PDF Oxu

Müxalifət

  • 1 962

Müsavatın tifaqı xaraba qalıb

image

Elbəyi Həsənli: "Arif Hacılı dağıdıcılığı partiyasına da siyarət edir"

Son illərdə Müsavat partiyasında baş verən istefalar partiyanın üzvlərinin sayını barmaqla sayılacaq qədər azalması partiya funksionerlərini danışmağa vadar edib. Müsavatda bu gün baş verənləri isə ən yaxşı təhlil edən Müsavatın təbliğatçısı Elbəyi Həsənli partiyanın başqanı Arif Hacılının ünvanına tənqidi fikirlər səsləndirib: "Müsavat partiyasının məhvə doğru getməsinin səbəbkarı yeni başqan A.Hacılıdır. Çünki Müsavat partiyasının başqanı dağıdıcı mövqedədir. Məhz Tofiq Yaqublu kimi, yəni birləşdirici fiqur olmalıydı. A.Hacılı isə dağıdıcıdır. Ona görə də Müsavatın tifaqı xaraba qalıb. Tofiq bəy deyir ki, parçalanmışı yenidən birləşdirməyə çalışacaq. Bunun adı gopologiyadır. Arif Hacılı başqan olandan sonra partiyanın az qala bütün elitası təşkilatı tərk edib, bir nəfər də tanınmış sima bu partiyaya daxil olmayıb. Elə bu səbəbdən də Arif Hacılı sovet dönəmindəki kolxoz sədrləri kimi pambıq "pripiska"sına keçib".

Tural Abbaslı: "Müsavat partiyasını ağır günlər gözləyir"

Müsavat partiyasının sabiq divan üzvü, "Ağ Blok"un sədri Tural Abbaslı da Arif Hacılının rəqabət hissi ilə yaşadığını bildirib: "Mən və tərəfdarlarım da bu fikirdədirlər ki, Arif Hacılı və ətrafı rəqabət hissindən qurtulmayıblar və bu mühiti davam etdirirlər".

T.Abbaslı bildirib ki, Arif Hacılı və ətrafı hələ də qrup maraqları naminə addımlar atır: "Belə rəqabətdə iştirak etmək lazım deyil. Biz partiya naminə nə isə etməyin tərəfdarıyıq, "mənim qrupum", "sənin qrupun" anlayışı ilə yarışmağın tərəfdarı deyilik. Ona görə də məclis üzvlüyünə namizədliyimizi verməyəcəyik. Təbii ki, bu da partiyadaxili demokratiyanın bərbad olduğunun göstəricisidir. Bu, partiyanın zəifləməsinə gətirib çıxaracaq. Tez bir zamanda lazımi addımlar atılmasa, təəssüf ki, Müsavat partiyasını ağır günlər gözləyir".

A.Hacılı isə ona qarşı çıxanları partiyadan xaric etməklə, repressiya üslubunu bu gün də dayandırmır.

Beləliklə, bu gün Müsavatda yaranmış vəziyyət onu deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər