PDF Oxu

Müxalifət

  • 1 963

Tural Abbaslı: "Hanı müxalifətin cəmiyyətdəki proeslərdəki rolu, təsiri?"

image

"AXCP və Müsavat qısqanclıqdan tədbirlərimizə qoşulmadılar"

"Ağ Blok"un təsisçilərindən Tural Abbaslı müxalifət partiyalarının iştirakı ilə keçirilən tədbirlərdə AXCP və Müsavat partiyalarının iştirak etməməsinə münasibət bildirib. O, qeyd edib ki, hər iki partiyaya dəvət göndərilmişdi: "Müxtəlif səviyyələrdə onlar dəvət olunmuşdular. Onlar qısqanclıqdanmı, ya başqa səbəbdən, qoşulmadılar. Xalqın ağır dönəmində birgə olmağı belə qəbul etmədilər. Müsavatda çox hörmət etdiyim və mənə çox hörmət edən müsavatçılar var ki, Arif Hacılının bugünkü siyasətini bəyənmirlər, dəstəkləmirlər. Amma deyirlər ki, bu partiyada başlamışıq, burada da bitirməyin tərəfdarıyıq. Partiyalar hakimiyyət davası döyürlər".

T.Abbaslı özünü müxalifət hesab edənlərin hakimiyyətə təkliflər verməsinə də aydınlıq gətirib: "Müxalifət düşünür ki, bu dəqiqə onun əlindən başqa iş gəlmir. Əslində, müxalifət neyləməlidir? Əlbəttə, müxalifət mitinlər, piketlər keçirməlidir. Amma bunları etməyə gücünün olmadığını bildiyi üçün müxalifət kağızlar yazır, kağızlar göndərir. Sonra da sosial şəbəkələrdə kağızları paylaşırlar ki, biz hakimiyyətə belə bir təkliflər verdik. Bir çox təklif verənlərin təkliflərinə digər təklif verənlər gülür... Müxalifət artıq o dərəcədə zəifləyib ki, hakimiyyətin ona qarşı reaksiyasına sevinir. Müxalifətin hakimiyyətin adi cüzi bir nəzərinə varlığını sübut etdirmək cəhdi kimi görür. Müxalifət çox pis vəziyyətə düşüb. Niyə 23 ildir müxalifətdəyik? Hanı müxalifətin cəmiyyətdəki proeslərdəki rolu, təsiri? Biz bu reallıqları bilib də addımlasaq, yaxşı olar".

Samir

Digər xəbərlər