PDF Oxu

Müxalifət

  • 1 806

Əli Kərimli bu dəfə söyüş qrupunu "REAL"-a qaşrı qısqırtdı

image

TƏRS BAXIŞ

AXCP sədrinin feysbuk "qəhrəmanlığı" tam sürətlə davam edir

AXCP sədri Əli Kərimlinin onunla olmayan və ona dəstək göstərməyən istənilən şəxslərə və təşkilatlara qarşı aqressiv yanaşma tərzi çoxlarına bələddir. Cəbhə sədrinin ondan kənar gəzən müxalifət təmsilçilərini bu və ya digər şəkillərdə təhqiretmə kampaniyaları da özünəməxsus şəkildə aparılır. Xüsusilə, onun sosial şəbəkədə yaratdığı və buna görə məvacib ödədiyi xüsusi söyüş qrupları fəaliyyət göstərirlər ki, onların işi Kərimliyə qarşı çıxış edən, onun yanlışlarını qabardan istənilən şəxsə bilavasitə təhqirlər ünvanlamaqdan ibarətdir. Siyasətlə maraqlanan, sosial şəbəkələrdə aktiv olan istənilən şəxs bu faktorun şahidi ola bilər. Kifayətdir ki, AXCP sədrini tənqid edən bir fikir yazasan və dərhal sənə qarşı olmazın küfrlər yağdıran söyüş qrupu hücuma keçir və təhqirin biri bir qəpikdən satılır.

Natiq Cəfərli Əli Kərimliyə onun zəif cəhətlərini xatırladıb

Maraqlısı budur ki, AXCP sədri bu günə qədər müxalifət düşərgəsində xəyanət etmədiyi, satmadığı adam qoymamasına rəğmən hələ də özünü "ana müxalifət lideri" kimi görür və ona qarşı irəli sürülən haqlı tənqidləri həzm etmədiyini büruzə verir. Təbii ki, bu, onun çoxsaylı zəif cəhətlərindən biridir və növbəti dəfə ona həmin cəhətlərini xatırladan "REAL" alternativ vətəndaş hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli "qurbana" çevrilib. Müxalifətçinin sosial şəbəkədə AXCP sədri Əli Kərimliyə məxsus söyüş qrupunun total hücumuna məruz qalması onun bu məsələyə münasibət bildirməsi ilə nəticəsini tapıb.

"REAL" rəsmisi: "Əli Kərimli mifini sındırmaq lazımdır!"

Bu haqda fikir bildirən Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb ki, onun Əli Kərimlinin fikirlərini tənqid edən statusu bir çoxlarında qıcıq yaratdı. Sitat: "Haqqımda yaramaz sözlər yazıldı, olsun, biz demokratiyaya, azad sözə, tənqidə inananlarıq, bizim dəyərimiz budur...Ölkədə güya, demokratiya istəyənlər məndən fikirlərimi silməyi tələb edirlər, hətta hədə-qorxu gəlirlər, hökumətə işləməkdə suçlayır, beləliklə də, öz iç üzlərini, səviyyələrini göstərirlər. Bu insanların demokratiyanın "D" hərfindən xəbərləri yoxdur, səviyyələri də şərhlərindən bəllidir. Lütfən, özünüz qiymət verin, əslində, mən bunu yazmaq istəmirdim, sadəcə, həmin qrup öz səs-küyü, təhqiri ilə hamının onlardan yan gəzməsini təmin edib, bu mifi sındırmaq lazımdır. Ölkədə hökuməti tənqid etmək olarmış, bəzilərini yox! Dəhşətli mənzərədir, bu günə qədər "Niyə xalq müxalifətə inanmır?" sualının cavabını da burada tapa bilərsiniz. Qısa olaraq onu deyim ki, çox hörmət etdiyim Əli bəy Kərimli şərhsiz (bir daha qeyd edirəm, şərhsiz) bir foto paylaşmışdı, o foto xeyli paylaşma gördü, mən də məsələnin məğzi haqqında status yazdım, bu statusdan sonra dəyərli Əli bəy öz yazdığına düzəliş etdi, sonra başlandı, özünüz izləyin, bir film kimi, yəni...".

Artıq hər şeyin əldən çıxdığını dərk edən AXCP sədrində quduzluq simptomları baş qaldırır

Göründüyü kimi, "REAL" rəsmisi istər dolayı, istərsə də birbaşa yolla Əli Kərimlinin öz ətrafında formalaşdırdığı mifin sındırılmasının zəruriliyinə toxunub. Yəni o, bununla demək istəyib ki, AXCP sədri başda olmaqla, onun ətrafının, ümumiyyətlə, demokratik prinsiplərdən xəbərləri yoxdur. Bu baxımdan, belə bir "liderin" siyasətdə qalıb hakimiyyətə iddialı olması yolverilməzdir. Söz yox ki, Əli Kərimli ona ünvanlanan bu kimi haqlı irad və tənqidləri heçə sayır və hələ də çirkin vasitələrlə istəyinə çatacağını düşünür. Ancaq onun öz ətrafında oynatdığı ucuz şou, apardığı təhqirlər kampaniyası da istədiyi nəticəni vermir. Çünki reallıq tamamilə əksini göstərir. Məsələn, reallıq onu göstərir ki, Əli Kərimli və onun özünəbənzər ətrafı artıq hər şeyin əldən çıxdığını dərk edir, bu səbəbdən də onda güclü siyasi quduzluq simptomları baş qaldırır. AXCP sədrinin feysbuk "qəhrəmanlığı" tam sürətlə davam etsə də, onun heç bir mahiyyəti qalmır. Nəticədə, bu simptomlar onun özünə zərər verməyə başlayır. Bu fakt da məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

Rövşən RƏSULOV

Digər xəbərlər