PDF Oxu

Müxalifət

  • 90 743

Əli Kərimli - avantüraçı, satqın və milli xəyanətkar

image

TEZİS ƏSASINDA

İctimaiyyət və sağlam düşüncəli insanlar anti-dövlətilik çıxışlarına görə onun həbs olunmasını tələb etməlidir!

Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər. Bu sıralamada isə ilk yeri tutanlardan biri və birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. O da sirr deyil ki, müxalifətçi partiya sədri adı altında maskanalanan Kərimli və onun yandaşları, ümumiyyətlə yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməsidir. Bu baxımdan, biz çoxsaylı sübutlar gətirməklə nəticəyə gələ bilərik ki, Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu, bir aksiomaya çevrilib.

Azərbaycanın cəbhə xəttində və danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi məqamda Əli Kərimli daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür

Digər tərəfdən, o da bəllidir ki, uzun müddətdir ki, AXCP adlı pərdələnmiş təşkilat başda olmaqla, "Azadlıq" qəzeti, eləcə də sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər. Onlar qınanıldıqda isə, Kərimlinin ən çox sevdiyi "silah" - söyüş və təhqir kampaniyasına start verilir. Sadə bir fakta əsaslanaq. Aprel ayının ilk dörd günündə cəbhədə baş verən məlum hərbi əməliyyatlardan sonra ictimai rəy məhz bu faktorun şahidinə çevrildi. Daha dəqiq desək, heç də təsadüfi deyil ki, Azərbaycanın həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi indiki məqamda Əli Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıb. Əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir.

Beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib

Halbuki Azərbaycanın şanlı və rəşadətli silahlı qüvvələri işğalçı-təcüvüzkar Ermənistan ordusuna sarsıdıcı zərbə vurub, mühüm strateji yüksəkliklərə nəzarəti ələ keçirib və Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilib. Məğlub və qorxaq düşmən həm canlı qüvvədə, həm də texnikada böyük itkiyə məruz qalıb və xilas yolu axtarmağa can atır. Ancaq işğalçılar diplomatik cəhətdən də sarsıdıcı məğlubiyyətlərə məruz qalmaqdadır. Xüsusilə, beynəlxalq ictimaiyyət məlum olaylardan sonra münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib. ABŞ-ın yüksək siyasi dairələri və diplomatları, Rusiya dairələri, BMT, AŞPA, ATƏT və s. kimi nüfuzu təşkilatlar Ermənistanı işğal altında saxladığı ərazilərdən çıxmağa səslədi. Məhz bununla da Azərbaycan uzun illərdən bəri formalaşmış "məğlub tərəf" stereotipini sındırdı və isbatladı ki, istənilən anda torpaqları geri almaq iqtidarına malikdir.

Bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, reallığı doğru şəkildə qiymətləndirmələri yerinə...

Başqa tərəfdən, Azərbaycan beynəlxalq ictimaiyyətin israrlı müraciətlərini nəzərə alaraq, hərbi əməliyyatları dayandırıb və sülh prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirib ki, bu amil də sonrakı proseslərdə öz üstünlüyünü qoruyub-saxlayacaq, danışıqlara başlanarsa, ölkəmiz sözügedən məqamı beynəlxalq aləmin diqqətinə çatdıracaqdır. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilib. Ancaq Azərbaycanın sülh tərəfdarı qismində siyasət yürütməsinə rəğmən, Ermənistan əldə olunmuş son atəşkəs rejiminə riayət etmir. Təbii ki, belə olan halda zaman və nəticə məhz bizim dövlətimizin xeyrinə işləmiş olur.

Bütün bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, reallığı doğru şəkildə qiymətləndirmələri yerinə, AXCP sədri Əli Kərimlinin tamamilə əks mövqedə dayanıb erməni dəyirmanına su tökməsi isə, sadəcə millətə, xalqa və dövlətə xəyanət adlandırıla bilər.

Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar. Bununla, qaragüruhçu dəstə xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, Milli Ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda, Əli Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə!

Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini və canidir!

Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Belə bir mühüm dönüş nöqtəsində müharibə tələb edən Əli Kərimli minlərlə Azərbaycan gəncinin qanına susamış əsl düşmən, Vətən xaini və canidir. Artıq Əli Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd, ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Cəzasızlıq isə onun dövlətçilik maraqlarımız qarşısında daha da quduzlaşmasına səbəb olur.

Əlbəttə ki, belə bir ərəfədə öz rəşadətli ordusunun, əsgərlərinin, eləcə də Ali Baş Komandanının ətrafında sıx biləşdiyini əməli nəticələrlə sübuta yetirən müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gənclər ayağa qalxmalı, satqın və xəyanətkar Əli Kərimliyə öz yerini göstərməlidirlər! Azərbaycan dövləti davamlı şəkildə milli maraqlara zərbə vurmaqla ölkənin siyasi həyatında özlərinə yer etmiş Əli Kərimli kimi şəxsi ambisiyasını güdən populistlərə, avantüraçılara, anti-milli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürməlidir. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə ölkədən hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!

Rövşən RƏSULOV

Digər xəbərlər