PDF Oxu

Müxalifət

  • 1 760

Sarkisyanı acı sonluq gözləyir

image

Arzu Nağıyev: "Sarkisyan və Ohaniyan Dağlıq Qarabağda müharibə cinayətləri törədən səhra komandirləri olublar və qan üzərindən hakimiyyəti zəbt ediblər"

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, hər gün cəbhədə insan tələfatı qeydə alınır. Bu baxımdan, münaqişəni "dondurulmuş münaqişə" adlandırmaq nə dərəcədə düzgündür?

- Düşünürəm ki, status-kvonun saxlanması hələ münaqişənin dondurulması demək deyil. Necə ola bilər ki, hər gün atəşkəsin pozulması nəticəsində tələfatlar verilir, iriçaplı silahlardan və hətta ağır texnikadan istifadə edilir. Bundan başqa Ermənistanla həmsərhəd kəndlərdə və təmas xəttində mülki əhaliyə qarşı təxribatlar törədilir. Deməli, münaqişənin dondurlmuş hesab edilməsi kökündən səhvdir və bu ancaq ATƏT-in və digər qurumların hesabatları üçün seçilən termindir.

- Cəbhədə vəziyyətin tez-tez gərginləşməsi Sarkisyan rejiminin daxili böhranlı durumu cəbhəyə yönəltmək məqsədi daşıdığını demək olarmı?

- Ermənistan iqtisadiyyatının tənəzzülə uğraması və iqtisadiyyatının 90 faizinin Rusiya tərəfindən idarə edilməsi qaçılmaz reallıqdır. Bu isə Sarkisyan rejiminin çökməsi üçün mühüm amildir. Hər yolla Sarkisyan iqtidarı çalışır ki, vətəndaşlarını qorxu altında saxlasınlar. Bundan başqa, 102 saylı Rusiya bazasının və İrabuni hava limanı yaxınlığındakı hərbi -hava bazası da Ermənistan iqtidarının köməyinə gələ biləcək faktorlardan biridir. Çünki belə bir iqtidar Rusiyani qane edir və regional nüfuzu üçün vacibdir. Buna görə də atəşkəsi pozmaqla Ermənistan rəhbərliyi erməni əhalisini vahimədə saxlayırlar.

- Seyran Ohanyan da tez-tez Dağlıq Qarabağa səfərlər edir. İşğal olunmuş ərazilərdə Ermənistan rəhbərliyinin peyda olması orada hərbi təlimlər keçən terrorçulara baxış xarakteri daşıdığını demək olarmı?

- Hər iki adıçəkilən Sarkisyan və Ohaniyan Dağlıq Qarabağda müharibə cinayətləri törədən səhra komandirləri olublar və qan üzərindən hakimiyyəti zəbt ediblər. Məlumdur ki, bu gün münaqişə həll edilsə, onalrı acı sonluq və cinayətkar kürsüsü gözləyir. Məhz buna görə də Qarabağ kartı ilə oynamaq onlar üçün vacib və həyati məsələdir. Bundan başqa, Ermənistanda hər hansı qarışıqlıq olanda oraya Dağlıq Qarabağdan bu cinayətkarlara loyal olan silahlılar aparılır. Təbii ki, bunların arasında dünyanın müxtəlif ölkələrindən gələn terrorçular da var. Bunların da nəzarətdən çıxmamaları və maddi təminatı üçün ən yüksək səviyyəli erməni məmurları bunlarla mütəmadi olaraq görüşlər keçirirlər. Eyni zamanda, hərbi təlimlərdə iştirak etmələri də istisna deyil.

- Hazırda Kanadada yaşayan erməni generalı Vasili Stardiyan etiraf edib ki, Xocalı və Qaradağlıdan olan 170 uşağın böyrəyini və prastat vəzni əməliyyat etdirərək Avropada və ABŞ-da satıblar. Məhz bu faktdan istifadə etməklə Azərbaycan Haqqa Məhkəməsində iddia qaldıra bilərmi?

- Düşünürəm ki, ümumiyyətlə əsir və girovlara qarşı, eyni zamanda Xocalıda ermınilərin törətdikləri qeyri-insani hərəkətlərə görə onlar ən yüksək cəzaya məhkum edilməlidirlər. Məhz erməni rəhbərliyini, o cümlədən Sarkisyanı və onun cinayətkar iqtidarını qorxudan amil də budur. Çünki beynəlxalq hərbi məhkəmələrdə rəhbərlər, təşkilatçılar, icraçılar bu və digər cinayətlərdə iştirak ediblərsə və təbii ki, şahid bazası da yetərincədirsə, cəzalarını alacaqlar. Bu gün bu istiqamətdə araşdırmalar gedir və bütün bunlar tam şəkildə ortaya qoyulandan sonra Azərbaycan tərəfinin müraciət edəcəyi mütləqdir və mümkündür.

GÜLYANƏ

Digər xəbərlər