PDF Oxu

Müxalifət

  • 4 713

Fuad Qəhrəmanlının həbsdə olması kimə sərf edir?

image

Ehtiram Mehdiyev: "Yaxın zamanlarda Əli Kərimlinin satqın siyahısına Fuad Qəhrəmanlının da adı əlavə olunacaq"

Alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehdiyev Əli Kərimli və rəhbərlik etdiyi AXCP-də qurduğu avtoritar rejim haqqında növbəti dəfə fikirlərini paylaşıb. E.Mehdiyev qeyd edib ki, yaxın zamanlarda Ə.Kərimlinin satqın siyahısına Fuad Qəhrəmanlının da adı əlavə olunacaq: "Əfvə adı düşməyən, F.Qəhrəmanlı Əli Kərimlinın uzun illərdən bəri müavini olmuşdur. İllərdi "siyasi məhbus"lar üzərindən xarici havadarlarından qrantlar alan Ə.Kərimli ara-sıra sosial problemlərdən danışır, cəmiyyətdə özünü "qəhrəman" kimi göstərsə də, həmişə əqidədaşlarını unutmağa çalışıb. Görünür, onun satqın siyahısına Fuad Qəhrəmanlı da düşəcək. Əli Kərimli və komandası son zamanlar nəinki məhbuslarla bağlı təbliğat aparır, heç onlar haqqında bir cümlə belə məlumat yaymır. Gedişatdan başa düşmək olar ki, artıq Əli Kərimlinin düşərgəsi onları unudub".

Hadisələrdən aydın şəkildə görünür ki, Ə.Kərimli üçün F.Qəhrəmanlı dəftəri çoxdan qapanıb. Hətta F.Qəhrəmanlının həbsdə olması AXCP sədrinə sərf edir, maliyə vəsaiti qazandırır. Çünki hazırda Azərbaycanda özlərini müxalifət lideri adlandıran bir neçə şəxs üçün "siyasi məhbusları müdafiə" adı altında xarici təşkilatlardan aldıqları mənbəyi bilinməyən pullardan başqa heç nə maraqlandırmır. Bu təcrübəni çox görmüşük. Tofiq Yaqublu həbsdə olanda İsa Qəmbər onun başı üzərindən az pul qazanmadı. T.Yaqublunun ailəsinə də qəpik-quruş verməklə də T.Yaqublu ilə aralarındakı gələcək münasibətlərə bir "istilik" gətirdi. Necə deyərlər, səhv sənin idi, ancaq mən sənə pul qazandırdım. Eləcə də F.Qəhrəmanlının qısa bir müddətdir ki, həbsdə olmasına baxmayaraq, ona "siyasi məhbus" adı verildi və xarici təşkilatlara qrantlar üçün müraciətlər edildi. Dənizdə tufan olmadığına görə, deməli, qrant alınıb da, hələ bir yeyilib də. Bu müraciətlərin ən birinci hissəsində "Avropa Məhkəməsinə müraciət üçün böyük xərclərin lazım olması" əsas gətirilir. Həmin təşkilatlara da elə bu lazımdır. Çünki müraicətdə Azərbaycan haqqına elə hədyanlar yazılır ki, bir erməninin belə bunu etməyəcəyinə səndə əminlik yaranır.

Samir

Digər xəbərlər