Səxavət Əlisoy: "Tofiq Yaqublu bizi saxta başqanla bir masa arxasında əyləşdirmək üçün öhdəlik götürməyib"
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun ABŞ-dan Azərbaycana dönüb bundan sonrakı fəaliyyətini ölkədə davam etdirməsi xəbəri müxalifət dairələrində, o cümlədən də, Müsavat Partiyasının rəhbərliyinidə narahatlıq yaradıb. Bununla bağlı SİA-ya açıqlama verən ADR-in İdarə heyətinin üzvü Səxavət Əlisoy bildirib ki, Qubad İbadoğlunun Bakıya dönüşünün kimlərdəsə narahatçılıq, yaxud qııcıq yaratması onlar üçün heç də önəmli deyil: "Önəmli olan ADR Hərəkatının bundan sonrakı fəaliyyəti və qarşıya qoyduğu məqsədə doğru getməsidir. Qubad bəy bundan sonra Hərəkatın sədri kimi daha intensiv çalışacaq".Səxavət Əlisoy ADR-Müsavat münasibətlərində heç bir müsbət dəyişikliklərin olmayacağını da deyib. Belə ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun sabiq narazı müsavatçılarla partiya rəhbərliyi arasında münasibətləri normallaşdıracağına dair səsləndirdiyi fikirlərə də münasibət bildirən ADR funksioneri qeyd edib ki, Tofiq Yaqublu onları saxta başqan Arif Hacılı ilə bir masa arxasında əyləşdirmək üçün öhdəlik götürməyib: "Amma bu və ya digər mənada Tofiq bəyi başa düşürəm. Ona sonrakı fəaliyyətində uğurlar diləyirəm. Bu mövzuda biz dəfələrlə mətbuata açıqlama verərək öz fikirlərimizi qəti olaraq bildirmişik. Bundan sonra da fikrimizin dəyişməyəcəyinə əminəm".
sia.az