PDF Oxu

Müxalifət

  • 15 765

Əli Kərimli siyasi arenadan silinir!

image

SİYASİ RAKURS

Onun haqqında bilmədikləriniz...

Öz liderinə qaşrı xəyanətlər törətdikdən, onu həm mənəvi, mən də fiziki cəhətdən məhv etdikdən sonra Xalq Cəbhəsi adını qəsb etmiş Əli Kərimlinin bu dəfə heç bir çıxış yolunun qalmadığı aşkar görünməkdədir. Belə ki, buna bir sıra köklü səbəblər olsa da, əsas amil onun siyasi arenada öz opponentlərinə qarşı ən murdar üsullarla çıxması faktıdır. Daha dəqiqi isə, Əli Kərimli siyasi düşərgədə özündən güclü və dünyagörüşlü birinin önə çıxmaması, gündəmi zəbt etməməsi üçün özü tərəfindən icad edilən "feysbuk qəhrəmanlığı" vasitəsini işə salmaqla, qarşı tərəfə söyüş kampaniyaları başladır. Artıq bu kimi yüzlərlə misal gətirmək mümkündür.

Heç kim Əli Kərimlinin feybukdakı söyüş qrupunun murdar, mənəviyyata sığmayan hücumlarından sığortalanmayıb

İstər AXCP-də onun yürütdüyü siyasətinə qarşı çıxıb istefa verənlər, istərsə də siyasi arenada AXCP-də təmsil olunmayanarın heç biri Əli Kərimlinin feybukdakı məşhur söyüş qrupunun murdar, mənəviyyata sığmayan hücumlarından sığortalanmayıb. Yeri gəlmişkən, həmin qrupda müxtəlif profillərlə çıxış edənlərlə yanaşı, aşkar şəkildə özlərini göstərənlər də var. Söz yox ki, cəbhə sədrinin iyrənc əməlləri artıq bir çox müxalifət səlahiyyətlilərini bezdirməklə yanaşı, ona qarşı hücumları artırmağa başladıb. Müxalifətin müxtəlif cinahlarında yer almış şəxslər bu və ya digər şəkildə AXCP sədrinin çirkin əməllərinini pisləyən açıqlamalar və bəyanatlarla çıxışlar edir, onun haqqında əsl həqiqətləri üzə çıxarırlar.

Lakin maraqlı məqamlardan biri də Əli Kərimlinin iqtidar tərəfindən ifşa olunmasıdır ki, məhz bu amil belə deməyə əsas yaradır ki, AXCP sədrinin iyrənc əməlləri mövzusunda hakim partiya ilə bir çox müxalifət partiyalarının mövqeləri üst-üstə düşür.

Siyavuş Novruzov: "Təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu FƏRARİ adlandırırdı"

Məsələn, bir müddət öncə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Əli Kərimlinin qarşısına çıxan müxalifətçlərin hər birini "hakimiyyətə işləyir" ittihamına tutarlı cavab vermişdi. O, qeyd etmişdi ki, ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimli komsomola katib seçilmək üçün dostlarını satmaqla məşğul olub. Sitat: "Dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Əli Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, "xəbərçi"si olub".

Daha bir maraqlı məqam Əli Kərimlinin feysbukda "qəhrəmanlıq" nümayiş etdirərək, "xalq", "vətən", "millət", "Qarabağ" kimi şüarlarla cəmiyyəti aldatmasıdır ki, YAP rəsmisi bu mənada da maraqdoğurucu xatırlatmalar edib. O, qeyd edib ki, Əli Kərimlinin guya 90 nəfəri yığıb Qarabağa getməsi barədəki iddiaları heç bir reallığı əks etdirmir: "Tamamilə yalan deyir. Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Əli Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb".

"Əli Kərimli Elçibəyin Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara gedib"

Lakin bu da son deyil. Siyavuş Novruzov əsas məsələyə - hakimiyyətə işləmək ittihamına toxunaraq bildirib ki, hələ 2000-ci ildə "Yurd" şefi Kərimli AXCP-də Əbülfəz Elçibəyə qarşı xəyanət etmişdi. Belə ki, parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də və Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev (Mirəlioğlu), ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, Müsavatla olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".

"Cəmil Həsənli Əli Kərimli ilə olan danışıqlarda iştirak edib"

YAP təmsilçisi deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub".

"Siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb"

Siyavuş Novruzov deyib ki, Əli Kərimlinin bu əməlləri indi də davam edir və o, heç də demokratik fikirli fərd deiyil, əksinə avtorutar və özündən müştəbehdir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz, fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda Əli Kərimli öz silahdaşlarını satıb".

Millət vəkili Siyavuş Novruzov Kərimlinin əsl tərbiyəsiz və mənəviyyatsız bir şəxs olduğunu bu ifadələri ilə sona çatdırıb: "Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün "piar"a çevirəcək qədər mənəviyyatsızdır. Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram".

Göründüyü kimi, AXCP sədri adını işğal etmiş bu fərd barədə kifayət qədər təsdiqedici məlumatlar var və onların qısa zamanda ictimai rəyə açıqlanacağını düşünmək mümkündür.

Fazil Mustafa: "Əli Kərimli və ətrafı debil və qaragüruh sürüsüdür"

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Əli Kərimlinin mənəviyyatsızlığı yalnız iqtidarın haqlı mövqeyi ilə bitmir, bu kimi bənzər ittihamları müxalifətin tanınmış təmsilçiləri, o cümlədən, AXC şinelindən çıxmış tərəflər də etiraf edirlər. Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa Əli Kərimlinin "siyasətini" onun debilliyi ilə əlaqləndirib. Buna səbəb isə "REAL"-ın aparıcı funkdionerlərindən biri olan Natiq Cəfərlinin AXCP sədrinin "ideyalarını" ifşa etməsi, qarşı tərəfin isə dərhal feysbukdakı söyüş qrupunu işə salması olub. Fazil Mustafa sosial şəbəkə vasitəsilə sözügedən məsələyə münasibət bildirərkən qeyd edib ki, Əli Kərimlinin ona qarşı çıxanları təhqirlərə məruz qoyması onun köhnə və sağlmaz xəstəliklərindən biridir: "Bu debil, qaragüruh sürüsü adını qoyub ki, Natiq Cəfərli hakimiyyətə işləyir. Mən elə bilirdim ki, bunlar, əsasən bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim ki nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda görürsən ki, "hakimiyyətə işləmək" meyarı kimi bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər".

"Varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz..."

BQP baqşanı xatırladıb ki, indiyədək nə Natiq Cəfərli, nə İsa Qəmbər, nə də Rauf Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. O, Siyavuş Novruzovun fikirlərini xatırladaraq bildirib ki, 1995-2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rol oynadığını bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. Fazil Mustafa AXCP sədrinə münasibətini atalar misalı ilə başa çatdırıb: "...El arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz...".

Lakin Əli Kərimlinin dəstəsi Fazil Mustafanı da hədəfə alaraq dərhal ona qarşı təhqir kampaniyası başladıblar. Bu da Kərimli barədə irəli sürülən ittihamları növbəti dəfə təsdiq etmiş olub.

"Azərbaycan siyasətini Əli Kərimlidən təmizləyəcəyik"

Əli Kərimlini əsas ittiham edənlərdən biri də vaxtilə onun müavini olmuş, hazırda alternativ AXCP-yə sədlrik edən Razi Nurullayevdir. AXCP adı uğrunda Əli Kərimlinin cəbhəsi ilə məhkəmə duruşması yaşayan Nurullayev Kərimli dəstəsi barəsində zamanında dediyi sözlərin nöqtəsindən-vergülünə qədər həyata keçdiyini bildirib: "Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Əli Kərimlinin dayandığını açıq şəkildə dediyimiz zamanlarda bizə haqq qazandıranlar olsa da, heç bir siyasətçi özündə cürət tapıb, fikrini ortaya qoymadı. Bizi açıq müdafiə edən də olmadı. Çünki onlar Kərimlinin ətrafına yığdığı zombilərin söyüşündən çəkindilər. Bu gün bir partiya rəhbəri, iqtisadçı təhqir olunursa, sabah hər kəs bu halla üzləşə bilər".

Alternativ AXCP-nin sədri bu səbəbdən Əli Kərimli və onun kimi qaragüruhçuların və tərbiyəsizlərin siyasi arenadan sislinmələrinə qədər mübarizə aparacaqlarını vurğulayıb: "Ona görə də Azərbaycan siyasətini bu cür insanlardan təmizləmək yolunu tutmuşuq. Hər kəsdən dəstək gözlədik, amma gəlmədi. Bizə dəstək olmayan şəxslər bu gün Kərimlinin zombilərinin təhqirləri ilə üzləşirlər...Bu cür yanaşma bütləşmə, şəxsiyyətə pərəstişdir. Bu hallar olan yerdə heç bir siyasi əqidədən söhbət gedə bilməz".

Natiq Miri: "Əli Kərimli və ətrafı istənilən insanı çox asanlıqla qaralaya bilirlər"

Müxalifətyönlü politoloq Natiq Miri də, əslində, Kərimlinin öz maraqları üçün heç cür xəyanətlərə gedə biləcəyini deyib. Onun fikirincə, Əli Kərimli ictimai rəyin əsl müxalifət liderinin özü olduğunu sırımağa çalışsa da, cəmiyyət ondan çirkinir. Sitat: "Əli Kərimli cəmiyyəti müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Buna görə də cəmiyyətin AXCP deyilən qurumdan heç bir gözləntisi yoxdur. Əli Kərimli əgər belə çirkin kampaniyaların hakimiyyətə sərf etdiyini anlayırsa, demək, bu, hakimiyyətə işləməkdən başqa bir şey deyil... "REAL"-ı hakimiyyətə işləməkdə suçlamaqdansa, ortaya real iş qoymaq lazımdır. Amma biz bunu görmürük. Əvəzində iyrəndirici proseslər görürük. Sosial şəbəkələrdə Kərimli tərəfdarları daha aktiv görünürlər. İstənilən insanı çox asanlıqla qaralaya bilirlər. 20 ildən artıqdır bu proses gedir".

Beləlkilə, AXCP sədrinin aşkar sifəti, maskası yırtılmaqda davam edir və belə olan halda həm iqtidar nümayəndələrinin, həm də müxalifətin sözlərinin üst-üstə düşməsi qənaətə gəlməyə əsas yaradır ki, artıq ənənəvi müxalifətdə Əli Kərimli "erasının" vaxtı başa çatıb. Növbə isə sivil, qarşılıqlı dialoq mühitində dövlətçilik və xalq maraqlarından çıxış edənlərindir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər