PDF Oxu

Müxalifət

  • 3 035

Yazıçıdan Əli Kərimli və Gültəkin Hacıbəyliyə güllə kimi sözlər!

image

"Mən sizə 49 qəpiyə 1 kq qoz yox, 1 stəkan günəbaxan tumu ala bilərəm"

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, nəğməkar şair Cəlal Qurbanov sosial şəbəkədə AXCP sədri Əli Kərimliyə və Gültəkin Hacıbəyliyə sərt cavab verib. Xatırlayırsınızsa, bir neçə gün bundan öncə Ə.Kərimli və G.Hacıbəyli sosial şəbəkələrdə meyvələrlə bağlı paylaşım edərək Dövlət Gömrük Komitəsini ittiham etmişdilər. Onlar guya araşdırmalar nəticəsində belə bir məlumat əldə ediblər ki, ölkəyə gətirilən meyvə qurularının, qozun, fındığın qiyməti dəfələrlə şişirdilir. İqtisadiyyatdan, kənd təsərrüfatından qətiyyən anlayışları olmayan bu şəxslərin iddiaları olduqca gülüncdür. Şübhəsiz ki, hər iki şəxsin yazdığı statuslar sosial şəbəkəlrədə böyük qınağa tuş gəlib. Lakin AYB üzvü Cəlal Qurbanovun bu iki şəxsə verdiyi cavab və ünvanladığı suallar daha tutarlı və sərt olub. Cəlal Qurbanov Əli Kərimliyə cavabında yazıb: "Əli Kərimli sizə bir sualm var: Siz öz bağınızda gavalını, üzümü, əriyi yetişdirib sonra aylarla əziyyət çəkib onu qurudaraq, xalqımıza 33 qəpiyə satardınız? 35 qəpiyə badam ləpəsi, 75 qəpiyə qoz ləpəsi, bəlkə sizin kəndinizdə 24 qəpiya alma, armud satılır? Deyəsən, mövzu yoxdur axı. Sizin neçə yaşınız var? Özünüzü gülünc vəziyyətə salmayın. Siz xalqı-milləti yox, gedin özünüzü ələ salın! Sizə bir məsləhətim var, siz bunu daha yaxşı bilərsiniz. Ölkədə saç boyası istehsal olunmur, ələlxüsus da, "kişilər" üçün, bu mallar xaricdən idxal olunur. Bax, gələn dəfə mütləq bu haqda yazın və paylaşın hamı bilsin, yazmağı da unutmayın".

Yazıçı C.Qurbanov Gültəkin Hacıbəyliyə də cavabı gecikdirməyib: "Gültəkin xanım, son zamanlar yaman Dövlət Gömrük Komitəsini nişan almısınız? Bunun səbəbini bilmək olarmı? Axı sizin qardaşınız da gömrük əməkdaşı olub. Deyəcəksiniz ki, indi işləmir. Məhz ona görə işləmir ki, sizin mövqeyiniz oynaq olduğuna görə o, dözməyib işdən ayrıldı. O ki qaldi sizin və Əli Kərimlinin paylaşdıgı ölkəyə daxil olan meyvə və meyvə qurularının qəpik yazılan qiymətlərinə, ətrafınızı özünüzə güldürməyin. Mən sizə 49 qəpiyə 1 kq qoz yox, 1 stəkan günəbaxan tumu ala bilərəm".

Qeyd edək ki, bu şərhlərdən sonra Əli Kərimli Cəlal Qurbanovu səhifəsindən "ban" edib. Uzun illərdir demokratiyadan, söz azadlığından danışan bir şəxsin belə bir addım atması, tənqidə dözümlü yanaşmaması heç də təəccüblü deyil. Çünki Əli Kərimli ömrü boyu "kim mənim kimi düşünmürsə, düşməndir" absurd prinsipi ilə yaşayıb.

Samir

Digər xəbərlər