"Əbülfəz Elçibəy barədə də əxlaqsız yazıları "Xədicə" və "Məhluqə" adları ilə özü yazırdı"
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ilə AXCP arasındakı gərgin münasibətlər bir daha dərinləşib. Hər iki tərəf arasında qarşılıqlı ittihamlar davam etməkdədir. Mütəmadi olaraq F.Mustafanın əleyhinə "Azadlıq" qəzetində yazılar dərc olunur, bu yazılar daha sonra sosial şəbəkələrə köçürülür və partiya sədrinin ünvanına bu dəfə daha sərt ittihamlar səsləndirilir, cəbhəçilər tərəfindən tənqid və hətta təhqir olunur. Sifarişçisinin Əli Kərimli olduğu heç bir şübhə doğurmayan bu yazılardan ən sonuncusuna F.Mustafa bu dəfə daha sərt şəkildə reaksiya verib. O, bir müddət öncə cəbhəçiləri "debil, qarargüruhçu sürü" adlandırmışdı. Partiya sədri bu dəfə də "Azadlıq" qəzetində dərc olunan yazıya sərt reaksiya verib: "
"Azadlıq" qəzetində yenə əleyhimə bir cızmaqara verilib. Müəllifi Akifdir. Ümumiyyətlə, bu qəzetdə Akif, Həsən, Hüseyn, Nargilə, Suğra, Bənövşə adlı müəlliflərin hamısı, əslində bir nəfərdir. Özünü ölkədə hakimiyyətə alternativ göstərmək istəyən şəxs həyatı boyu öz imzası ilə önümüzə çıxmadı. Əbülfəz Elçibəy barədə də əxlaqsız yazıları "Xədicə" və "Məhluqə" adları ilə özü yazırdı. Çünki adamın şəxsiyyətinin naqisliyi kimi, üslubunun da naqisliyini çox yaxşı sezə bilirik. Bunlar öz yerində. Necə deyərlər, bu tazının hansı ovu gətirəcəyini əvvəlcədən bilirik. Ancaq məsələ burasındadır ki, əsas cavab mövzusunu da bu cahillər qatıb-qarışdırıblar. Demək, hamının gözü qarşısında mən, guya hansısa dövlət qurumunun müdafiəsi üçün fikir bildirməmişəm. Bu mübahisənin məğzini izləyənlər yaxşı bilirlər ki, sadəcə, bu cahillərə irad bildirən "REAL"-çı N.Cəfərlinin yazdığı tənqidi statusa dörə sürü halında onu hakimiyyətə işləməkdə ittiham etməyin neobolşevizm olduğuna diqqət yönəltmişəm. Xülasə, sözümün canı budur ki, ey cəbhəçi adlanan məxluqlar, əgər hakimiyyətə gəlmək xülyası ilə yaşayırsınızsa, heç olmazsa böhtan və yalan əvəzinə, doğru informasiyalar əldə edib nəticə çıxarsanız, bəlkə də uzun illərdir, artımı olmayan ağlınızı bir misqal artıra bilərsiniz".
"SƏS" qəzetinə danışan keçmiş AXCP üzvü Samir Belilov bildirib ki, Fazil Mustafa "Elçibəy haqqında əxlaqsız yazılar yazdırırdı" deyəndə, Əli Kərimlini nəzərdə tutur: "Çünki həqiqətən də, Əbülfəz Elçibəy sağ olanda, onun əleyhinə yazıları Əli Kərimli özü ya yazırdı, ya da yazdırırdı. Hələ Elçibəy sağ olanda, hər kəs bilirdi ki, onun əleyhinə gedən şantaj dolu yazıların arxasında Əli Kərimli dayanır. İş o yerə çatmışdı ki, "Azadlıq" qəzetində də Elçibəyin əleyhinə yazılar dərc olunmağa başlamışdı. Burda təəccüblü heç nə yoxdur. Sizə bir fakt deyim. 2008-ci ildə prezident seçkilərində bədbəxt Əli Kərimli qalib gələcəyinə inanırdı, buna görə də, Elçibəyin şəklini otaqlardan yığışdırmışdı. Təsəvvür edin, bu adam yay gəlməmiş qızınmağa başlamışdı. Yəni sabah bu adam, hətta deputat olsa belə. yenə də Elçibəyin şəkillərini yığışdıracaq. O, AXCP tarixində özündən önəmli şəxs tanımır. Onun AXCP-də yaratdığıl diktatura ucbatından hamı oranı tərk elədi, elə mən özüm də tüpürüb çıxdım. AXCP milli partiya deyil, Əli Kərimlinin ailəsinə, arvadına, oğluna xidmət eləyən, onlara pul qazandıran şirkətdir".
Samir