doğruldur. Görünür, öz səviyyəsini ifadə edir. Mən təəssüf edirəm ki, zaman-zaman onu müdafiə eləmişəm və həmişə çalışmışam ki, onu müdafiə edim. Pənah Hüseyn xüsusi olaraq başa düşməlidir ki, qələt yağ küpəsində olur. Kimin necə işləməsini hamı bilir. Kimin pul yığmaqla, rüşvətxorluqla məşğul olduğunu da hamı bilir. Heç kim mərhum Əbülfəz Elçibəyin Milli Məclisdə oturması haqqında söz deməyib. Elçibəyə sözlər həm təklikdə, həm də AXC-nin ali məclisində üzünə deyilib. Rəhmətlik Vaqif Səmədoğlu və digər 38 adam da onu müdafiə edib. Kim deyib ki, biz demişik guya Elçibəy Milli Məclisdə oturub? Heç olmasa düzgün cavab vermək lazımdır, yalandan yox. Pənah Hüseynə qoçu leksikonu ilə danışmamağı tövsiyə edirəm. Torpaqlarımızın getməməsi üçün Milli Məclisin qarşısında diz çökmək ayıb deyil, bəlkə də şərəfli işdir. Təki elə o diz çökmək öz bəhrəsini verəydi və torpaqlarımız işğal olunmazdı".

"Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşərkən bir daha dediklərinin üstündə dayanaraq qeyd edib ki, AXC iqtidarı çox zəif idi: "Hakimiyyət çox zəif idi. Xocalıda baş verənlərdən dəqiq məlumatım yox idi. Hakimiyyət içində də hərə öz oyununu oynayırdı. Kim idi dövlət, xalq, torpaq düşünən. Bir tərəfdən də xalq hərəkatı. Məsələn, sizə bir şey deyim. Moskva o zamankı Azərbaycan rəhbərliyinə yardım edib topraqlarımızı azad edəndə, bu xalq hərəkatı liderlərinin bir çoxunu qıcıqlandırırdı. İstəmirdilər ki, o vaxtkı hakimiyyət bunu etsin. Qorxurdular ki, əgər hakimiyyətdəki şəxs bunu edərsə, xalq arasında mövqeyi möhkəmlənəcək və o, hakimiyyətə gələ bilməyəcək. Xüsusən, Çaykənd əməliyyatı zamanı xalq hərəkatının bir sıra liderləri bu əməliyyatın əleyhinə açıqcasına çıxırdırlar. Bax, belə məsələlər var idi".

Samir

Digər xəbərlər