SİYASİ ARAŞDIRMA
Azərbaycan ictimaiyyəti sevinəcək, Emin Milli, Şahvələd Çobanoviç, Elmir Mirzəyevlər isə pəjmürdə olacaqlar
Erməniləri Azərbaycan qarşısında diz çökdürən və müasir tarixə "dördgünlük müharibə" kimi düşən hərbi əməliyyatlardan sonra bəlli oldu ki, bu barədə hələ uzun müddət danışılacaq, fikirlər irəli sürüləcək. Belə ki, bu amil formal olaraq özlərini azərbaycanlı adlandıran bir çox bəylərin, eləcə də cənabların həqiqi sifətlərini nümayiş etdirdi.
Budəfəki mövzunun qəhrəmanı həqiqi sifəti bir daha aşkarlanan AXCP sədri Əli Kərimli olmasa da, söhbət ondan heç də fərqlənməyən digər formal azərbaycanlıdan - psevdonimi "milli" olan "Meydan -TV"in rəhbəri Emin Abullayevdən gedəcək.
Bu da növbəti sübutlar. Məhz "dördgünlük müharibə"dən dərhal sonra Almaniyada fəaliyyət göstərən "Meydan TV"nin dörd əməkdaşı Azərbaycan əsgərinin qələbəsini qiymətdən salmağa hesablanmış səylərini reallaşdırmaqdan ötrü sanki bir-birləri ilə yarışa qatıldılar ki, görsünlər redaksiyadaxili yarışmada kim ən çox yalan, dezinformasiya və s. yayacaq.
Bəri başdan qeyd edək ki, bu redaksiyadaxili yarışmada zəfər əldə edəni müəyyənləşdirmək olduqca çətindir. Çünki qara PR (piar) demək olar ki, fasiləsiz işlədi. Onlar ya daimi, ya da təsadüfi izləyiciləri qarşısına əsl satqınçılıq, xəyanətkarlıq nümunəsini bütün özəllikləri ilə qoymağı bacardılar. İndi isə bu yarışmanın favoritlərinə nəzər salaq və görək onlar kimlərdir...
Çobanoviçin "ağıllı" nəticələri
Başlayaq Şahvələd Çovanoviçdən (Çobanoğlu). Biz ona Çobanoğlu təxəllüsü ilə də müraciət edə bilərdik. Ancaq onun bugünə qədər göstərdiyi fəaliyyətində Azərbaycan oğluna xas olan cizgilər olmadığına görə, elə onu Çobanoviç kimi təqdim edəcəyik.
Beləliklə, bu "qospodin" tərəfindən sərgilənən cəhdlər onun intellekt səviyyəsinin vətənpərvərliyi qədər olmadığını isbatladı. Məsələn, Şahvələd Çobanoviç yazırdı ki, Azərbaycan Ordusuna inanır, ancaq hərbi rəhbərliyə, eləcə də Ali Baş Komandana etibar etmir (?!-R.R.).
Prinsipcə, Müdafiə Nazirliyinə haranınsa Çobanoviçinin bu strukturun fəaliyyətinə etibar edib-etməməsinin istisi-soyuğu yoxdur. Çünki Müdafiə Nazirliyinin qarşısında elə bir tapşırıq da yoxdur ki, Şahvələd adlı bir fərdin simpatiyasını qazansın. Lakin Ali Baş Komandan və ölkə rəhbərinin düşmənə layiq olduğu sarsıdıcı zərbəni endirmək tapşırığı var idi və Müdafiə Nazirliyi bu tapşırığın öhdəsindən lazımınca gəldi! Hətta fakt budur ki, düşmənin hərbi ekspertləri və generalları da bunu etiraf etməyə məcbur oldu.
Gəlin bir anlıq Çobanoviçin əməliyyatlar zamanı Azərbaycan tanklarının hərbi rəhbərliyin icazəsi olmadan hərəkətə keçdiyi, Azərbaycan əsgərlərinin heç bir əmr olmadan, "kefim belə istədi" timsalında hücuma atıldığı, azad edilmiş kəndlərin və strateji yüksəklilərin isə öz-özünə geri qaytarıldığı barədə düşüncələrinə nəzər salaq. Nə görəcəyik onda? Görəcəyik ki, bu fərdin, həqiqətən də heç bir intellekt səviyyəsi yoxdur!
Elmir Mirzəyev - "Artuş və Zaur" adlı homoseksual romanın müəllifi, "bəstəkar", yoxsa "siyasi analitik"?
Daha bir "Meydan TV" "vunderkindi" Elmir Mirzəyevdir. Bu şişman fərd isə hər bucaqda qarşısına çıxana deyir ki, tanınmış və Azərbaycan mədəniyyətinə xüsusi töhfələrini vermiş bəstəkar Fərəc Qarayevin tələbəsidir. Elmir Mirzəyev hələ Azərbaycanda olarkən, məhz bu vasitə bir sıra maliyyə mənbələrinə sızmağa cəhd edib. Daha haralarda olmayıb bu şişman? Hələ Asim Mollazadənin Demokratik İslahatlar Partiyasına (DİP) üzv də olub bu fərd. Məsələn, DİP-ə üzv olarkən, Mirzəyev və onun ətrafına toplaşan özükimiləri "Artuş və Zaur" adlı homoseksual romanın müəllifləri olmuşdular. Asim Mollazadə bundan xəbər tutar-tutmaz onu rəhbərlik etdiyi partiyadan, necə deyərlər, iti qovan kimi qovmuşdu. "Artuş və Zaur" adlı romanı sayəsində Elmir Mirzəyev Yerevana da səfər edib. O, ermənilərin paytaxtında erməni sevgisini izhar edərək, azərbaycanlılara qarşı olan nifrətini açıq şəkildə ortaya qoymuşdu. Sonra isə...
Sonra isə, əlbəttə ki, siyasi sığınacaq adı altında üzü Avropaya..! Ona görə də indi "Meydan TV"də başını girləyən bakenbardlı şişman Elmir Mirzəyev "hesab edirmiş" ki, "hərbi əməliyyatlar hakimiyyətin növbəti oyunuymuş" (??!!-R.R.).
Mirzəyevə tövsiyəmiz budur ki, öz tüklü bakenbardlarından birtəhər o tərəfə baxıb anlasın ki, Azərbaycan Silahı Qüvvələri bir neçə yaşayış məntəqəsini, strateji yüksəklikləri azad edib və irəliləyib. Məsələn, Lələtəpə erməni işğalçılarının nəzarəti altında idi və bu yüksəkliyin azad edilməsi hələ 22 il öncə azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinlərinin öz doğma yurd-yuvalarına qayıtmalarına səbəb oldu. Əcəba, bu, Vətən torpağının azad edilməsi deyilsə, bəs nədir?!
Görünür, bəstəkarlıqda və yazıçılıqda uğur qazana bilməyən Elmir Mirzəyev siyasi publisistikada da heç nə qazana bilmədiyini, ümumiyyətlə, cəmiyyətə yararsız olduğunu anlamağa məcburdur.
Onlar bu dəfə də ermənilərə canla-başla xidmət etmiş oldular
Beləliklə, "Meydan TV" adlı xəyanətkarlıq yuvasının, bu yuvanın Emin Abdullayev, ya da "milli" təxəllüslü qeyri-milli rəhbərinin ətrafının özü qədər mənəviyyatsızlar toplumu olduğu növbəti dəfə təsdiqini tapmış oldu. Onlar bu dəfə də ermənilərə canla-başla xidmət etmiş oldular. Ancaq bütün bunlara rəğmən, onların yarasız iddialarına əks olaraq, Azərbaycan Ordusu qısa zaman ərzində Qarabağda işğal altındakı digər ərazilərimizi də mənfur düşməndən təmizləyəcək və növbəti dəfə Azərbaycan ictimaiyyəti sevinəcək, Emin Milli, Şahvələd Çobanoviç, Elmir Mirzəyevlər isə pəjmürdə olacaqlar.
Rövşən RƏSULOV