PDF Oxu

Müxalifət

  • 2 163

Rəsul Quliyevin "dahi" fikirləri

image

Vətənin ağır günündə Azərbaycana gəlməkdən qorxan binəva

ABŞ-da rahat şəraitdə dəbdəbəli həyat sürən, siyasi mühacir həyatı yaşayan 69 yaşlı keçmiş spiker Rəsul Quliyev öz şəxsi Facebook səhifəsində son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərək iddia edir ki, Azərbaycan atəşkəsi qondarma DQR-lə imzalayıb. Bu yerdə, ataların misalında olduğu kimi, "Utanmasan öynamağa nə var deyimi düşür. Həyasızlığın son dərəcəsi olan Rəsul Quliyev o Rəsul Quliyevdir ki, hələ Azərbaycanda Milli Məclis sədri kimi yüksək post tutduğu və hakimiyyətdə olduğu bir vaxtda xalqa və dövlətə qarşı dırnaqarası münasibəti ilə seçilən, hətta Azərbaycan müstəqillik qazandıqdan sonra da vəzifədə olan, lakin yarıtmaz fəaliyyətinə görə hazırkı iqtidar tərəfindən tutduğu postdan uzaqlaşdırıldı. Görünür, məhz bu səbədəndir ki, R.Quliyev yazdığı statusunda erməni sevgisini gizlədə bilməyib və yenə də öz ənənəsinə sadiq qalaraq cəbhədəki real vəziyyətdən, ordumuzun naliyyətlərindən, ermənilərə vurduğu ağır zərbələrdən xəbərsiz, yalnız qərəzli xarici medianın dezinformasiya dolu məlumatlarından yararlanaraq Facebook səhifəsində əsgər və texnika itkiləri ilə bağlı ziddiyyətli məlumatlar yayıb. Ən pisi isə budur ki, Rəsul Quliyev Rusiya mətbuatının yaydığı ən son informasiyalardan yararlanıb. Lakin bu da keçmiş spikerin dırnaqarası təəssübkeşliyinin son nöqtesi deyil. R.Quliyev statusunda "Dağlıq Qarabağ bu qədər itki verib" cümləsindən istifadə edib. Azərbaycanın sanki Ermənistanla deyil, separatçı və qondarma "Dağlıq Qarabağ Respublikası" ilə müharibə etdiyinə işarə vurub. Hətta siyasi mühacir Dağlıq Qarabağ sözünün əvvəlində "separatçı və ya qondarma" sözlərindən də istifadə etməyib. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın sərvəti ilə özünə milyonlar yığan, çörəyini yeyib, sərvətini talan etdiyi xalqa qənim kəsilən R.Quliyev ermənilərin vəhşiliklə işğal etdiyi Qarabağımızda qurduqları, qondarma "Dağlıq Qarabağ" ayrıca ölkə kimi təqdim edir. Bununla da, o, sanki "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıdığını nümayiş etdirib.

Arif Hacılı: "Rəsul Quliyev ölkənin baş mafiozu idi"

Müsavat başqanı Arif Hacılı istər o vaxtlarda, istərsə də bu gün ölkənin baş mafiozu adlandırır. A.Hacıyev Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam olduğunu deyib: "R.Quliyev elə adamdır ki, onunla ya işləmək, ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq, onu əvvəlcə neft şirkətinin, sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökuməıtinin süqutunda həlledici rol oynadı. Sonralar bəlli oldu ki, R.Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan "OMON" birləşməsinin bir polkunu Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək, çevriliş planının əsasını qoymuşdu. Acı həqiqətdir ki, 2003 -cü ildə R.Quliyev İsa Qəmbərin müdafiəçisi olmaq, 2005-ci ildə isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahib oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. R.Quliyev kimi oyunbazlar elə adamdır ki, onu öldürməkdən başqa çarəsi yoxdur".

Bütün bu deyilənlərdən bir daha görünür ki, ABŞ-da oturub mühacir ömür yaşayan R.Quliyev Vətənin ağır günündə Azərbaycana gəlməkdən qorxan binəvadır.

Ü.ƏSGƏROV

Digər xəbərlər