PDF Oxu

Müxalifət

  • 3 948

Müxalifətin dağılması reallığa çevrilir

image

Bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri özlərini ucuz formada rekalam etməkdən ibarətdir. Müxalifət partiya rəhbərləri hələ də, siyasətdə olduqları görüntüsünü yaratmaq üçün dağıtdıqları blokların yerinə yenisini yaratmaq kimi məsələlərə əl atırlar. Amma bu, reallıqdır ki, müxalifət düşərgəsində olan partiyaların potensialı tamamilə tükənib. Potensialı tükənən partiyalarında irəliyə doğru getməsi mümkün olan məsələ deyil. Təbii ki, onlara havadarlıq edən bəzi dairələr də var ki, həmin qüvvələr bu partiyaları vaxtaşırı birliklər yaratmaqa sövq edirlər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət liderlərinin öz istəkləri ilə yaratdıqları bloklara inamsızlığı onların sosial bazaya malik olmamasından irəli gəlir: "Bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyir. Yəni müxalifçilər bu gün biri digərinə qarşı yaxşı olsa da, sabah pis olur. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və biri-birini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, birlik olamayan bir yerdə də inamdan, mehribançılıqdan və irəliləyişdən söhbət gedə bilməz".

T.Novruzov onu da bildirdi ki, müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmamaları və biri-birinə qarşı olan düşmənçilik münasibləridir: "Müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfdən yaradılan blok və qurumların dağılmasının şərtləndirən əsas amillərdəndir. İddialar müxalifət partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Birmənalı şəkildə demək olar ki, müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".

T.Novruzovun sözlərinə görə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil: "Əgər adlarını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirlərsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirlərsə, onda da həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Bugünkü müxalifət qurumların bu cür çıxılmaz bir vəziyyətə düşmələrinin səbəbi onların müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Bu, müxalifətin sonu deməkdir. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, onları bu cür çıxılmaz vəziyyətdən necə çıxaraq. Yəni biri-birini qırmamalıdırlar, əksinə, yox müxalifətin yeniləşməsinə çalışmalıdırlar. Əks-təqdirdə müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".

GÜLYANƏ

Digər xəbərlər