PDF Oxu

Müxalifət

  • 2 675

Müsavatda istefalar dalğası davam edir

image

Qubad İbadoğlu: "Arif Hacılı nominal başqandır"

Son illərdə Müsavat partiyasında baş verən istefalar partiyanın üzvlərinin sayı barmaqla sayılacaq qədər azalıb. Doğrudur, bundan əvvəl də Müsavatın üzvlərinin sayı kifayət qədər az idi. Partiya rəhbərliyinin "bizim sosial bazamız genişdir" fikri bu istefalardan sonra tamamilə darmadağın oldu. Xüsusilə də, partiyanın qurultayından sonra funksionerlərin istefası sıravi üzvləri də Müsavatdan getməyə həvəsləndirdi.

Müsavatda nə baş verir?

Müsavatda baş verənləri isə ən yaxşı təhlil edən elə Müsavatın öz üzvləridir. Elbəyi Həsənli sosial şəbəkədə maraqlı bir rəy yazıb. Deyib ki, heç Əli Kərimli də Müsavatın iflası üçün belə bir ssenari düşünə bilməzdi. Müsavatda vəziyyət isə doğurdan da düşündürücüdür. Partiyadan istefa verənlər bunu partiya daxilində baş verən anti-demokratik fəaliyyətlə bağlayırlar və bildirirlər ki, nə qədər ki, Arif Hacılı başqandır, Müsavat adlı partiyada bir nəfər də qalmayacaq. Ona görə də yeni qurultayın və nümayəndələrin seçilməsini istəyirlər. Onların iddiasına görə, elə rayon var, heç orada partiyanın təşkilatı yoxdur, amma nümayəndə seçilib.

A.Hacılı isə ona qarşı çıxanları partiyadan xaric etməklə, repressiya üslubunu bu gün də dayandırmır. Müsavat başqanı A.Hacılı isə ünvanlanan müraciətlərə cavab olaraq bildirib ki, həmin şəxslərin üzərinə götürdüyü missiya Müsavatı parçalamaq, partiya içində nifaq salmaq və onu xalq arasında nüfuzdan salmaqdır.

Məsələnin başında İsa Qəmbər dayanır

Proseslər göstərir ki, partiyadan xaric edilmələr təkcə A.Hacılının iradəsi ilə həyata keçirilən məsələ deyil. Məsələnin başında İsa Qəmbərin dayandığını Qubad İbadoğlu konkret olaraq söyləyib: "İndiki başqan nominal başqan sayıla bilər. Çünki o məsələlərin həllində real başqan statusunda əvvəlki başqan çıxış edir və onların müzakirələrindən bizə verilən məlumata görə, artıq qərarlaşdırılıbdır ki, partiyanın hansı üzvlərinin divandan xaric etsinlər. Eyni zamanda, hansı üzvlərini Mərkəzi Nəzarət-Təftiş Komissiyasında müzakirə edib partiya sıralardan çıxarsınlar" - deyə sabiq müsavatçı Qubad İbadoğlu fikrinin açıqlayıb.

Beləliklə, o vaxtdan başlayan ziddiyyət indi get-gedə daha da böyüyür. Vəziyyətin gələcəkdə necə olacağını isə zaman göstərəcək. Hələlik isə, görünən odur ki, bu xəmir hələ çox su aparacaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər