Arsen Ter-Petrosyan: "Əli Kərimli ilə ortaq nöqtə tapmaq mümkündür"
Yerevanda yaşayan erməni politoloqu Arsen Ter-Petrosyan son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı mətbuata açıqlama verib. Erməni saytı "Artsaxpress"in əməkdaşının suallarını cavablandıran Armen Ter-Petrosyan bildirib ki, Azərbaycanın hərbi gücü danılmazdır: "İstər canlı qüvvə baxımından, istərsə də texniki imkanlar cəhətdən Azərbaycan Ordusu üstündür". Erməni politoloqun müsahibəsində ən ciddi məqamlardan biri onun AXCP sədri Ə.Kərimlidən sitat gətirməsidir: "Bununla belə, Azərbaycan müxalifəti, onların lideri Ə.Kərimli ölkəsinin Ermənistana qarşı haqsız mövqeyini vurğulayır. Hesab edirik ki, həmin qüvvələrlə ortaq nöqtə tapmaq mümkündür".
A.Ter-Petrosyanın bu açıqlaması bir çox mətləblərə yenidən işıq salmış oldu. Əvvəla, bir müddət gizli saxlamağa çalışsalar da, artıq erməni mənbələr də Azərbyacan Ordusunun gücünü, aparılan hərbi əməliyyatların Azəbyacanın xeyrinə başa çatdığını etiraf edirlər. Eyni zamanda, ordumuzun üstünlüyü birmənalı şəkildə vurğulanır. Bütün bunlarla belə, erməni politoloqunun azərbaycanlı müxalifət rəhbərinin fikirlərinə istinad etməsi isə biabırçılqıdır. Erməni politoloqu açıq şəkildə Ə.Kərimlinin Ermənistanı müdafiə etdiyini bildirir. Həmçinin, erməni politoloqun Ə.Kərimlini "uzalaşmaq" üçün ən optimal variant hesab edir. Maraqlıdır, söhbət hansı ortaq nöqtələrdən gedir? Birincisi, Ermənistan rəhbərliyi vaxtilə Azərbaycanda hakimiyyətdə olmuş AXC-Müsavat rəhbərlərini gözəl tanıyır. Bu adamların səriştəsizliyi, ölkədə yaratdıqları xaos nəticəsində ermənilər torpaqlarımızı işğal etdilər. Xüsusilə də, Müdafiə Nazirliyinin məxfi idarələrinin keçmiş cəbhəçi əməkdaşlarının ermənilərlə olan işbirliyi zaman-zaman ifşa olunmuşdur. Nazirliyin informasiya şöbəsinin keçmiş müdiri Leyla Yunusun bütün döyüş xəritələrini və silah-sursat anbarlarının sxemini ermənilərə verməsi təkzibolunmaz faktlarla sübut olunub. Nəzərə alın ki, bunu L.Yunus özü də məhkəmədə etiraf etmişdi. İkincisi, Ə.Kərimli Azərbyacan dövlətinə, iqtidarına ləkə yaxmaqdan ötrü ermənilərlə də işbirliyinə hazır olduğunu həmişə bəyan edib. Bunu onun yazılarında, çıxışlarında görmək asandır. Hazırda Ə.Kərimli ilə ermənilər eyni nöqtəyə vurmağa cəhd edirlər. Ona görə də erməni politoloqunun Ə.Kərimliyə istinad etməsi təəccübləndirici hal deyil. İlk dəfə deyil ki... Məsələn, 2005-ci ildə cəbhəçi gənclərin ermənilərlə olan işbirliyi ortaya çıxdı və həmin şəxslər zərərsizləşdirildilər. Eyni zamanda, 2013-cü ildə erməni lobbi təşkilatlarından Azərbaycanda çevriliş etmək üçün milyonlarla pul alan "Milli Şura"nın özünün varlığı bu gün sual altındadır. Bu qurum bir neçə qocanın "Çay evi" funksiyasını yerinə yetirir.
BAXCP: "Bu, çox böyük ləyaqətsizlikdir"
Radikal müxalifət düşərgəsininin azğınlıqları bununla bitmir. Onlar döyüşlərdə canlarını fəda edən qəhrəman əsgər və zabitlərimizin şəhadətinin işğalçı ordunun itkiləri ilə müqayisə edirlər. Hesab edirəm ki, onların bu xəyanətkar mövqelərinə də ən gözəl cavabı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) verib. Partiyanın idarə heyətinin növbəti iclasında Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlara kölgə salmaq istəyən anti-milli qüvvələr sərt şəkildə tənqid olunub: "Milli Şura" üzvlərinin və onlarla eyni düşüncəni bölüşən bir qrup insanın öz məhdud siyasi maraqlarından çıxış edərək, işğalçı Ermənistanı düşdüyü dərin mənəvi-psixoloji böhrandan çıxarmaq üçün sərgilədikləri davranışlardan təəssüflənirik. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını fəda edən qəhrəman əsgər və zabitlərimizin şəhadətinin işğalçı ordunun itkiləri ilə müqayisə edilməsi çox böyük ləyaqətsizlikdir. Belə yanaşma, birmənalı olaraq işğalçı Ermənistanın yenidən toparlanmasına, düşdüyü böhrandan xilas olmasına xidmət edir. Düşmənin maraqlarına xidmət edən istənilən addım Vətənə və xalqa xəyanətdən başqa bir şey deyil".
Samir