PDF Oxu

Müxalifət

  • 8 489

Tofiq Yaqublu qalmaqalı böyüyür

image

Müsavat rəhbərliyi ondan imtina edə bilər

Həbsdən azad olunduqdan sonra "Milli Şura"da qaldığını və siyasi fəaliyyətinin bir hissəsini də məhz həmin ölü qurumda davam etdirəcəyini deyən Tofiq Yaqublu ilə təmsil olunduğu Müsavat partiyası arasındakı qalmaqal böyüməkdə davam edir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Tofiq Yaqublu Müsavatın başqan müavini olmasına baxmayaraq, partiyasının "Milli Şura" sıralarından çıxmasına qarşı olduğunu etiraf edib və atılan addımı yanlışlıq kimi qiymətləndirib. Digər tərəfdən, o, iddia edib ki, Müsavat rəhbərliyi onun "Milli Şura"da təmsil olunmasına heç bir təpki, etiraz göstərməyib. Ancaq bu dəfə onun yalan danışdığı üzə çıxıb.

İş divana doğru gedir - məclis sədri Nüşabə Sadıqlı: "Divan qərar verəcəksə, o, bu qərara tabe olmalıdır"

Məsələ ondadır ki, "Mən də fərd olaraq, "Milli Şura"da qalıram, çıxmamışam, "Milli Şura"nın toplantılarında da iştirak edəcəyəm" -deyən Yaqublunun bu sözləri nəticədə kəskin etirazla qarşılanıb.

Düzdür, hələlik Müsavatın baqşanı Arif Hacılı sözügedən məsələ ilə bağlı heç bir reaksiya göstərməsə də, gözlənildiyi kimi, onun bu funksiyasını müavinləri, partiyanın digər rəsmi şəxsləri icra edirlər. Belə ki, Müsavat məclisinin sədri Nüşabə Sadıqlı Tofiq Yaqublunun mövcud mövqeyindən xəbərsiz olduğunu deyərək, bildirib ki, qarşı tərəfin belə açıqlama ilə çıxış etməsini yeni eşidib: "Yəqin ki, divanın iclasında Tofiq Yaqublu məlumat verəcək. Daha sonra isə divan müvafiq qərar qəbul edəcək. Fərd olaraq mən bir söz deyə bilmərəm. Tofiq Yaqublu fərd olaraq azad insandır, seçim onundur. Ancaq bir partiya üzvü olaraq o, qərarlara tabe olmalıdır".

Müsavatı "Milli Şura"ya qurban verəcək

Onu da qeyd edək ki, divanın Tofiq Yaqublunun həm "Milli Şura"da, həm də Müsavatda başqa müavini kimi fəaliyyət göstərməsinə müsbət cavab verməsi inandırıcı görünmür. Bu baxımdan, qalmaqalın böyüyərək çərçivədən çıxması ehtimalı daha çoxdur. İlk növbədə, Nüşabə Sadıqlının ortaya atılaraq, Yaqubluya qarşı fikirlər səsləndirməsi də deyilənləri təsdiq edir.

Yeri gəlmişkən, Tofiq Yaqublu həbsdən çıxar-çıxmaz AXCP ilə Müsavatı barışdıracağı iddiası ilə də çxış etmişdi. Ancaq onun bu təşəbbüsü də puç olmuşdu. İki partiyanı bir araya gətirə bilməyən Tofiq Yaqublunun Müsavatı "Milli Şura"ya qurban verməsi isə daha çox inandırıcı görünür.

Rövşən RƏSULOV

Digər xəbərlər