PDF Oxu

Müxalifət

  • 2 286

AXC və Müsavat rəhbərliyinin "vəsiqə" alveri etirazla qarşılandı

image

Millət vəkili: "Pul müqabilində ölkəsinin maraqlarını satmaq böyük xəyanətdir"

Dağıdıcı müxalifət partiyalarının xaricdəki bir sıra təşkilatlarla əlaqələri heç kimə sirr deyil. Maliyyə hesabatları verməyən, şəffaflığı təmin etməyən, qərargah işçilərini, mühafizəçilərini saxlamaq üçün aylıq on minlərlə vəsait xərcləyən partiya sədrlərinin hansısa gizli əllərdən pul alması heç kimdə şübhə doğura bilməz. Bu sual onlara verildikdə "üzvlərimiz aylıq üzvlük haqqı verir" cavabı ilə məsələnin mahiyyətindən yayınırlar. Böyük biznes imkanlarına, maliyyə rıçaqlarına yiyələnən Əli Kərimli və İsa Qəmbərin bütün bunları partiya üzvlərinin aylıq 1-2 manatı ilə əldə etməsi gülünc doğurur. Hər iki şəxsin zaman-zaman partiyadaxili maxinasiyalarla məşğul olması, partiyadaşlarını bu və ya digər formada aldatması halları ilə bağlı da kifayət qədər məlumatlar mətbuatda dərc olunub. Hələ illər öncə bilirdik və yazmışdıq ki, Ə.Kərimli 5-10 min manat pulun müqabilində cəbhəçiləri "siyasi mühacir" adı altında xaricə göndərir. Belə ki, hansısa cəbhəçidən 5 min manat alır, daha sonra onun sənədlərini qaydasına salır, səfirliyə müraciət edir ki, guya hakimiyyət cəbhəçiyə təzyiq göstərir. Bu zaman Ə.Kərimlinin "donos" yazdığı bəzi səfirliklər də öz xislətlərinə sadiq qalaraq onun müraciətinə cavab verir. Bu məsələ yenidən gündəmə gəlib. Vaxtilə İ.Qəmbərin oğlu Turqut Qəmbərin adı "mühacir" oyunlarında hallanırdı. Turqut ingilis dilini bildiyi üçün atasının səfirliklərlə bağlı "işlərini" görürdü. Bir neçə gün bundan öncə cəbhəçilərin yenidən bu məsələni gündəmə gətirməsi, xaricdə yaşamaqları üçün "mühacir" adını almaqdan ötrü Ə.Kərimliyə 5 min manat vermələri məsələni daha da aktuallaşıb.

Məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən millət vəkili Astan Şahverdiyev bildirib ki, dağıdıcı qüvvələr üçün Azərbaycanın milli maraqlarını satmaq, ölkəmiz haqqında qeyri-obyektiv məlumatları xaricə ötürmək adi bir işdir və onlar uzun illərdir ki, bu işlə məşğuldurlar: "Biz müstəqilliyimizi qazandıqdan sonra həm daxili, həm də xarici düşmənlərimizin iftiralarına çox tuş gəlmişik. Lakin heç biri bizi əzə, mövqeyimizdən çəkindirə bilməyib. Güclü Azərbaycanın qarşısında bu qüvvələr məğlub olmağa məhkumdurlar. O ki qaldı Ə.Kərimlinin, İ.Qəmbərin "vəsiqə" alveri etməsinə, bu siyasi təşkilat rəhbərlərinə yaraşmayan hərəkətlərdir və onlar bu cür yersiz işlərlə məşğuldurlar. Hansısa pulun müqabilində ölkəsini atıb getmək, xaricdə ölkəsi haqqında hədyanlar danışmaq, partiya sədrlərinin xaricdə "casusu" rolunu oynamaq, müxtəlif dövlətlərə "donos"lar yazmaq xəyanətdir. Ümumiyyətlə, mən həmişə demişəm, yenə də deyirəm ki, bu kökdə müxalifət olmaz. Bunlar antimilli qüvvələrdir. Xalqımız üçün vacib olan məsələlərdə də öz satqınlıqlarından əl çəkmirlər. Bu gün bütün dünya Azərbaycanın inkişafını təqdir edir. Amma baxın, öz içimizdəkilər qısqanclıqdan bütün bunlara ləkə yaxmağa çalışırlar. Azərbaycanda oxuyub-işləyə bilməyən, məqsədsiz, savadsız, iradəsiz gənclər "mühacir" adı altında xaricə gedib orada aylıq havayı pul alıb yaşamaq istəyirlər. Sonra da xaricdə Azərbaycana qarşı hədyanlar yağdırırlar. Xalq bu adamları qınayır".

Samir

Digər xəbərlər