PDF Oxu

Müxalifət

  • 1 790

Pənah Hüseyni "Ağ Blok"a çəkən vacib məqamlar

image

"Qohumluq əlaqələri Pənah Hüseynlə Arif Hacılını düşmən edib"

AXP sədri Pənah Hüseynin "Ağ Blok"un təşəbbüsü ilə keçirilən görüşlərdə fəal iştirak etməsinin mühüm məqamları ortaya çıxıb. Belə ki, P.Hüseynin əvvəllər bir neçə dəfə "Müsavatın olmadığı yerdə mən də yoxam" deməsinə baxmayaraq bu gün Müsavatda deyil, hətta bu partiyanın təmsil olunmadığı birliklərdə yer alır. Bəs nələr baş verdi ki, P.Hüseynlə Müsavat arasında münasibətlər soyumağa başladı? Pənah Hüseynlə Arif Hacılı arasında düşmənçilik münasibətlərinin olduğu hər kəsə bəllidir. Əldə etdiyimiz məlumata görə, hər iki şəxs arasında münasibətlərin soyumasında, düşmənçilik həddinə çatmasında siyasi məsələlərlə bərabər qohumluq əlaqələri də mühüm rol oynayıb. Belə ki, P.Hüseynin adını dəqiqləşdirməyə çalışdığımız yaxın qohumu Arif Hacılının qohumu ilə evli olub və qısa bir müddətdən sonra boşanıblar. Məhz boşanma hadisəsindən sonra P.Hüseynlə A.Hacılı arasındakı dostluq da düşmənçiliyə çevrilib. P.Hüseynin İsa Qəmbəri təkidlə "Ağ Blok"un keçirdiyi toplantılara dəvət etməsi, nəticədə rədd cavabı alması da məhz A.Hacılının səylərinin nəticəsidir. Digər tərəfdən Müsavat başqanı A.Hacılıdırsa, o zaman İsa Qəmbrə niyə dəvət olunur!? Qısası, A.Hacılı dəvət almadığına görə, ümumilikdə müsavatı da müxalifət tədbirlərindən təcrid edib.

P.Hüseyn İsa Qəmbəri "Ağ Blok"un təşəbbüsü ilə keçirilən, guya müxalifətin birləşməsinə hesablanmış toplantılara dəvət etməsinin digər tərəfləri də var. P.Hüseyn bütün bu məsələlər haqqında danışaraq bir neçə gün öncə mətbuata açıqlamasında 2014-cü ilin sonlarından etibarən, bir sıra siyasi-taktiki xarakterli və konyuktur olan məsələlərdə onunla İsa Qəmbər arasında fikir ayrılıqlarının olmasını bildirmişdi. P.Hüseyn hətta AXCP sədri Əli Kərimlinin bostanına da daş ataraq söyləmişdi ki, İsa Qəmbər bu gün ənənəvi müxalifətin meydanda olan ən ciddi fiqurudur: "Həmçinin, müxalif düşərgənin hazırkı duruma gəlməsinin və içində olduğu problemlərin birinci məsuliyyətinin İsa Qəmbərin üzərində olduğu qənaətindəyəm". Sadə dildə desək, bu açıqlaması ilə Pənah Hüseyn guya həm də İ.Qəmbəri tənqid edir.

Samir

Digər xəbərlər