Yaxud ağan Əlinin yazı dağarcıqları ölkə rəhbərindən ev alarkən...
Bir neçə gündür ki, "Milli Şura"nın sədri Cəmil Həsənli onun rəhbəri olduğu qurum barəsində "Yeni Müsavat"da gedən tənqidi, eləcə də faktlara əsaslanan yazısından ciddi şəkildə narahat olmaqdadır. Təbii ki, onun narahat olması üçün kifayət qədər məqamlar var. Məsələn, həmin məqamlardan biri "Milli Şura"nın sözdə toplantısında "ciddi iş rejimi" görüntüsünün nümayiş etdirilməsidir. Düzdür, həmin "iclasın" məqsədlərindən biri də həbsdən çıxmış Tofiq Yaqublunun "Milli Şura" "başbilənləri" ilə görüşü olsa da, digət tərəfdən, həmin görüş əsnasında "iclas" mənzərəsi görüntülənib. Yəni bir anlıq, hərə əlinə bir "ruçka" götürərək, yekə masanın başında oturan Cəmil Həsənlinin "siyasi mülahizələrindən nəticə" çıxararaq, gələcək fəaliyyət planı üzərində işləyir və "kak vseqda" AXCP sədri Ə.Kərimli C.Həsənlinin yanında oturaraq quru, saxta və süni, hətta artistlik səviyyəsi aşkar görünən "diplomatik gülüşü" ilə poza verir. Əlbəttə ki, siyasi düşərgəsi ilə yanaşı, vicdanını da dəyişmiş və "Milli Şura"nın "pambıq ledisi" Gültəkin Hacıbəyli! Onun əlində telefon tutaraq, "watsapp" vasitəsilə "iclas" barədə harayasa vacib məlumat ötürməsi anı. Hətta biz, bu peyzajı kətan üzərində işlənmiş Vladimir Leninin Smolnıda bolşevik liderləri ilə keçirdiyi iclas tablosuna da bənzədə bilərik. Orada da hər kəs ciddi şəkildə Leninin evyıxanlığına qulaq asır, qeydlər aparır. Bənzər tabloya baxmaq istəyən "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovla əlaqə saxlayıb Tretyakov Qalereyasına səyahət edə bilər. Yəni nəticə çıxarmaq üçün...
Rəzalətin anatomiyası da deyil, daha kiçik hüceyrələrə, amöblərə bölünən biologiyası...
Beləlkilə, "Milli Şura"nın koordinasiya şurasının "iclası" ətrafında "Yeni Müsavat"da bildirilən tənqidi jurnalist fikri C.Həsənlini o qədər narahat edib ki, dərhal cavab yazıb. Görünür, həmin tənqid yerində olub ki, o da qarşı tərəfə tələm-tələsik "arqumentlər" qoymağa başlayıb. Məsələn, C.Həsənli "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ölkə rəhbəri tərəfindən dövlət mükafatına layiq görülməsini "rəzalətin anatomiyası" kimi qiymətləndirib. Pək əla! Tutaq ki, C.Həsənli dövlətin verdiyi mükafatı öz "düşüncəsinin" təbirincə "rəzalət" hesab edir. Halbuki professora xatırlatmaq yerinə düşərdi ki, dövlət idarəçiliyi kontekstində dövlət atributu deyilən bir anlam var. Bu atributa bayraq, gerb və himn də daxil olmaqla yanaşı, PREZİDENT faktoru da daxil edilir. Dövlət atributu siyasi və ictimai baxışlarından, keçmişindən asılı olmayaraq, əmək fəaliyyəti qiymətləndirilən istənilən şəxsə mükafat təqdim edə bilər, edib və edirdə də. Ona görə də atributun verdiyi qərarı öz fərdi dar düşüncələrinə görə kifayət qədər sərsəm şəkildə qiymətlənədirməyin özü rəzalətdir, özü də rəzalətin anatomiyası da deyil, daha kiçik hüceyrələrə, amöblərə bölünən biologiyasıdır!
Bu niyələrin sayı o qədər çoxdur ki, nəmxuda!
Bu adam iki millət vəkilliyi dönəmində əqidəsini də, heysiyyatını da, yaşlı-başlı adama xas olan mənəviyyatını da satıb. İndi də özünü "təmizə" çıxarmaqdan ötrü baqşalarına çamur atmaqla məşğuldur. Bu məsələnin üzərində çox dayanmayacağam, çünki C.Həsənli barədə real faktlara malik olanlar nəyin-nə olduğunu özüqarışıq yaxşı bilir.
Amma mən bu arada C.Həsənli tərəfindən Ə.Kərimlinin "Azadlıq" adlı qeyri-azad mətbu orqanında "yıxıb-süründürülən" kolleqalarımı müdafiə etmək hüququna malik bir şəxs kimi sual edirəm: Şərifov Sücəddin Vaqif oğlu cəbhəçi və "Azadlıq" qəzetinin yazarı, o cümlədən, digər müxalifətyönlü jurnalistlər 2013-cü ildə dövlət tərəfindən mənzillə təmin edildiyi zaman onlara "rəzalətin anatomiyası" adı niyə verilmədi? Niyə ölkə rəhbərinin, bilavasitə təşəbbüsü əsasında mənzillə təmin olunmuş "Azadlıq" yazarı həmin evdən imtina etmədi, etdirilmədi? Bu niyələrin sayı o qədər çoxdur ki, nəmxuda!
Ona görə də mən bu yazını yazarkən, sadəcə diqqəti bir amilə tərəf çəkməyi düşündüm. Demək istədim ki, nə deyirsən de, nə çərənləyirsənsə çərənlə, amma DÖVLƏT ATRİBUTU və onun verdiyi qərarları, həmin qərarları dsətəkləyən iqtidarlı-müxalifətli heç kimlə işin olmasın. Özünü yandırma, C.Həsənli, onsuz da yanmısan C.Həsənli, sonra "demədi"-demə C.Həsənli...
Rövşən NURƏDDİNOĞLU
P.S. Görəsən, ötən prezident seçkilərində bir nəfər C.Həsənliyə "mal oğrusu" damğasını vurmuşdu. Əcəba, bu, həqiqətənmi belədir? Lap inanmağım gəldi...