PDF Oxu

Müxalifət

  • 1 883

Müxalifətin texnoloqu yenə də iş başındadır

image

Məlum olduğu kimi, AXP sədri Pənah Hüseyn müxalifətin birliyinə nail olmaq üçün partiya sədrləri ilə görüşlərə başlayıb. Amma inandırıcı deyil ki, P.Hüseynin istək və arzusu reallığa çevrilsin. Çünki pərakəndə və dağınıq halda olan müxalifətin bir araya gətirilməsi qeyri-mümkündür. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında gözləntilərin əsaslı olduğunu bildirdi: "AXP sədri Pənah Hüseyn müxalifətin birliyinə nail olmaq üçün partiya sədrləri ilə görüşlərə başlamasının heç bir nəticəsi olmayacaq. Ümumiyyətlə, xalq tərəfindən müxalifət düşərgəsində təmsil olunan şəxslərin heç birisinə inam yoxdur. Müxalifət təmsilçiləri tərəfindən indiyə qədər birləşmək istəyi ilə atılan digər addımlar kimi, bunun da heç bir nəticəsi olmayacaq. Bu günə qədər müxalifətin birləşməsi üçün çoxsaylı ideyalar irəli sürüb, cəhdlər göstəriblər, amma nəticəsi olmayıb. Düşəgədə "ana müxalifət" olmaq arzusu və aparıcı lider iddiası onları eyni mövqedən və maraqlardan çıxış etmələrinə imkan verməyib".

Təşkilat sədrinin sözlərinə görə, uzun illər müxalifət təmsilçiləri siyasi arenada heç nəyə qadir olmadıqlarını nümayiş etdiriblər: "Əgər onlar öz tərəfdaşlarının çox ciddi təzyiqləri və etirazları ilə üzləşmək istəmirlərsə, üzüsulu istefa verərək siyasi arenadan getməlidirlər. Bu da onların siyasi mədəniyyətə doğru atıla biləcək bir addımları olardı. Çünki uzun illərdir ki, müxalifət partiya rəhbərləri irəliyə doğru heç bir addım atmayıblar. Bundan sonra da heç nəyə nail ola bilməyəcəklər. Həmin şəxslər də çox gözəl bilirlər ki, özlərinin heç bir siyasi gücü yoxdur ki, nə isə edə bilsinlər. Belə olan halda da, bu reallığı başa düşərək siyasətdən tamamilə uzaqlaşmalıdırlar".

"Müxalifətin hələ də formalaşa və güc mərkəzinə çevrilə bilməməsinin səbəbi nədir" sualını cavablandıran T.Novruzov bildirdi ki, artıq 25 il keçməsinə baxmayaraq müxalifət düşərgəsində olan partiya sədrləri meydan pisxologiyasından ayrıla bilməyiblər: "Müxalifətin bu günə qədər apardığı siyasət onları irəliyə doğru deyil, əksinə daha da geriyə aparıb. Çünki həmin şəxslərin apardığı siyasət yalnış bir siyasətdir. Digər tərəfdən isə müxalifət hələ də özünə dəstəyi xalqın içindən deyil, hansısa ölkəmizə qarşı qərəzli mövqeyi olan bəzin xarici qüvvələrdən dəstək almağa üstünlük verirlər. Bu da onunla bağlıdır ki, xarici qüvvələr kifayət qədər bunlara maliyyə vəsaiti ayırır. Müxalifət partiyalarının başında duran şəxslərin pula o qədər güclü maraqları var ki, pul olan yerdə də bütün maraqlar onlar üçün ikinci plana keçir. Həmin xarici qüvvələrdə müxalifət təmsilçilərindən öz maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Müxalifətin bütün uğursuzluqlarının kökündə birinci halda xalq və dövlətə zidd siyasət yürütmələridirsə, ikinci səbəb isə xarici qüvvələrə satılmalarıdır. Məhz bu səbəblər siyasətdə bitəcək".

GÜLYANƏ

Digər xəbərlər