PDF Oxu

Müxalifət

  • 2 060

Müsavatın rayon təşkilatları dağılır

image

Tapdıq Abbas: "Müsavatçılar Müsavatdan üz döndəriblər, partiyanın rayon təşkilatları tamamilə buraxılıb"

Son illərdə Müsavat partiyasından baş verən istefalar partiyanın üzvlərinin sayını barmaqla sayılacaq qədər azalıb. Düzdür, bundan əvvəl də Müsavatın üzvlərinin sayı minlərlə, on minlərlə ölçülmürdü. Lakin partiya rəhbərliyinin "bizim sosial bazamız genişdir" fikri bu istefalardan sonra tamamilə darmadağın oldu. Xüsusilə də, partiyanın qurultayından sonra funksionerlərin istefası sıravı üzvləri də Müsavatdan getməyə həvəsləndirdi.

Bir neçə gün öncə "Azad Demokratlar Partiyası"nın ali məclisinin sədri Tapdıq Abbasın açıqlaması Müsavatın acınacaqlı durumuna bir daha güzgü tutdu: "Müsavat partiyasının Beyləqan rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti "Azad Demokratlar Partiyası"na keçib. Partiya sıralarına qəbul olanların böyük əksəriyyəti müxalifət düşərgəsinə aid olan şəxslərdir. Müsavatın keçmiş məclis və divan üzvləri "Azad Demokratlar Partiyası"na üz tutub. Müsavat partiyasından ayrılan qüvvələrlə də iş aparırıq, onlarla əməkdaşlığa çalışırıq. Vaxtilə Müsavat partiyasında Beyləqan rayon təşkilatında sədr olmuşam. Bəyanat verib partiyadan uzaqlaşdıq. Hazırda həmin təşkilatdan 150 nəfərdən çox keçmiş müsavatçı bizim partiyaya üzv qəbul olunub. Bir rayon təşkilatı öz fəaliyyətini dayandırdı və böyük əksəriyyət "Azad Demokratlar Partiyası"na qoşuldu.

T.Abbasın fikirlərinə, xüsusilə də onun "müsavatçılar bizə üz tutur" iddiasına münasibət öyrənmək üçün Müsavat başqanının müavini Gülağa Aslanlı ilə əlaqə saxlamağa çalışdıq. "SƏS" qəzetinin əməkdaşı olduğumuzu dedikdə, telefonu üzümüzə qapatdı. Daha sonra bir daha zəng etdik, bu suala cavab verməyəciyini və iqtidaryönlü qəzetlərə, ümumiyyətlə açıqlama vermədiyini bildirdi. "Hörmətli", Gülağa bəy, 25 ildir ki, "demokratiya"dan, jurnalist "hüquqları"ndan, "söz azadlığı"ndan danışırsan. Müxalifət jurnalistlərinin sualları cavabsız qalanda, özünü təhqir olunmuş hesab edirsən. Bəs indi niyə təhqir olunmursan? Deməli, sizin "demokratiya"nız, "söz azadlığı"nız, həqiqətən də elə özünüz üçündür. Bizim bir sualımıza tab gətirə bilmirsinizsə, sizlərə bu iradənizə görə "əhsən" düşür.

Samir

Digər xəbərlər