PDF Oxu

Müxalifət

  • 2 517

Mehman Əliyevin sərsəmlik üzərində qurulmuş təxəyyülü

image

Azərbaycanın dövlətçilik maraqlarına qarşı xəyanət edəndən ağıllı söz gözləmək mümkünsüzdür

Azərbaycan məhkəməsi növbəti dəfə humanist addım ataraq həbsdə olan müxalifyönlü QHT təmsilçisi İntiqam Əliyevi şərti cəza ilə azadlığa buraxdı. Söz yox ki, hakimiyyətin bu kimi addımlar atması, ilk növbədə digər ölkələrə bir örnək ola bilər. Çünki az müddət öncə adları qondarma siyasi məhbus siyahısında olan digər müxalifət təmsilçiləri də dövlət rəhbərliyinin humanist əfv qərarı sayəsində azadlığa buraxılmışdılar. Təbii ki, burada Azərbaycan hakimiyyətinə heç bir təzyiq, yaxud da diktə olunmayıb. Bu, sadəcə bir jest və humanizm dəyərlərinə sadiqliyin nümayişidir.

Təsadüfi deyil ki, Mehman Əliyevin əlində informasiya agentliyi ola-ola, o öz ucuz düşüncələrini AXCP sədri Əli Kərimlinin nəzarəti altında çıxan "Azadlıq" qəzeti ilə bölüşür

Təəssüf ki, özlərini "demokratiya carçısı" kimi təqdim etməyə çalışan bir sıra müxalifət təmsilçiləri hakimiyyətin atdığı bu kimi əhəmiyyətli addımlara qarşı ucuz təxəyyüllü fikirləri ilə çıxır, heç bir əsası olmayan, məntiqə sığmayan bəyanatlar verib günlərini keçirməklə məşğul olurlar. Halbuki, azadlığa buraxılan məhbusların ardınca, Qərbin bir sıra aparıcı siyasiləri bu addımı alqışladıqlarını bəyan etməklə, Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə və dəyərlərə hər zaman sadiq qaldığını vurğulayıblar.

Sapı özümüzdən olan baltalar isə yenə də köhnə dəyirman daşı kimi çax-çax edib, xüsusilə erməni lobbisinin onlara verdiyi sifarişləri icra etməklə məşğul olurlar. Belələrindən biri də "Turan" İnformasiya Agentliyinin direktoru, adı dəfələrlə ölkəmizin dövlətçilik maraqlarına qarşı xəyanətdə hallanan Mehman Əliyevdir. Özü də təsadüfi deyil ki, Mehman Əliyevin əlində informasiya agentliyi ola-ola, o öz sərsəm və ucuz düşüncələrini AXCP sədri Əli Kərimlinin nəzarəti altında çıxan "Azadlıq" qəzeti ilə bölüşür. Buradan da göründüyü kimi, məqsəd Azərbaycana düşmən mövqeyində dayanan xarici qüvvələrə yarınmaq, pul qazanmaq və ondan öz məqsədləri üçün bəhrələnməkdir.

Bu cür çirkin iftira, bəzi dağıdıcı müxalifət təmsilçiləri də daxil olmaqla, yalnız Əli Kərimlidən və onun kimi düşünən Mehman Əliyevdən çıxa bilər

Beləlkilə, Əli Kərimlinin istəyi ilə danışması sirr olmayan Mehman Əliyev böhtan və yalanlarla dolu olan müsahibəsində deyir ki, guya Azərbaycanda milli təhlükəsizlik üçün ən böyük təhdid hakimiyyətdir (?!). Göründüyü kimi, özlərinin dövlətçilik və milli təhlükəsizlik faktorlarına nə qədər təhlükəli olduqlarını gizlətmək məqsədi daşıyan, eləcə də əsassızlığa söykənən bu cür çirkin iftira, bəzi radikal müxalifət təmsilçiləri də daxil olmaqla, yalnız Ə.Kərimlidən və onun kimi düşünən M.Əliyevdən çıxa bilər. Məlum əfv Sərəncamının guya natamam olduğunu, həbsdə qalan bir sıra radikalların da azadlığa buraxılmalı olduqlarını iddia edən hərdəmxəyal radikallar, görəsən Avropanın və Qərbin sözügedən Sərəncama göstərdikləri münasibətlərin fərqinə varıblarmı?

"[email protected]" ünvanından audioyazıda nələr barədə danışılıb?

Mehman Əliyev yəqin ki, bir neçə il öncə mətbuatda yayılan səs yazısını unudub. Elə isə qısa xatırlatma edək. Həmin vaxt ölkənin bir sıra aparıcı qəzet və saytlarına "[email protected]" ünvanından audioyazı daxil olmuşdu. Audioyazıya əlavə edilən qeyddə bildirilirdi ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə "hakimiyyət çevrilişi məqsədi" ilə maliyyələşdirmək fikrindədir. Sözügedən audioyazıda özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə "Turan" İnformasiya Agentliyinin direktoru M.Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xaqani Hüseynov arasında telefon danışığı əks olunmuşdu. Həmin telefon danışığında Yevgeni "demokratik inqilaba kömək" ifadəsini işlədərək, Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək istədiklərini bildirib. Təbii ki, belə bir fərdlə M.Əliyevin eyni mövqedən çıxış etməsi, əslində onun özünün dövlət maraqlarına təhlükə kimi qiymətləndirilə bilər. Üstəlik, M.Əliyev şükür etməlidir ki, buna görə müvafiq orqanlarda istintaqa cəlb olunmayıb. Ancaq bunun əvəzində, Azərbaycan hakimiyyətinə qarşı iftiralar yağdırır, düşmən dəyirmanına su tökərək, anti-Azərbaycan maraqlarından çıxış edir. Belə olduğu təqdirdə, M.Əliyev də gec-tez bu kimi məntiqsiz və əsassız iftirtalarına görə cavab verməli olacaq.

Hüquq müdafiəçisi: "...Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...Turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı"

Yeri gəlmişkən, məsələni elə də uzatmayaraq, M.Əliyevin rəngarəng həyatına rəng qatan daha bir faktı dəyərli oxucularımıza xatırladaq. Hüquq müdafiəçisi Sahib Məmmədov "Turan" İnformasiya Agentliyinin baş direktoru M.Əliyevlə bağlı tənqidi fikirlər səsləndirərkən, şəxsi "facebook" hesabında bu cür xatırlatma edib: "Bu, o adamdır ki, vaxtilə mən Prezident Aparatında şöbə müdiri işləyəndə, qəbul otağımda gəzirdi. Şəxsi firma təsis eləmişdi və guya Sumqayıtla bağlı film çəkəcəkdi. Mənə yalvarıb inandırmışdı ki, film çox vacibdir. Mən də Sumqayıt və daha 3 rayon icra hakimiyyəti başçılarına həmin hesablara müəssələrdən pul köçürülməsini tapşırmışdım. Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...Turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı."

Bu, bilavasitə Əli Kərimli obrazına bənzər bir obrazdır, deyilmi? Bizcə, kimin-kim olduğunu və nə qədər təhlükəli olduğunu sübut etməyə əlavə ehtiyac duyulmur...

Rövşən RƏSULOV

Digər xəbərlər