Mən düşünmürəm ki, müxalifətdaxili lüzumsuz çəkişmələr şəxsi münasibətlərlə bağlıdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavatın keçmiş Divan üzvü, "AĞ Blok"un təsisçisi Tural Abbaslı deyib.Onun sözlərinə görə, kimlərinsə kimə qarşısa bəzi şəxsi qərəzi ola bilər amma bu, ümumi müxalifətdaxili rəqabətin əsas səbəbi ola biləcək dərəcədə böyük deyil: "Əslində, bu metod siyasi arenada mövcud olmaq uğrunda aparılan mübarizənin göstəricisidir. Yəni, lazımsız çəkişmələr və aqressiya şəxsi qərəzdən çox siyasi varlığı sübut etmə metoduna çevirilib. Müxalifətin əsas işi və hədəfi hakimiyyət olmaq əvəzinə bir-biri ilə didişmələr olub və olmaqda davam edir. Bu da uzun illərdir müxalifətdə qalmanın gətirdiyi fəsadlardır. Müxalif siyasi arenada yeni simalar olmadan xalqın etimadını qazanmaq mümkün olmayacaq".
sia.az