PDF Oxu

Müxalifət

  • 3 005

Əli Kərimli indi də ikibaşlı oyun oynayır

image

TƏRS BAXIŞ

Qarabağda baş verən hadisələrlə bağlı bəyanatlar səsləndirən AXCP sədri partiyasını bu yolla dağılmaqdan xilas etməyə cəhd göstərir

Cəbhə xəttində baş verən məlum olaylardan sonra müxalifət düşərgəsinin də müəyyən qütbləri, xüsusilə radikallar tərəfindən bəyanatlar verildi. Lakin həmin bəyanatların səmimiliyi, yaxud da qeyri-səmimiliyi bir yana, bu bəyanatları səsləndirənlərin kimliklərinə baxdığımız zaman sual yaranır: məgər onların hakimiyyəti dövründə Qarabağın bir sıra əraziləri erməni işğalçılarına verilməmişdimi? Təbii ki, bu kimi faktlar kifayət qədərdir və nəinki Qarabağ, o cümlədən Azərbaycanın müstəqilliyi müxtəlif xarici siyasi dairələrə peşkəş verilirdi. O, zamanın iqtidar olan indiki müxalifət nümayəndələri "biz də varıq" deyib, ortaya düşürlər ki, bu vəziyyətdə özlərini reklam etdirsinlər.

Bu cür partiya sədrlərindən biri də AXCP sədri Ə.Kərimlidir. O, Qarabağ cəbhəsində baş verən hadisələrdən "narahat" olduğunu reklam etməkdən ötrü guya hakimiyyətin apardığı siyasətə dəstək verəcəyini bildirib (?!-R.R.). Hətta özünə məxsus "Azadlıq" qəzeti və s. media qurumlarında hakimiyyətə qarşı yazılar yazılmayacağını da özünə xas minnət vasitəsilə bildirib (??!!-R.R.). Məhz bu məsələdə onun daxilindəki çirkab aşkar şəkildə özünü büruzə verib. Çünki Ə.Kərimlini Qarabağ məsələsi, oradakı əsgərlərimiz, ümumiyyətlə baş verən proseslər deyil, partiyasının aqibəti maraqlandırır. Belə qənaətə gəlməyə isə kifayət qədər zəmin və əsaslar var.

Əli Kərimli barədə daha bir maraqlı fakt ortaya çıxıb

Bəllidir ki, artıq AXCP daha bir cəbhəyə parçalanıb ki, həmin cəbhənin fəaliyyəti mətbuatda alternativ AXCP kimi təqdim olunmaqdadır. Əli Kərimlinin sabiq müavinlərindən olmuş Razi Nurullayevin sədrlik etdiyi AXCP isə öz fəaliyyəti ilə demək olar ki, Əli Kərimlinin AXCP-sini dalana dirəyib. Başqa tərəfdən, AXCP-ni geri qaytarmaq səyləri nəticə verməyən "Yurd" sədri Əli Kərimli barədə daha bir maraqlı fakt ortaya çıxıb. Bəlli olub ki, o, ölkədən getməyə, daha dəqiqi isə qaçmağa hazırlaşır. Buna səbəb isə AXCP-nin hüquqi təmsilçiliyi barədə Ədliyyə Nazirliyi qarşısında qaldırdığı iddianın təmin olunmamasıdır. Belə ki, ötən ayın sonlarında məhkəmənin əleyhinə qərar çıxarmasından sonra qruplaşmanın rəhbərlikdə təmsil olunan heyəti ilə görüşən Kərimli təşkilatını xaricdən idarə etmək qərarı verib. Ona görə də bir neçə gün öncə AXCP-nin yedək qurumu kimi tanınan "Milli Şura"nın sədri Cəmil Həsənlinin istefası barədə xəbərlər mediada yer almağa başlamışdı. Məqsədlərdən biri də Cəmil Həsənlini "Milli Şura" rəhbərliyindən uzaqlaşdırmaqla "Milli Şura"dakı üzvlərin AXCP sıralarına cəlb edilməsidir. Məhz ondan sonra Kərimli ölkədən çıxmaq üçün yollar axtarmağa başlamaq fikrindədir. Yəni onun məqsədi AXCP-ni xaricdən, erməni lobbisinin qucağından idarə etməkdir. Hazırda isə onun pasport məsələsini həll etməyə çalışması da istisna edilmir.

Kərimli Avropa Məhkəməsindən də əlini üzməyə məcbur qaldı - Ermənistana belə köçə bilər...

Yeri gəlmişkən, Əli Kərimli pasport almaq üçün məhkəməyə də müraciət edib. Ancaq məhkəmə onun iddiasını təmin etməyib və o, Avropa Məhkəməsinə üz tutub. Ancaq göründüyü kimi, onun pasport məsələsinin həll edilməsi Avropa Məhkəməsi üçün də maraqsız bir işdir. Məsələnin keçən ilin noyabr ayında həll olunacağı gözlənilsə də, Avropa tərəfi bunun üzərindən səthi keçdi və Kərimli Avropa Məhkəməsindən də əlini üzməyə məcbur qaldı.

Sonra isə məlum Nardaran hadisələri baş verdi və Əli Kərimli Fuad Qəhrəmanlını öz çirkin siyasətinə qurban verdi. Düşündü ki, bunun əvəzində hansısa qüvvələrlə iş birliyinə nail olub, saxta pasport almağı bacaraq. Ancaq bu da ona kömək olmadı. Ona görə də xarici ölkələrin birinə qaçmaq üçün Əli Kərimli indi də loyal tipli bəyanatlar səsləndirməklə, hakimiyyətə "ağıllı uşaq" kimi görünməyə çalışır. Belə hesab edir ki, "ağıllı" olarsa, pasport da əldə edə biləcək. Ancaq unudur ki, onun pasport almaq üçün bir neçə öhdəliyi var. Onların ən başlıcası isə barəsində qaldırılan cinayət işlərinin nəticələrini gözləməkdir. Günahsız olarsa, təbii ki, pasportunu alıb, hətta gizli sevdiyi Ermənistana belə köçə bilər...

Rövşən RƏSULOV

Digər xəbərlər