PDF Oxu

Müxalifət

  • 2 369

Tofiq Yaqublu "Milli Şura"dan çıxacaqmı?

image

Gülağa Aslanlı: "Tofiq Yaqublu nizamnamədən kənar hərəkət edə bilməz"

Vidadi Mirkamal: "Müsavat zəiflədi, nüfuzunu tamamilə itirdi..."

Müsavat başqanının müavini Tofiq Yaqublunun "Milli Şura"da qalıb-qalmaması məsələsi müxalifət düşərgəsindəki vəziyyəti daha da gərginləşdirib. Xüsusilə də Müsavatla AXCP arasında hökm sürən ədavət və düşmənçiliyi bu məsələdən sonra daha da dərinləşib. Müsavat rəhbərliyi, şəxsən Arif Hacılı belə hesab edir ki, T.Yaqublunun partiyanın "üzünə ağ olub" "Milli Şura"dan istefa verməməsində əsas günahkar Əli Kərimlidir. Yadınızdadırsa, bir neçə ay bundan öncə cəbhəçilər sosial şəbəkələrdə T.Yaqublunun həbsdən çıxandan sonra AXCP-yə üzv olacağını yazışdırlar. Bəs T.Yaqublu nə üçün "Milli Şura"dan istefa vermir!? Müsavat partiyasının "Milli Şura"da olan üzvləri qurumu tərk etsələr də, T.Yaqublu "Milli Şura"da qalacağını bəyan edib. O, bunu Milli Şuranın siyasi partiyaların deyil, fərdlərin birliyi əsasında formalaşdırılması ilə əsaslandırıb. Onun bu bəyanatından sonra Müsavat daxilində vəziyyət tamamilə kritik həddə çatıb. Artıq A.Hacılının göstərişi ilə T.Yaqublunun əleyhinə kampaniyalara start verilib. Müsavatın keçmiş başqanı İsa Qəmbərin "o, həbsdə olanda ailəsinə çox yardım etdik" minnəti ilə danışması, hətta T.Yaqublunun Müsavatdan istefası ilə nəticələnə biləcəyinin də anonsudur. Vəziyyətin nə dərəcədə gərgin olduğu elə Müsavat başqanının müavini Gülağa Aslanlının açıqlamasından da görünür: "Müsavat partiyasının üzvləri bilməlidirlər ki, partiya Nizamnaməsindən kənar hərəkət etmək olmaz. Biz onu müzakirə edəcəyik. Biz bu məsələni T.Yaqublu ilə də danışacağıq". Nəzərə alsaq ki, T.Yaqublu qərarında qətidir, həmçinin G.Aslanlının bu məsələdə mesajını verdi, deməli, hər iki qurum arasındakı problemlər daha da dərinləşəcək".

"Milli Şura"nın koordinasiya şurasının üzvü Vidadi Mirkamalın sözlərinə görə, T.Yaqublunun qurumda qalmasına heç bir məhdudiyyət yoxdur: "Bildiyiniz kimi, "Milli Şura" fərdlərdən təşkil olunmuş təşkilatdır. Bizim sıralarımızda Müsavat partiyasının üzvləri də var idi, onlar sıralarımızdan ayrıldı. Belə zənn edirdilər ki, "Milli Şura" zəifləyəcək. Amma zaman göstərdi ki, sıralarımızdan ayrılan partiyalar özləri zəiflədi, nüfuzunu itirdi. T.Yaqubluya gəlincə, o, prinsipial bir insandır, biz hər zaman onu və digər siyasi məhbusları müdafiə etmişik. T.Yaqublu kimi bir şəxsin "Milli Şura" sıralarında olması bizim gücümüzə güc qatır".

Göründüyü kimi, "Milli Şura"nın üzvü V.Mirkamal Müsavata replika atdı. Şübhəsiz ki, V.Mirkamal Müsavatın tamamilə zəiflədiyini, heç bir nüfuz sahibi olmadığını düz deyir. Lakin onun "Milli Şura"nı da "güclü" qurum kimi təqdim etməsi də reallığı əks etdirmir. Sadəcə onun bu fikri Müsavat auditoriyasına tuşlamaq üçün səslənən bir deyimdir.

Samir

Digər xəbərlər