PDF Oxu

Müxalifət

  • 2 027

AXCP-Müsavat yolun sonunda

image

AXCP və Müsavat partiyaları arasındakı qarşıdurmalar yarandıqları gündən başlayıb desək, yanılmarıq. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki radikal müxalifət partiyalarının bir-birlərini qəbul etmələrinin arxasında dayanan köklü səbəblər yenə də, ilk növbədə "ana müxalifət"çilik iddiasıdır. Halbuki ictimai rəy nə Müsavatı, nə də AXCP-ni nəninki "ana müxalifət", heç normal müxalifət partiyaları kimi də qəbul etmir.

"Onlar uzun illər kiçilə-kiçilə bu günümüzə gəlib çatıblar"

Müxalifət düşərgəsindəki son proseslər, partiyalararası münasibət, liderlərin qarşılıqlı ittihamları və sair məsələlərlə bağlı politoloq Q.Hüseynli Müsavat və AXC partiyaları arasında yaşanan gərginliyin səbəbini müxalifət funksionerlərinin qarşılıqlı ittihamlarında gördüyünü bildirib: "Bu, çox ciddi surətdə müxalifətin indiyə qədər uğur qazanmamasının səbəblərini göstərən amillərdən biridir. Hər dəfə də siyasi liderlərin barışmaz münasibətləri, ölçüsüz ambisiyaları, güzəştə getmək mədəniyyətlərinin olmaması nəticə etibarilə təşkilatların bir-biri ilə çətinliklə əldə edilmiş siyasi inteqrasiyasını dağıdıb. Arada itirən isə müxalifət partiyalarının sıravi üzvləri olur. Demokratik proseslərin inkişafı ilə bağlı problemlər meydana gəlir. Mən sıravi üzvləri qınayıram ki, onlar dəfələrlə bu cür hərəkət edən liderləri haqqında ölçü götürmürlər. Partiya üzvlərinin səlahiyyəti var ki, baş verən hadisələr haqqında öz liderlərindən ətraflı izahat tələb etsinlər. Bu izahatlar üzvləri təmin etmədikdə, fövqəladə qurultay çağırıb onları idarə edənləri təşkilati formada cəzalandıra bilərlər. Lakin təəssüf ki, bütün bunlar baş vermir. Aşağı partiya təşkilatlarına daxil olan sıravilər liderlərin ağzından çıxanları az qala müqəddəs kəlam kimi qəbul edir, onların arxasınca gedirlər. İndiyə qədər 20 ildən artıq müddətdə baş verən məğlubiyyətə görə də heç kim cavabdehlik daşımaq istəmir. Ümumiyyətlə, ötən müddətdə müxalifət çox şey itirib. Ən əsası, müxalifət xalqdan uzaq düşüb və xalq onlara inanmır. Müxalifətin elektoral bazası çox ciddi surətdə daralıb. Bütün bunların səbəbi siyasi liderlərin bu cür ambisioz hərəkətlərində, xalqa vəd verib onu yerinə yetirməməkdə, xalq qarşısında məsuliyyət daşıyıb-daşımamalarını dərk edə bilməmələrindədir".

Q.Hüseynli bu hadisələr fonunda "Milli Şura" ilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, ölü qurumun yenidən dirçəlməsi çox gülüncdür: "Çünki zəif və eloktoral bazası olmayan bu cür kiçik partiya ilə ciddi irəliləyiş əldə etmək mümkün deyil".

Müxalifətə başqa düşmən lazım deyil...

Q.Hüseynli partiyalararası qarşıdurmaya münasibət bildirərkən vurğulayıb ki, əslində, müxalifətə başqa bir düşmən lazım deyil: "Çünki düşərgə təmsilçiləri özləri özlərinə ən ağır zərbəni endirirlər. Müxalifətin içində elələri var ki, onlar öz əməllərilə düşərgəyə daha çox zərbə vururlar. Dağıdıcı müxalifət partiyaları daxilində ciddi siyasi fikir ayrılıqlarından yaranan parçalanmalar, kütləvi istefalar baş verir. Beləliklə, hər iki partiya ucu-bucağı görünməyən bir yoldadırlar və siyasi arenada artıq onlar bu yolun sonuna çoxdan gəlib çatıblar".

Ü.ƏSGƏROV

Digər xəbərlər