PDF Oxu

Müxalifət

  • 3 605

Müxalifətin xaricdən təlimat aldığı təsdiqlənir

image

Mais Səfərli: "Müxalif partiyalar təsir altında saxladıqları qeyri-hökümət təşkilatları vasitəsilə xaricdən böyük həcmdə pullar alırlar"

Bu gün siyasi arenada baş verən reallıq ondan ibarətdir ki, müxalifətin dağıdıcı qanadı xarici maraqlı qüvvələrdən maliyyə yardımları alır. Yəni Azərbaycanda müəyyən təxribatlar törətmələri müqabilində xarici fondlardan maliyyə vəsaitləri alırlar. Məsləlni "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında da mövcud faktlar və dəlilərlə təsdiqlədi. Bildirdi ki., müxalifət partiyalar təsir altında saxladıqları qeyri-hökümət təşkilatları vasitəsilə xaricdən böyük həcimli pullar alırlar: "Demək olar ki, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu baxlmdan, müxalifət partiyaları ümidlərini ən azı maddi və mənəvi dəstək əldə etmək üçün xarici qüvvələrə bağlayırlar. Bu isə, "Siyasi partiyalar haqqında Qanun"un tələblərinə tamilə ziddir. Bu, cinayət məsuliyyəti yaradır. Məhz bundan çıxış edərək, xaricdən maliyyə yardımı alan partiyalara qarşı cinayət işi qaldırıla bilər".

Partiya sədrinin sözlərinə görə, hazırkı mərhələdə müxalif cəmiyyət tərəfindən qəbul olunmayan topluma çevrilib: "Belə olan halda da xalq tərəfindən etibarı olmayan siyasi bir təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil. Onlar yalnız xarici maraqlı qüvvələrə arxalanır ki, bu da radikallara ictimai qınaq gətirir. Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir".

M.Səfərli onu da bildirdi ki, müxalifət liderləri, ilk öncə, təmsil etdikləri partiyaların quruculuğuna fikir verməli və islahatlar aparmalıdılar: "Ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti 1990-ci illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Birmənalı şəkildə, həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədilər. Adıçəkilən partiyalar sədrlərindən və ətrafında 2-3 nəfərdən ibarət olaraq qalıbdır. Bütün bunlar onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bir sözlə, adıçəkilən partiya sədrləri öz səhvlərini, öz içərlərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar".

GÜLYANƏ

Digər xəbərlər