Brüsseldə baş verən məlum terror olaylarından sonra istər Belçikada, istərsə də Avropanın digər dövlətlərində xarici ölkələrdən köçən mühacirlər üzərində ciddi yoxlamalar aparılmaqdadır. Xüsusilə, "İŞİD" terror təşkilatının törətdiyi qanlı əməli öz üzərinə götürdükdən sonra Avropada bu istiqamətdə fəaliyyət göstərən müəyyən orqanlar öz işlərini intensivləşdirməyə başlayıblar. Nəticədə, saxta yollarla "avropalılara" çevrilən bir çox insanlar narahat olmağa başlayıblar. Maraqlıdır ki, Belçikadakı hadisələr Azərbaycandakı radikal müxalifət partiya rəhbərliyinin də işinə, necə deyərlər, pəl vurmağa başlayıb. Çünki bir neçə ildir ki, Müsavat, AXCP və s. kimi partiyaların rəhbərlik strukturları bu və ya digər şəkildə xarici ölkələrə, xüsusilə də Avropaya köçmək istəyən insanlara vacib təkliflər veriblər. Bu təklif isə həmin partiyaların saxta vəsiqələrinin onlara baha qiymətə satılmasıdır. Hətta ötən il Müsavat partiyası daxilində fəaliyyət göstərən aparıcı funksionerlərin və onların Avropadakı biznes ortaqlarının da adları mətbuatda hallandırılmışdı.
Qiyməti 500 manatdan 2000-3000 manatadək dəyişən partbiletləri alıb "siyasi mühacir" statusu qazanan insanların "Avropa xoşbəxtlikləri" uzun sürə bilməzdi
Təbii ki, saxtakarlıq və aldadılmaq yolu ilə qiyməti 500 manatdan 2000-3000 manatadək dəyişən partbiletləri alıb "siyasi mühacir" statusu qazanan insanların "Avropa xoşbəxtlikləri" uzun sürə bilməzdi. Məhz Brüssel hadisələrindən sonra qoca qitədə başladılan ehtiyat tədbirləri kifayət qədər azərbaycanlı "siyasi mmühacirlərin" kürklərinə birə salmağa başlayıb.
Artıq o də bəllidir ki, Avropa informasiya resurslarının yaydığı məlumata əsasən, aparılan ciddi yoxlamalar bir neçə il öncə Avropada saxta yollarla sığınacaq tapmış bir çox insanın işində problemlər yaratmaqdadır. Beləlkilə, guya, öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və Avropa demokratiyasının digər tələblərinə uyğun gəlməyən səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər indi deportasiya qorxusu ilə yaşamağa başlayıblar.
Daha pis zərbə - deportasiya olacaq
Bu gün həmin saxtakarlıqlar müəyyənləşdikdən sonra saxta sənədlər vasitəsilə Avropaya köçüb "dissident" olanlar təbii ki, deportasiya olunduqda sonra buradakı bəzi QHT, müxalifət partiyaları sədrlərinin boğazlarından yapışıb, pullarını geri tələb etməli olacaqlar.
Digər tərəfdən, Azərbaycandan Avropaya "siyasi mühacir" adı altında köç etmək istəyən insanlar bəlkə də vaxtilə icazəsiz etiraz aksiyalarında başlarını polis dəyənəklərinə vurdurduqlarına görə peşman olmağa başlayıblar. Çünki yalanları açılır. Onlara dəyən dəyənək zərbəsinin ardınca daha pis zərbə - deportasiya olacaq. Ancaq yalanın ayaq tutub yerimədiyi kimi, onların "siyasi mühacir" adını əldə etmək üçün oynadıqları "siyasi fahişə" rolları da doğru-dürüst alınmayıb. Uzağı, 40 gün çəkib...
AXCP sədri Əli Kərimli arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro (!) məbləğində qiymət preykurantı müəyyənləşdirib
Artıq Avropa ölkələrini bürüyən qanlı terror olaylarından sonra müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırmalar 1000 manata "erməniləşmiş" azərbaycanlı saxtakarların, 500 manata müxalifət parrtiyası lideri ilə onun kabinetində şəkil çəkdirib "siyasi mühacir" olan fırıldaqçıların, "mavilərin" vəziyyətini xeyli ağırlaşdırıb. Çünki onlar özləri barədə doğru-dürüst sənədlər toplamalıdırlar. Həmin sənədlər üzə çıxarsa, vəziyyətləri daha da çətinləşəcək.
Hətta əldə etdiyimiz informasiyalara görə, saxtakar mühacirlərin bir əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini tələb edirlər. Onlar AXCP, Müsavat, QHT və ya "Milli Şura" üzvü "olduqlarını" dırnaqarası təsdiq edən yeni sənədlər tələbində bulunurlar. Atrıq AXCP-də "mühacirlər" üçün konveyer üsulu ilə "vəsiqə", "arayış" və digər "sənədlərin" hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin mətbuata sızan iddiasına görə, AXCP sədri Əli Kərimli arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro (!) məbləğində qiymət preykurantı müəyyənləşdirib.
Beləlkilə, Avropadakı terror olayları "siyasi mühacirlər" üçün nə qədər deportasiya olunmaq təlaşı yaratsa da, Əli Kərimli, Arif Hacılı və s. radikal müxalifət liderləri bundan möhkəm sevinməyə başlayıblar. İlin-günün bu vaxtı yaxşı qazanc əldə etmək onların hərislik maraqlarını tamamlayır. Bu faktor isə saxtakarlıq üzərində müxalifətçilik edən liderlərin həqiqi sifətlərini daha da üzə çıxarmış olur.
Rövşən NURƏDDİNOĞLU