PDF Oxu

Müxalifət

  • 1 878

Mirmahmud Mirəlioğlu Əli Kərimlinin cavabını verdi!

image

"AXCP funksionerləri facebook qəhrəmanlarıdırlar"

Bir müddətdir ki, "Ağ Blok"un təşkilatçılığı ilə keçirilən toplantılarda AXCP və Müsavatın iştirak etməməsi sözün əsl mənasında, müxlaifətdə yeni savaş yaradıb. Böyük Azərbaycan, Klassik Xalq Cəbhəsi, Azadlıq, "Gələcək Azərbaycan", Milli Konqress, Azərbaycan Liberal- Demokrat, Azərbaycan Xalq, Aydınlar, "Ümid", Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf partiyaları, "AĞ Blok" və digər partiyaların da iştirak etdiyi toplantılar davam etdikcə, müxalifət düşərgəsində uzun illərdir özünü büruzə verən yanlış siyasi addımlar, qüsurlar daha çılpaq formada ortaya çıxmaqdadır. Xüsusilə də AXCP və Müsavata göndərilən təklifin cavabsız qalması, hər iki partiyanın funksionerlərinin toplantılara qatılmamalarını kinayə ilə əsaslandırması göstərdi ki, adıçəkilən partiyalar Azərbaycanda normal müxalifətin formalaşmasında qətiyyən maraqlı deyillər. Müsavat başqanının müavini Gülağa Aslanlının Tural Abbaslını "ağzından süd iyi gələn uşaq" adlandırması, Gözəl Bayramlının "bu tip toplantılar uşaqlar üçündür" açıqlamaları vəziyyəti bir az da qəlizləşdirdi. Axı bu toplantılara qatılan KXCP də əvvəllər AXCP və Müsavatın təmsil olunduqları "Milli Şura"nın tərkibində idi. Belə çıxır ki, AXCP və Müsavatın yanında deyilsənsə, deməli, müxalifət deyilsən. Təbii ki, bu cür anormal düşüncə tərzi hər iki partiyada hökm sürür. Ona görə də cəbhəçilər sosial şəbəkələrdə məlum toplantılarda iştirak edən partiya sədrlərini ən ağır formada təhqir edirlər.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun isə toplantılarda iştirak edən partiya sədrlərini təhqir edənlərə cavabı çox gecikmədi. M.Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerlərini facebook "qəhrəmanları" adlandırdı. O, qeyd etdi ki, AXCP gənclər komitəsinin sədri İlham Hüseynin "Antiböhran Koalisiyası" haqqında fikirlərinə ciddi yanaşmıram: "Özünə hörmət edən adam belə danışmaz. Bunlar uşaq söhbətidir. Bu adamlar yalnız sosial şəbəkədə qəhrəmandırlar".

Xatirladaq ki, M.Mirəlioğlunun cavabından sonra hər iki qurum arasında olan soyuq münasibət bir az dərinləşib. Təsadüfi deyil ki, İ.Hüseyn facebookda M.Mirəlioğlunun, eləcə də digər müxalifət partiyalarının rəhbələrinin əleyhinə status qoyaraq, onları təhqir edib.

Samir

Digər xəbərlər