Eks-spiker Arif Hasılını "cırtdan" adlandırıb
Fəaliyyətini dayandırmış "Açıq Cəmiyyət Partiyası"nın sabiq lideri, hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev son günlər ənənəvi düşərgədə baş verən gizli və açıq savaşlara növbəti dəfə də münasibətini bildirib. R.Quliyev həmişəki kimi, ağzından nə çıxıbsa, hamısın müxalifət düşərgəsinə, xüsusilə də Müsavat başqanı Arif Hacılıya ünvanlayıb: "Sadəcə olaraq, heç bir perspektivi olmayan, zorla siyasətdə ilişib qalmaq istəyən 20 illik liderlərlə hər hansı iş birliyi qurmaq fikrim yoxdur. Bu adamlar bir ara "İctimai Palata"nın adından danışırdılarsa, sonra da artıq ölü qurum olan "Milli Şura"nın adından çıxışlar edirlər. Xüsusilə də, Müsavatın layiq olmayan yeni başqanı A.Hacılını "cırtdan" saydığını bildirib: "A.Hacılı məni mafioz adlandırarkən, bir özünə baxır ki, onun özü kimdir? İndii "cırtdanlar" özlərini "div" sayırlar. Ümumiyyətlə, kiminsə hər hansı fikrinə münasibət bildirmək üçün, ilk növbədə onun kim olduğu və indiyə qədər hansı həyat yolu keçdiyini bilməliyəm. 50 yaşa çatan və bir gün belə faydalı heç bir işlə məşğul olmayan bir şəxsin fikrinə münasibət bildirməyi isə düzgün hesab etmirəm".
R.Quliyev, həmçinin vaxtilə Ə.Kərimli, İ.Qəmbər və sairə olanlardan A.Hacılı kimi səviyyəsizlərlə olduğu üçün peşmançılıq çəkdiyini də bildirir: "Onlarla birgə olduğuma, eləcə də onlara inandığıma görə hazırda peşmançılıq çəkirəm. Çünki mənə verilən vədlərin heç biri yerinə yetirilməmiş qalmaqla yanaşı, ölkəyə qayıdışımla bağlı xərclədiyim on minlərlə dollar pullarım da, məhz radikal müxalifət ldierləri tərəfindən yeyildi".
Gülağa Aslanlı: "Rəsul Quliyev bitmiş siyasətçidir..."
Müsavat partiyasının icra aparatının sədri Gülağa Aslanlı çeynənmiş cavabla kifayətlənib. O, sabiq spikerin sözlərinə ciddi əhəmiyyət verməyini ifadə etməklə yanaşı, onu bitkin siyasətçi adlandırıb. Hətta Müsavat rəhbərliyinin bundan sonra R.Quliyevin fikirlərinə şərh verilməyəcəyini deyib: "R.Quliyev bitmiş siyasətçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasətçidir. Onun fikirlərinin Müsavat partiyası üçün heç bir əhəmiyyəti yoxdur. Görünür, R.Quliyev müxalifəti qarışdırmaq istəyir. Acı həqiqətdir ki, 2003 -cü ildə R.Quliyev İ.Qəmbərin müdafiəçisi olmaq, 2005-ci ildə isə, artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahib oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir. R.Quliyev kimi oyunbazlar elə adamdır ki, onu öldürməkdən başqa çarəsi yoxdur".
Rəfiqə HÜSEYNOVA