PDF Oxu

Müxalifət

  • 4 474

Gənclərdən çağırış: "Vətən xainləri cəzasız qalmasın!"

image

Cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna sarsıdıcı zərbələr vurması, işğal altında olan bir neçə yüksəkliyi və yaşayış məskənini azad etməsi yerli və xarici qüvvələri ciddi narahat edib. Xüsusilə də, AXCP sədri Əli Kərimli cəmiiyətdə mövcud olan milli ruhu, vətənpərvərlik hissinə kölgə salmaq üçün geniş iş aparır. Hətta iş o yerə çatıb ki, Ermənistanın hakim dairələri, parlamentin üzvüləri Ə.Kərimlinin mövqeyini təlqin edir, ona öz dəstəklərini nümayiş etdirirlər. Ə.Kərimlinin hərəkətlərindən hiddətlənən Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, eləcə də gənclər "Yurd" şefinin cəzalandırılması üçün hüquq-mühafizə orqanalrına çağırış edirlər. Söhbət etdiyimiz gənclər Ə.Kərimlinin ermənipərəst mövqeyinin millətə və dövlətə xəyanət olduğunu bildirdilər.

"Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud:

- 2 apreldə ön cəbhə xəttində baş vermiş uğurlu hərbi əməliyyatlar bir daha Azərbaycan xalqının vuruşmaq əzmini nümayiş etdirdi, öz torpaqlarının işğalı ilə barışmayacaq fikirini tamlıqla ortaya qoydu. Bu, yalnız döyüşdə deyil, o cümlədən, informasiya cəbhəsindən tutmuş bütün sahələrə qədər Azərbaycanın Ermənistanı və onun havadarlarını qısa bir müddətdə darmadağın etdi. Ümumiyyətlə, Azərbaycan Ordusu qısa müddət ərzində qoşunların təmas xəttinin ön cəbhədəki erməni hissələrini darmadağın etdi. Bu gün həm daxildə, həm də xaricdə ölkəmizin uğurlarını istəməyən qüvvələr var. Belə məkrli qüvvələrdən biri də, AXCP sədri Ə.Kərimlidir. Onun nümayiş etdirdiyi qərəzli mövqeyi Azərbaycan gəncliyi qətiyyətlə pisləyir. Son günlər Azərbaycan gənclərinin ayrı-ayrı qruplar halında Ə.Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirilməsi də, gəncliyin həm Vətən torpaqlarının azadlığı uğurunda canını fəda edən şəhidlərə olan məhəbbətinin, eyni zamanda, Azərbaycanın ön cəbhədə baş verən bu hadisələrlə bağlı ictimai rəyi çaşdırmağa çalışan, yazdığı statuslarla erməni mediasının gündəminə çevrilən şəxslərə qarşı ciddi etirazları idi. Bu, həmi də, qərəzli yanaşmalar göstərən bütün qüvvələrə mesajdır ki, Azərbaycan gəncliyi dövlətçiliyin və milli maraqların qorunması üçün bütün hallarda öndədir və istənilən məkrli qüvvəyə layiqli cavabını verməyə hazırdır.

Azərbaycan Demokratik Tələbə-Gənclər Təşkilatının sədri Asif Əsgərov:

- Aprelin 2-dən 4-5 gün ərzində cəbhə bölgəsində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və inamlı qələbələri cəmiyyətmizdə yüksək əhval-ruhiyyə yaratdı, xüsusilə də gənclərmizdə. Təbii ki, hər bir Azərbaycan gənci öz dövlətinə qarşı sədaqətli olmalı, onun maraqlarının təmin olunması üçün əlindən gələni etməlidir. Təəssüflər olsun ki, cəmiyyətdə vətənpərvərlik ruhunun yüksək səviyyəyə qalxdığı bir vaxtda Ə.Kərimli və onun bəzi ətrafı bu reallıqları həzm edə bilmir. Çünki bunların məqsədi beynəlxalq aləmdə Azərbaycanın imicini mənfi yöndə dəyişilməsinə xidmət göstərməkdir. Bu şəxslər bu istiqamətdə ölkəmizin imicinə ləkə vuran hərəkətlərini nəinki ölkə daxilində, yəni beynəlxalq aləmdə erməni dəyirmanına su tökməklə xalqın gəncliyin özlərinə olan nifrətini qazandılar. Bu baxımdan da, Azərbaycan gəncliyi bir necə gündür gəncliyin bir necə qrupu məhz Ə.Kərimli və onun əlaltılarına öz etirazlarını bildirirlər. Bu, bir daha onu göstərir ki, hər zaman Azərbaycan gəncliyi dövlətin yanındadır. Təbii ki, dövlətçiliyə qarşı çıxan belə şəxslərə qarşı da hər zaman öz sərt münasibətlərini sərgiləməyə də hazırdılar. Azərbaycan gəncliyinin Ə.Kərimlidən və onun ətrafından tələbi budur ki, Azərbaycana və onun imicinə zərbə vuran bu çirkin əməllərdən əl çəksinlər.

GÜLYANƏ

Digər xəbərlər