Mütəllim Rəhimli: "Əli Kərimli məsuliyyətsizliyə yol verib"
Dövlətə və dövlətçiliyə, milli maraqlarımıza qənim kəsilən müxalifətin dağıdıcı qanadı, bununla nəinki, pozucu fəaliyyətindən əl çəkir, əksinə fəaliyyətini bir qədər də genişləndirir. Bəzən, xarici təzyiq və təsirlər o qədər güclü olur ki, AXCP və Müsavat kimi partiya funksionerləri hərbi sirləri belə yaymaqdan çəkinmirlər. AXCP sədri Ə.Kərimlinin hakimiyyətdə olduqları dönəmdə türk zabitlərinin Azərbaycan əsgərlərinə təlim keçdiklərini bəyan etməklə, hərbi siri yaymasını misal olaraq göstərmək olar. Təbii ki, bu cür məlumatları yaymaqla Ə.Kərimli bir növ həm də hansısa ermənipərəst qüvvələrin sifarişini yerinə yetirmiş olur.
Ədalət partiyasının aparat rəhbəri M.Rəhimli "Səs" qəzetinə açıqlamasında hərbi siri yayamaqla Ə.Kərimlinin məsuliyyətsizliyə yol verdiyini bildirib: "Siyasilər hər bir açıqlamalarında kifayət qədər diqqətli olmalıdırlar və şərhlərinin məsuliyyətini dərk etməlidirlər. Digərlərindən fərqli olaraq, siyasilərin fikirləri cəmiyyətdə həssaslıqla qarşılanır. Xüsusilə də, ordu haqqında danışanda, daha diqqətli olmaq lazımdır. Çünki Azərbaycan indiki halda müharibə vəziyyətindədir. Yəni bizə qarşı təkcə Ermənistan düşmən mövqeyində dayanmır, eyni zamanda, Ermənistanı müdafiə edən çoxsaylı xarici qüvvələr var ki, onlar da Azərbaycanın məğlub edilməsinə çalışırlar. Bu baxımdan da, biz nə Ermənistanın, nə də digər ölkələrin əlinə hər hansı əlavə bəhanələr verməməliyik. Bir sözlə, bu cür açıqlamalar tamamilə yersiz və məsuliyyətsiz açıqlamalardır".
"Ə.Kərimli hərbi sirləri bilərəkdən yayır, yoxsa bilməyərəkdən" sualına cavab olaraq M.Rəhimli bildirdi ki, ümumiyyətlə, Ə.Kərimlinin hərbi sirləri bilərəkdən və bilməyərəkdən yaymasını deməyə çətinlik çəkirəm, amma onu söyləyə bilərəm ki, onun hərəkətləri bağışlanmazdır. "Nəyə görə" sualımıza isə M.Rəhimli belə cavab verdi: "Çünki adını siyasətçi qoyan bir şəxs bu cür açıqlamalar verməklə, naşılığa yol vermiş olur. Adlarını siyasətçi qoyan şəxslər bilməlidirlər ki, verdikləri açıqlamaların bilməyərəkdən verilməsi onları məhsuliyyətdən qurtarmır".
"Demək olarmı müxalifətçilər cəmiyyətdə özlərinə dəstək qazana bilmədiklərini dərk etdiklərindən, ümidlərini ancaq xarici maraqlı qüvvələrə bağlayırlar" sualına cavab olaraq M.Rəhimli nümunələr və sübutlar gətirməklə bildirdi ki, müxalifətçilər dəfələrlə ümidlərini xarici partniyorlarına bağlayaraq, Ə.Kərimlisayağı açıqlamalar versə də, nəticəsi olmayaıb. Cəmiyyət onalara qarşı daha ciddi ittihamlar səsləndirib, tənqid edib: "Bir sözlə, onlar heç vaxt xarici qüvvələrə üz tutmaqla, ölkə daxilində arzu etdikləri planalarını gercəkləşə bilməzlər. Təəssüflər olsun ki, bəzi xarici qüvvələr müsəlman ölkələrinə qarşı bu cür vasitələrdən istifadə edirlər. Yəni onlar daxildə ələ aldıqları qüvvələrin iştirakilə ölkədə vətəndaş müharibəsi və vətəndaş qarşıdurması yaradaraq, öz maraqlarını həyata keçirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanda bütün siyasi-ictimai sahələrdə fəaliyyət göstərən qüvvələr çalışmalıdırlar ki, xarici müdaxilənin ölkə daxilinə keçməsinə yol verməsinlər. Bu da, birmənalı şəkildə hamı tərəfindən başa düşülməlidir".
GÜLYANƏ