PDF Oxu

Müxalifət

  • 1 868

Müxalifətdə yeni münaqişə yarandı

image

Tural Abbaslı: "Müsavat partiyası ziyarətgah deyil ki, gündə 3 dəfə ziyarət edək"

Gülağa Aslanlı: "Tural Abbaslı nə danışdığını bilməyən uşaqdır"

"Ağ Blok"un təsisçisi Tural Abbaslı son vaxtlar müsavatçıların onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib. O, qeyd edib ki, Müsavat partiyasının onlara qarşı tənqidinə ciddi əhəmiyyət verməyin tərəfdarı deyil: "Biz müxalifətdaxili rəqabətin və çəkişmələrin tərəfdarı deyilik. Bu, bizi zəiflədir. Bu mənada, kim nə istəyirsə danışsın, etirazını bildirsin. Daha normalı odur ki, özləri gedib tədbirlər keçirsinlər. Təftişçiliklə məşğul olmaq və gündəmdə qalmaq istəyirlərsə, bu, ayrı məsələ. Məncə, bu taktika ilə onlar daha 20 il müxalifətdə qalmaq imkanını əldən verməzlər. Müsavat və ona yaxın təşkilatlarda qeyri-rəsmi söhbətlər zamanı açıq deyilir ki, anti-Müsavat əhval-ruhiyyəsinin yaradılmasının əsas təşəbbüskarı Tural Abbaslı və Pənah Hüseyndir. Müsavat haqqında müzakirələrin aparıldığını eşitməmişəm. İndiyə qədər belə müzakirə olmayıb. Odur ki, kimsə belə görüntü yaradıb gündəmdə qalmaq istəyirsə, başqa məsələ. Heç "Ağ Blok"un da Müsavat adlı problemi yoxdur. Bu mənada deyilənlər boş söhbətlərdir. Biz ən pis halda barəmizdə deyilənlərə cavab verə bilərik. Mən əvvəllər Müsavatın üzvü idim, rəhbərlikdə təmsil olunurdum. Odur ki, daima partiyanın qərargahına getməli idim. İndi isə özümüz partiya qururuq, ofisimiz var. Müsavat partiyası Məşhəd ziyarətgahı deyil ki, gündə 3 dəfə ziyarət edək. Məscid də deyil ki, namaz qılmağa gedək. Pənah Hüseynin yerinə cavab verə bilmərəm, amma mənin Müsavatı ziyarət etmək öhdəliyim yoxdur. Müsavatla bağlı təəssüf ki, xəyallarımız özünüzü doğrultmadı. Əgər doğrultsaydı, biz yeni partiya yaratmaq məsələsinə əl qoymazdıq".

T.Abbaslının fikirlərinə Müsavat başqanının müavini Gülağa Aslanlı da münasibət bildirib. Sosial şəbəkələrdə yazdığı statusda Tural Abbaslını nə danışdığını bilməyən uşaq adlandıran G.Aslanı qeyd edib ki, "Ağ Blok" adlı qurum tanımır: "Ümumiyyətlə, onun Müsavat partiyası haqqında danışmağa, bizim fəaliyyətimizə qiymət verməyə, uzun illər üzvü olduğu partiya haqqında ittiham dolu fikirlər səsləndirməyə heç bir haqqı yoxdur. Müsavatdan ayrı düşənlər onsuz da bilmir nə etsin. Odur ki, Turalı da başa düşmək olar".

Samir

Digər xəbərlər