PDF Oxu

Müxalifət

  • 2 224

Qarabağdakı uğurlarımız Xədicə İsmayılı narahat edir

image

Ermənistanın hərbi hissələrinin təmas xəttində aprelin 2-dən başlayaraq apardığı təxribat Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısı alındı. Bu isə, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsi idi. Ancaq bu uğurlara qısqanclıqla yanaşan satqın, ermənipərəst Xədicə İsmayılın bu günlərdə ABŞ-ın "The Washington Post" qəzetinə müraciət edərək, "Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin" adlı məktubu bir daha hər bir kəsi, o cümlədən də, bir vətəndaş kimi məni də çox narahat etdi. Görəsən, nədən Xədicə İsmayıl Qarabağdakı uğurlardan narahatdır? Görünür, Xədicə İsmayıl anlayır ki, ümümmilli məsələlərin ortada olduğu bir zamanda onun kimi "cırtdan" məsələlər unudulacaq.

Haqq nazilər, amma üzülməz

Ancaq ölkənin milli maraqlarını satan Xədicə İsmayıl anlamır ki, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmayaraq növbəti müraciəti də heç bir nəticə verməyəcək. Çünki bu ünsür qondarma hüquq müdafiəçisi Leyla Yunus kimi Vətənə xəyanətin simvolu kimi artıq çoxdan "tarixə" düşüb və "Xədicə İsmayıla azadlıq!" şüarını səsləndirərək, siyasi manipulyasiyalar fonunda "lider" kimi görünənlər erməni maraqlarına xidmət etməsini dəstəkləyənlərdəndirlər. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçılmaz sübutdur ki, Xədicə İsmayıl bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Onun əsas məqsədi Azərbaycana qarşı təzyiqləri reallaşdırmaqdır.

Ortada daha vacib məqamlar da dayanıb. Belə ki, xüsusi qara-qışqırıqları ilə seçilən Xədicə İsmayıl bu üsulun ona səmərə vermədiyini görərək, indi də ABŞ-ın qəzetlərinə məktublarla müraciətlər etməkdədir. Yəni o, bu vasitə ilə özünü "qəhrəman" tipajında sərgiləyir, o cümlədən, Azərbaycana qarşı çıxan müəyyən xarici təşkilatlara siqnallar ötürür ki, Azərbaycan həmin həbslərə görə təzyiqlərə məruz qalsın.

Primitiv və plagiat "dissidentlik"

O da təsadüfi deyil ki, Xədicə İsmayıl çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (Deyək ki, Soljenitsının - Ü.Ə.) dəst-xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır. Çünki Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar Xəlicə İsmayılın qaranlıq əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir. Çünki Azərbaycan ictimaiyyəti Xədicə İsmayılı şiddətlə qınayır və onların həbsini anti-milli və cinayətkar, satqınçılıq fəaliyyətinin məntiqi nəticəsi hesab edir.

Bu gün "Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin" tipli bəyanatlar verən Xədicə İsmayılın da adı Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq, həmişə də xalqın nifrət və həqarətinə düçar olacaq.

Ü.ƏSGƏROV

Digər xəbərlər