PDF Oxu

Müxalifət

  • 1 948

Rəsul Quliyev: "AXC hökuməti karton qutulardan ibarət idi"

image

ACP-nin keçmiş lideri Rəsul Quliyev Azərbyacan Xalq Cəbhəsi və Müsavat hakimiyyəti dövründə baş verən devalvasiyadan, həmin vaxt baş verən hadisələrdən danışıb. O, qeyd edib ki, AXC hakimiyyəti dövründə manatın ən kəskin devalvasiyası olub, insanlar çörək almaq üçün saatlarla növbədə dururdular: "Onlar heç bir tədbir görmədilər, xarici ölkələrdən və beynəxalq təşkilatlardan kreditlər ala bilmədilər, ölkədə iqtisadiyyatı liberallaşdırmadılar. Bunların hamısı onların total savadsız, idarəçilik təcrübəsi olmamasından irəli gəlirdi. Milli Məclis iclaslarında lətifə deməklə məşğul idilər. Azərbaycan Respublikası Nazirlər Kabineti Prezident Aparatı ilə icra başçısı təyin etmək uğrunda mübarizə aparırdı. Bu addımlarla devalivasiyanı dərinləşdirdilər. Mənim heç ağlıma da gəlməzdi AXC hökuməti karton qutulardan ibarətdir".

ACP-nin keçmiş lideri R.Quliyevin AXCP-Müsavat hakimiyyəti dövründə baş vermiş kəskin devalvasiya ilə bağlı fikirlərinə dəstək verən ekspert Vüqar Əsgərov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə ən pis olan bütün variantlar mövcud idi: "Xalqın başına hansı bəlaları gətirmək mümkün idisə, hamısı reallaşdırıldı. Təsəvvür edin ki, cəbhə iqtidarda olan dönəmdə insanlar çörəyə möhtac idi. Ancaq ölkə rəhbərliyi vəzifə bölgüsü ilə, əllərində olan ehtiyatları xairəcə daşımaqla məşğul idilər. Çünki Azərbyacanı idarə edə bilməyəcəklərini, səriştəsizliklərini başa düşürdülər. Həm də anlayırdılar ki, xalq onları qısa bir müddətdə qovacaq. İndi də Azərbaycanda devalvasiya baş verdi. Amma bu, həmin devalvasiyadan deyil. Bu inkişaf etmiş, böyük ehtiyatlara, gücə malik ölkənin seçdiyi ən optimal variantlardan biridir. Bundan faciə düzəltmək düzgün deyil. Ancaq indiki devalvaisyadan çıxış yolları haqqında hakimiyyətə "təkliflər" verməyə çalışan İsa Qəmbər və Əli Kərimli görəsən, həmin vaxt devalvasiya baş verəndə, niyə tədbir görmürdülər".

Samir

Digər xəbərlər