PDF Oxu

Müxalifət

  • 2 053

"REAL"- AXCP münaqişəsinin əsl səbəbləri açıqlandı!

image

"Ünvanımıza Əli Kərimli tərəfindən şər-böhtanların səsləndirilməsinin bir səbəbi də, seçkilərdəki iştirakımızdır"

Bir neçə gün bundan öncə AXCP-nin Əli Kərimli qanadı ilə "REAL"-ın icraçı katibi Natiq Cəfərli arasında sosial şəbəkədə yaranan mübahisə bitmək bilmir. Qarşılıqlı ittihamlar bu gün də davam edir. Natiq Cəfərlinin Əli Kərimlini tənqid etməsi cəbhəçiləri qıcıqlandırıb və "REAL" təmsilçisi ittihamlara, təhqirlərə məruz qalıb. Hətta iş o yerə çatıb ki, N.Cəfərlini satqın adlandıran cəbhəçilər ondan Əli Kərimlidən üzr istəməsini də təhdidlə tələb ediblər.

Hadisələrin sonrakı gedişatı barədə danışan Natiq Cəfərli deyib ki, AXCP rəhbərliyində təmsil olunan şəxslərlə kontakt olmayıb: "Qarşı tərəfin, yəni AXCP-nin mövqeyi aqressiv və kifayət qədər sərt tonda idi. Onların mövqeləri arqumentlərə deyil, emosiyalara əsaslanır. Məlum hadisədən sonra AXCP üzvlərindən kifayət qədər mesaj alıb, eləcə də ona zəng edənlər olub".

N.Cəfərli bundan sonrakı dönəmdə AXCP ilə bağlı siyasətlərinə dəyişiklik etməyəcəklərini ifadə edib: "Siyasətdə yersiz emosiyalara yer olmamalıdır. Emosional fon yaratmaq da lazım deyil. Siyasətdə maraqlar olur, ölkə maraqları da ön planda olmalıdır. Lakin AXCP ilə hər hansı bir koalisiyada olmaq mümkün deyil. Biz heç vaxt bloklarda təmsil olunmamışıq və bundan sonra da olmaq niyyətimiz yoxdur. Müxalifət illər ərzində onlarla birlik yaradıb. Lakin bu birliklər ideyalar deyil, şəxsiyyələr ətrafında olub. Odur ki, belə birliklər dağılıb. Köhnə yanaşma ilə yaradılan birliklərə qoşulmaq niyyətimiz yoxdur. Sosial şəbəkədə AXCP ilə yaşanan gərginlik olsa da, ictimai rəydə udan və uduzan tərəf bəllidir. Belə hadisələr zamanı bitərəf şəxslərin fikri əhəmiyyətli olur. Sosial şəbəkələrdə gedən müzakirələr zamanı neytral insanlar münaqişədə aqressiv olanları qınadı və bizə yaxın mövqe sərgilədilər".

N.Cəfərli hesab edir ki, AXCP tərəfindən aqressiv, radikal mövqenin sərgilənməsi, barəsində şər-böhtanların səsləndirilməsinin bir səbəbi də, onların 2015-ci il parlament seçkilərində iştirakıdır: "Ola bilsin ki, bizim seçkilərə getməyimiz, Müsavatla eyni mövqedə çıxış etməyimiz həzm edilməsin. Bizim seçkilərə getməyimiz o zaman AXCP-də qıcığa səbəb olmuşdu. Amma biz buna nə əhəmiyyət, nə də cavab vermədik. Seçkilərdə iştirakımız da doğru qərar idi. Bir neçə dairədə hərəkatımızı təbliğ etdik, gənclərimiz təcrübə topladı. Ola bilsin ki, seçkilərə qatılmağımız AXCP-də qıcıq yaradıb. İndi mənə qarşı kəskin, emosional və aqressiv münasibətin olmasının səbəblərindən biri də seçkidəki mövqeyimizdir".

Samir

Digər xəbərlər