PDF Oxu

Müxalifət

  • 2 149

Razi Nurullayev: "Əli Kərimli sədrlikdən ona görə getmədi ki..."- Müsahibə

image

"Əli Kərimlinin yanına gedəndə zəngin həyat yaşayırdım, ordan çıxanda heç nəyim yox idi"

Alternativ AXCP-nin sədri Razi Nurullayevin "SƏS" qəzetinə müsahibəsi

- Razi bəy, "Ağ Blok"un təşəbbüsü ilə müxalifət partiyaları toplantılar keçirirlər. Toplantılara sizi dəvət almısınızmı?

- Xeyr, toplantılara şəxsən mən dəvət olunmamışam.

- Toplantılara dəvət olunmamağını necə qiymətləndirirsiniz?

- O toplantıya qatılan partiyaların, partiyaları bir yerə yığmağa çalışan koalisiyanın nə iş görüb, görməmələri bizim maraq dairələrimizə daxil deyil. Bizə rəsmi müraciət göndərib dəvət etməmişdilər, telefon zəngi ilə dəvət etdilər, bizim də bir nümayəndəmiz orada iştirak elədi.

- Müsavat başqanının müavini Gülağa Aslanlı aldıqları dəvətə cavab olaraq Tural Abbaslını "ağzından süd iyi gələn uşaq" adlandırmışdı...

- Gülağa Aslanlının Tural Abbaslı haqqında dediklərinə qatılmıram. Kiminsə yaşının az ya çox olması, boyunun uca olub-olmaması, ağzından süd iyinin gəlib-gəlməməsinin nə əhəmiyyəti var ki!? Azərbaycan müxalifət düşərgəsində çoxdandır ki, yenilik olmur. Tural Abbaslı da, Qubad İbadoğlu da Müsavatdan çıxmaqla köhnəliyə qarşı çıxdılar. Onlar uzun illərdir ki, Müsavat rəhbərliyinin davam edən uğursuz siyasətinə öz etirazlarını bildirdilər. Müxalifətdən istefa verən köhnə simalar, eyni fikrin daşıyıcıları olduqlarına görə, onlar ortaya yeni ideya qoya bilmirlər. Müxalifətdn çıxıb ayrıca qurum yaratsan da, lap tutaq ki, bu qurumun adını "qızıldan tökülmüş koalisiya", "ən uğurlu koalisiya" və sairə qoysan da, xeyri yoxdur. Çünki eyni insanlardılar. Forma dəyişsə də, məzmun dəyişmir.

- Sizcə, müxalifətin birləşə bilməməsinin, belə bir acınacaqlı durumda olmasının səbəbi nədir?

- Müxalifətin bu vəziyyətdə olmasının səbəbləri çoxdur. Eyni insanlar, min oyunlardan çıxmış, xalqın hörmətini, etimadını itirmiş, intriqalar üzərində siyasət aparan, müxalifətdə "birincilik" uğrundan döyüşən adamlar imkan vermirlər ki, müxalifət birləşsin. Əli Kərimli desin ki, mənim heç bir siyasi iddiam yoxdur, sıravı bir müxalifətçi oluram. Elə İsa Qəmbər də bu addımı atsın. Kənardan birini gətirib yerlərinə qoysunlar. Çünki 20 ildən çox bir müddətdə xalq onlara vəsiqə vermədi, bu gün də vermir. Əli Kərimliyə təklif etdim ki, partiyanın lideri ol, bu zaman ikinci AXCP yaranmasın. Ona dedim ki, mən sədrliyə namizədliyimi verməyəcəm, bir şərtlə ki, o da sədrlikdən getsin. Çünki onun idarəetməsi bərbaddır. Əbülfəs Elçibəyin partiyasını gətirib 10-15 nəfərlik quruma çevirib. Ordakıların hamısı ağzı söyüşlü, keçmişi ləkəli, gələcəyi qaranlıq, qəlbində kin-küdurət yer alan adamlardır. Onlar heç bir perspektivi olmayan şəxslərdir, saxta profillərlə insanları təhqir etməklə məşğuldurlar.

- Əli Kərimli niyə sədrlikdən getmədi?

- Mən də onu deyirəm ki, əgər Əli Kərimli, həqiqətən də səmimi idisə, niyə sədrlikdən getmədi? Bunu ona görə istəmədi ki, lider maliyyə mənbələri əldə etmək üçün vacib post deyil. O, lider olsa idi, bu imtiyazlar əlindən gedəcəkdi. Mənim bir təklifim də var. Məncə, dövlət bu kimi adamlara məvavcib kəssin. Yoxsa bu adamlar heç vaxt oturduqları kreslodan əl çəkməyəcəklər. Ya da gedib bir yerdə dərs desin. Düzdür, ondan dərs alan tələbələrin halına adam acıyar. Əli Kərimli və onabənzər siyasətçilər Azərbaycan dövlətçiliyinə təhdiddir. Azərbaycanın müstəqiliiyinə təhdiddir. Onun gözünü kin elə örtüb ki, ölkəmizin yarısını satar. O müstəqilliyimizlə oyun oynayar. Onu daha çox düşündürən qisasçılıqdır. Allah eləməsin, hansısa düşmən qüvvələr ondan istifadə edib, başımıza oyunlar açarlar.

- Neçə övladınız var?

- 2 övladım var.

- Siz də övlıadlarınızı Əli Kərimli kimi xaricdə oxuda bilərsinizmi, ümumiyyətlə, hər hansı başqa bir cəbhəçi bunu edə bilərmi?

- Əli Kərimliyə ünvanlanan suallar çoxdur. Təəssüf ki, o, bu sualların heç birinə cavab verə bilmir. Heç kim xaricdə oxumağın, ya da ovladını xaricdə oxutdurmağın əleyhinə deyil. Lakin hər kəs soruşurdu: Əli Kərimli o boyda pulu, maddi vəsaiti hardan alır, ildə 40 min dollar təhsil haqqı vermək, hər ay xərclik pulu göndərmək və sairə bütün bunlar başadüşülən deyil. Eləcə də Əli Kərimlinin özünün villaları, mühafiçiləri, geniş imkanları var. Orda bir nəfər də olsun ona bu sualı verib cavabını ala bilməz. Həmin dəqiqə ona "satqın", "vətən xaini" damğasını vurub təhqir edəcəklər, söyəcəklər.

- Əli Kərimlinin yanında olanda, maddi durumunuz necə idi?

- Mən Əli Kərimliyə qoşulan zaman kifayət qədər maddi imkanım var idi və zəngin həyat yaşayırdım. Bir sıra təşkilatların Azərbaycanda konsultantı idim. Sinxron tərcümə ilə də məşğul olurdum. Öz beynimin məhsulu ilə böyük pullar qazanırdım. Onun yanına getməmişdən əvvəl ayda ən azı 2 dəfə xarici ölkələrdə olurdum. Mənə çoxlu dəvətlər gəlirdi. Xaricdə mühazirələr oxuyurdum. Özümün də sürücüm var idi, ailəmin də. Amma mən Əli Kərimlinin yanından gedəndə, heç nəyim yox idi. Mən özüm hər bir şeydən imtina etdim, elmi işlərimlə də məşğul ola bilmədim. Nəticə də göz qabağındadır. Məni kim onun yanında görürdüsə, təəccüb edirdi. Soruşdular ki, o qaragüruhçu mühitdə nə işiniz var!? Əsl AXCP-ni indi biz qurmuşuq, Əli Kərimli "Yurd"un sədridir.

Samir

Digər xəbərlər