PDF Oxu

Müxalifət

  • 1 519

Quduzlaşmış işğalçı rejim xalqın hiddəti qarşısında tab gətirmir

image

Georgi Vanyan: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır"

Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün də öz saxtakarlıqlarından əl çəkmirlər. Amma etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan bu xalqın cəfəng iddialarına, sadəcə cavab verməklə kifayətlənmişik. İndiki Ermənistan adlı qondarma dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını vaxtilə lazımınca dünya ictimaiyyətinə çatdırmamışıq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu məsələyə aydınlıq gətirərək demişdir: "Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə, Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu".

Erməni siyasətçiləri işğalçı olduqlarını etiraz etmirlər

İşğalçı Ermənistanın növbəti təxribatı aprelin 2-nə keçən gecə bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalması olub. Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan məsələnin həllində Azərbaycan dövlətinin siyasətinin uğurlu olduğunu söyləyib: "Ermənistan hakimiyyətinin iddiaları əsassızdır. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır və qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir. Erməni xalqı artıq Sarkisyanın xalqına etdiyi bu cəlladlığa dözə bilmir. Onunu hakimiyyətdən getməsinin vaxtıdır".

Yenə də "narahatdılar"...

Göründüyü kimi, ermənilər öz doğma torpaqlarımızdan elə yenə də öz doğma torpaqlarımızı vururlar, bizim cəsur ərənlərimiz də ermənilərin başlarına od tökürlər. Aprelin 2-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq, qoşunların təmas xəttində növbəti təxribat törətsələr də, Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdikləri birinci müdafiə xətti yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olundu. Bu, bir daha sübut etdi ki, Ermənistan Azərbaycan dövləti qarşısında gücsüz və ölü dövlətdir.

Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş Ermənistanın əsgər anaları təşkilatları və bəzi QHT üzvülərinin Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiya keçirməsidir. Bununla yanaşı, erməni saytlarının xəbərinə görə, Ermənistan rəhbərliyi itkilərin sayının dəqiq bilinməməsi üçün ordu rəhbərliyinə mətbuatla əlaqəni kəsməsi göstərişini verib. Bu isə əsgər anaların hiddətinə səbəb olub.

Məsələyə münasibət bildirən erməni deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı prezident Serj Sarkisyanda görüb. O, Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: "Güclünün yanında zəif həmişə günahkardır".

Eyni zamanda, erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə Yerevana göndərilir.

"Armenianreport" yazır ki, Azərbaycanın Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da nazirlik real itkiləri gizlədir və susur. "Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur".

Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdafiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, hakimyyyətə qarşı etiraz aksiyalarının da genişlənməsinə, ölkədə situasiyanın daha da gərginləşməsinə rəvac verir.

Sonda Serj Sarkisyanın erməni gəncləri ilə görüşündə işlətdiyi bir ifadəni xatırlatmaq istərdim :"Biz üstümüzə düşən missiyanı yerinə yetirdik". O, buna əsaslanırdı ki, Ermənistan türksüzləşdi, Azərbaycanın 20 faiz torpağını qamarladılar, Dağlıq Qarabağı tamamilə ələ keçirdilər və s. Görün, bu faşist xislətli ölkə başçısı öz yeniyetmələrini nəyə təhrik edirdi? "Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu, sizin borcunuzdur". İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan bacarardı. Çünki onun damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qaniçənin, türk düşməninin qanı axır. Qoy Tanrı faşistin ən dəhşətlisi olan Serj Sarkisyanların cəzasını versin.

Bir də Sarkisyan anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər