PDF Oxu

Müxalifət

  • 2 497

"Əli Kərimli kimilər vahid bir mərkəzdən idarə olunurlar"

image

Tahir Kərimli: "Azərbaycandakı pozucu qüvvələr eyni xətti icra edirlər "

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir müəllim, cəmiyyətdə milli ruhun, vətənpərvərlik hissinin daha geniş fürsət aldığı bir məqamda AXCP sədri Əli Kərimli və onun təsiri altında olan mətbu orqanlar qərəzli məlumatlar yayır, şər və böhtan xarakterli informasiyaları cəmiyyətə təqdim etməyə çalışırlar. Bütün bunların arxasında ermənipərəst mövqeyli xarici qüvvələrin dayandığını demək olarmı?

- AXCP sədri Əli Kərimli və onun arxasında dayanan qüvvələrin Azərbaycan əleyhinə yönəlmiş bütün hərəkətlərini pisləyirəm. İşğalçı Ermənistana ciddi zərbələr vurub, torpaqlarımızın müəyyən hissəsini azad edən ordumuzla bağlı daxili məkrli qüvvələrin əsassız, erməni dəyirmanına su tökməyə xidmət edən yalan məlumatlar yaymaqla cəmiyyətdə hökm sürən milli ruha kölgə salamağa cəhdlər göstərirlər. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda da eyni qüvvələr, partiyalar və siyasiləşmiş QHT-lər bir mərkəzə tabedirlər. Azərbaycandakı pozucu qüvvələr də eyni xətti icra edirlər. Bir sözlə, xarici maraqlı dairələr və bəzi beynəlxalq təşkilatlar həm Ermənistanda, həm də ölkəmizdəki adamlarını idarə edirlər. Yəni Əli Kərimli kimilər vahid bir mərkəzdən idarə olunurlar.

- Azərbaycan Ordusu 22 ildən sonra çox böyük zəfər qazandı. Qalibiyyət bayrağını ən yüksək zirvələrdə bərqərar etdi. Bunun fonunda dağıdıcı müxalifətin narahat olması nədən qaynaqlanır?

- Azərbaycan Ordusunun qalibiyyət bayrağını ən yüksək zirvələrdə bərqərar etməsindən dağıdıcı müxalifətin narahat olmasının əsas səbəbi qısqanclıq, ermənilərə təəssübkeşlik etmələridir. Bu qüvvələr çox istərdilər ki, qələbəni özləri qazanardı. Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılıb. Bunu da həzm edə bilməyən xaricdə də, daxildə də qüvvələr narahatlıq keçirirlər.

- Adlarını müstəqil KİV qoyan "Meydan" TV, "Azadlıq" Radiosu və "Azadlıq" qəzeti və bu kimi internet TV-lər, saytlar və qəzetlər niyə ölkəmizə qarşı bu qədər aqressiya nümayiş etdirilər?

- Bütün adları çəkilən qüvvələrin hamısı bir-birlərinə kordinasiya işi qurur. Yəni hamısı bir-birləri ilə əlaqəlidir və mərkəzləri də xaricdədir. Onları maliyələşdirənlər, mənəvi dəstək göstərənlər Azərbaycan dğvlətinə və xalqına şər və böhtan atmaq siyasəti aparırlar. Cəhdlər isə nəticəsiz qalacaq. Çünki, xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Bu birliyi heç bir qüvvə poza bilməz.

GÜLYANƏ

Digər xəbərlər