PDF Oxu

Müxalifət

  • 3 070

Rəhim Qazıyevdən AXC-Müsavat iqtidarına şok ittihamlar

image

Bu hakimiyyət Rusiyanın ali kəşfiyyat orqanına nökərçilik edib

Üzərindən 23 il ötməsinə baxmayaraq, hələ də xəyanət və satqınçılıqları barədə çoxsaylı faktları üzə çıxaran AXC-Müsavat iqtidarını ittiham edənlər növbəti şok informasiyalar səsləndiriblər. Bu kimi ittihamlar adıçəkilən iqtidar daxilindəki hərc-mərcliklərdən yaranan qisasçılıq hisslərinin davamı da hesab edilə bilər. Ancaq ortaya təkzibedilməz faktlar çıxdıqca, AXC-Müsavat hakimiyyətinin nə qədər xəyanətkar və satqınçılıq obrazına malik olmaları istər-istəməz ictimai rəydə heyrət doğurur. Düzdür, ittiham edənlər də, ittiham edilənlər də vaxtilə eyni mətbəxdən qidalanıblar. Ancaq həqiqəti etiraf edərək deməliyik ki, bir sıra məqamlarda gerçəklik amilləri də var ki, ittihamçı tərəflər dəfələrlə Elçibəy-İsa Qəmbər iqtidarı barədə danılmaz reallıqları xalqın nəzərinə çatdırıblar.

Rusiya Baş Qərargahının kəşfiyyatı Surət Hüseynovu Elçibəyə təqdim edib?

Bu arada tez-tez mətbuatda görünən sabiq müdafiə naziri Rəhim Qazıyev "bəy"lər hakimiyyətinin iç üzünü ifşa edəcək bəzi detalları ictimailəşdirib. "SƏS"ə daxil olan məlumata görə, eks-hərbi nazir həmin ərəfələrdə AXC hakimiyyətinin ali strukturlarında təmsil olunan Surət Hüseynovla bağlı vacib məqama toxunub. Onun bildirdiyinə görə, əgər "bəy"lərin cəsarətləri çatarsa, bir həqiqəti etiraf etməyə məhkumdurlar. Sitat: ""Möhtərəm bəy"lər, bəlkə heç olmasa 23 ildən sonra ləyaqətiniz, cəsarətiniz çatıb millətə bəyan edəsiniz. Surət Davud oğlu Hüseynovu Əbülfəz bəyə Rusiya Baş Qərargahının kəşfiyyatı təqdim etmişdi və ya onu Əbülfəz bəyə təqdim edən sizlər də ali kəşfiyyat orqanlarına yeniyetməlikdən nökərçilik edənlərdən birisiniz..?"

Rusiyanın müdafiə naziri İsa Qəmbəri özünə nökər götürübmüş

Beləliklə, ilk görünən budur ki, R.Qazıyev AXC-Müsavat iqtidarının bütünlüklə xarici qüvvələrə nökərçilik etmələrini sübut və dəlillərlə ortaya qoyub. Onun bu istiqamətdəki daha bir ittihamı da eyni motivi təşkil edir. Bu ittihamda isə əsas hədəf kimi parlamentin o zamankı sədri İsa Qəmbər göstərilir. Növbəti sitata nəzər salaq: "2 avqust 1992-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının yaranması günü münasibəti ilə 104-cü diviziya tərəfindən Gəncədə keçirilən tədbirə İsa Qəmbəri və digər bəyləri dəvət etdim. Gəncədə qonaq evində bu münasibətlə təşkil etdiyim kiçik məclisdə İsa Qəmbərlə 104-cü diviziyanın komandanı general-moyor V.Şerbakı yaxından tanış etdim və İsa Qəmbərə bundan sonra zəruri məqamlarda onunla şəxsi əlaqə saxlamağı təklif etdim. Həmin dövrdə Silahlı Qüvvələrimizin maneəsiz və çox əlverişli maliyyə şərtləri ilə təminatında o diviziyanın müstəsna əhəmiyyəti var idi..."

Arif Hacılının "eşşək" əməliyyatına vetosu

Bu da son deyil. Rusiyanın o zamankı hakimiyyətinə qulluq edən "bəy"lər hakimiyyətinin əsas üzvülərindən olan İ.Qəmbər və sairləri Dağlıq Qarabağda gedən müharibədə hər hansı bir uğurun qazanılmaması üçün var gücləri ilə çalışırdılar. Maraqlı faktlardan biri də bu gün Müsavatın saxtakar başqanı kimi tanınan Arif Hacılı ilə bağlıdır. R.Qazıyev iddia edir ki, "bəy əfəndilər" öz ləyaqətsiz əməlləri ilə müharibədə ədlə edilə biləcək uğurların zəifləməsi, komandanın vahid orqanizm kimi fəaliyyət göstərməməsi üçün bütün mümkün təxribatları törətməkdən çəkinmirdilər: "Yeri gəlmişkən, dövlətin mühüm postunda əyləşmiş "bəy əfəndilərdən" birinin ağılasığmaz bir əməlini qeyd etməyi zəruri hesab edirəm. 1992-ci il iyunun 12-dən 13-nə keçən gecə uğurlu Ağdərə əməliyyatı başladı. Təxminən iyul ayının sonlarında mən Şəkinin icra başçısı olan Hüseyn Mustafabəyliyə zəng edib Ağdərəyə - cəbhə bölgəsinə 15-20 ədəd eşşək göndərməsini xahiş etdim. Bu heyvanlarla ön xəttə düşmənlə üz-üzə vuruşan hərbi hissələrə silah-sürsat göndərmək çox rahat olur. Ona görə ki, dağ yerində bu heyvanlar səssiz yeriyir, minanı və digər maneələri hiss etdiklərindən onlardan yan keçirlər. Bu xahişimdən on günə qədər vaxt keçməsinə baxmayaraq, eşşəklər göndərilmədi. İcra başçısı Hüseyn Mustafabəylidən nə üçün eşşəkləri göndərmədiyini xəbər aldıqda - Arif Hacıyevə (Müsavatın hazırkı başqanı Arif Hacılı nəzərdə tutulub) məruzə etdim, o isə mənə eşşəkləri göndərməməyi tapşırdı - deyə icra başçısı cavab verdi".

Məhz bu amilə də diqqət yetirsək görərik ki, ən ucuz sifarişi belə icra etməkdən imtina edən AXC-Müsavat hakimiyyəti əllərində olan bütün imkanlarından maksimum şəkildə yararlanaraq, dövlətin məhv olunmasına, torpaqlarımızın isə erməni işğalçıları tərəfindən qəsb edilməsinə çalışırdılar. Arif Hacılının "eşşək" əməliyyatına vetosu da bundan irəli gələn haldır desək, yanılmarıq.

Müsavat partiyasının elanı-hakimiyyət içində hakimiyyət!

Belə bir ağır və müstəqilliyini itirilməsi təhlükəsi yaşanan məqamda İsa Qəmbərin hakimiyyət içində hakimiyyət yaratması planlarını icra etməyə başlaması həqiqətən də həmin iqtidarın "şedevrlərindən" sayıla bilər. Belə ki, 1992-ci ilin oktyabr ayında Elçibəyin AXC iqtidarında ən səlahiyyətli dövlət kürsüsünə malik olan İ.Qəmbər anidən Müsavat partiyasını yaradır və həmin partiyanı cəbhə hökuməti ilə koalisiyaya qoşduğunu bəyanlayır. Üstəlik, hakimiyyətdə təmsil olunan və AXC üzvü olan vəzifəli şəxslərin böyük əksəriyyətini həmin qurumdan çıxararaq, zorən müsavatçı etdirdi. Təbii ki, bütün bunların arxasında xarici kəşfiyyatların əllərinin olması şübhəsizdir və bu kimi çoxsaylı faktorlar hazırda Qarabağımızın 20 faizdən çoxunun işğal altında qalmasına səbəb olmaqdadır. Xəyanət isə bağışlanmır!

Rövşən RƏSULOV

Digər xəbərlər