PDF Oxu

Müxalifət

  • 1 848

Əli Kərimlinin Qarabağ sövdələşməsi...

image

SİYASİ ARAŞDIRMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin aprel ayının əvvəllərində rəşadətli Azərbaycan Ordusunun uğurlu blits-krikindən sonra düşmənə yarınan fikirlərlə Ermənistan mətbuatında "ulduza" çevrilməsi bir daha sübut etdi ki, əslində bu fərdin "milli-dövlətçilik maraqları", bilavasitə şəxsi maraqlar kontekstində qurulub. Daha dəqiq desək, Ə.Kərimli istənilən baş verən situasiyadan yalnız öz siyasi maraqları üçün istifadə edərək, gündəmdə qalmağa cəhd edir. Düşmən ölkənin mətbuatı da Ə.Kərimli kimi satqının xidmətlərini dəyərləndirməyə bilməzdi və dəyərləndirdi də. Güclü və yalnız qələbə əzmi ilə irəliyə doğru addımlayan Silahlı Qüvvələrimizi "zəif", qismində təqdim etmək üçün, sadəcə, AXCP sədrinin fikirlərindən istifadə etmək kifayət idi.

Kərilmi erməni dəyirmanına bir daha su tökməyə cəhd edib

Belə bir məqamda millətə, xalqa və dövlətə etdiyi aşkar xəyanətinə baxmayaraq Ə.Kərimli növbəti dəfə və çox həyasız davranışı ilə yenidən ortaya çıxıb özünəxas fikirlərlə çıxış edir. Xüsusilə, "facebook"da qəhrəmanlıq göstərməyə çalışan cəbhəçilərin sədri bu dəfə Azərbaycan Ordusunun işğalçılara məxsus tankı məhv etməsinə münasibət bildirib. Hətta həmin "ağıllı" münasibətdən bir daha görünür ki, Kərimli erməni dəyirmanına bir daha su tökməyə cəhd edib. Onun "ağıllı" kommentləri və həmin kommentlərə "Azadlıq" qəzeti tərəfindən "əsrarəngiz başlıqların" qoyulması isə isbat edir ki, AXCP sədri burada ermənilərə işləmək şakərini açıq qaydada sərgiləyir. Məsələn, "AXCP sədri Ə.Kərimli Qarabağ probleminin mümkün həlli yollarını göstərib" adlı yazıda Əli Kərimlinin bol-bol "məsləhətlərlə" dolu olan statusuna toxunulur və qeyd edilir ki, sən demə ordumuzun savaş əzmi yüksək olsa da, bu qələbə üçün yetərli deyilmiş (???!!!-R.N.).

Atəşkəsin kövrək olduğunu dövlət rəsmiləri də qeyd edirlərsə, həmin sözlərin tutuquşu kimi Əli Kərimli tərəfindən təkrarlanmasına nə hacət var?

Göründüyü kimi, Ə.Kərimli guya burada böyük bir "tapıntı" edib və sən demə, dövlət rəhbərliyinin "siyasi iradəsinin" olmamasını "əsas" gətirib. Bu zaman belə bir sual yaranır: əgər dövlət rəhbərliyinin siyasi iradəsi yoxdursa, bu gün nəyə görə işğalçı Ermənistan diz üstünə çökdürülüb və hazırda Sarkisyan rejimi qapı-qapı xarici ölkələri gəzib, xilas olmaq üçün imdad diləməklə məşğuldur? Yaxud Azərbaycan dövlətinin siyasi iradəsi olmasaydı, ümumiyyətlə, 3 günlük hərbi əməliyyatlarda stareji yüksəklikləri necə əldə edə bilərdi? Eləcə də Ali Baş Komandanımız, müdafiə nazirimiz son bir neçə gündə Ermənistanın sülh danışıqları prosesini və əldə edilmiş atəşkəs rejimini əngəlləməyə çalışacağı halda, daha sərt şəkildə cavab alacağını bəyan etməklə, əslində, siyasi iradə və qətiyyət ortaya qoymayıbmı? Atəşkəsin kövrək olduğunu dövlət rəsmiləri də qeyd edirlərsə, həmin sözləri tutuquşu kimi Ə.Kərimli tərəfindən təkrarlanmasına nə hacət var?

Əgər sabah "armtoday", "jamanak", "hraparak" "168.jam" kimi erməni saytları onun "Azərbaycanın dövlət rəhbərliyinin siyasi iradəsinin olmaması" ifadələrini yazarsa, bunu başqa cür necə adlandırmaq olar?!

Beləliklə, Ə.Kərimli bir daha erməniyə işlədiyini (istəsə də, istəməsə də-R.N.) sübuta yetirmirmi? Əgər sabah "armtoday", "jamanak", "hraparak" "168.jam" kimi erməni saytları onun "Azərbaycanın dövlət rəhbərliyinin siyasi iradəsinin olmaması" ifadələrini yazarsa, bunu başqa cür necə adlandırmaq olar?! Halbuki Ə.Kərimli istisna olmaqla, demək olar ki, bütün Azərbaycan müxalifəti Azərbaycan dövlətinin bu məsələdəki mövqeyinə davamlı dəstək göstərdiklərini, belə bir məqamda ümumxalq maraqlarından çıxış edəcəklərini bəyanlayıblar. Bəs onda Ə.Kərimli niyə kənarda qalıb? MƏSƏLƏ AYDINDIR -NÖVBƏTİ XƏYANƏT!

Digər məqama diqqət yetirək. Ə.Kərimli "ağıllı" statusunda yazır ki, düşmənin güclü müttəfiqi var. Çox yəqin ki, AXCP sədri burada Rusiyaya işarə edir. Ancaq bu "müdrik" ünsür unudur ki, düşmənin nə qədər güclü müttəfiqi olsa da, bu gün həmin müttəfiq siyasi baxışlarını dəyişmək üzrədir. Rusiya ac-yalavac, iqtisadiyyatı çökmüş, oliqarxiya respublikasına çevirlmiş Ermənistanı müttəfiqlik dəftərindən silməyə hazırlaşır. Onun yerinə isə güclü, qüdrətli və dost ölkələrə daim sadiqlik nümayiş etdirən Azərbaycanla hesablaşır. Hər halda gözlənilən Qarabağ danışıqlarının növbəti raundlarında işğal altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılması istiqamətində Rusiyanın istəyinin artması (5, yaxud 7 rayon-R.N.) belə deməyə əsas verir ki, Ermənistan dalana dirənib və Rusiya öz forpostu qarşısında sərt tələblər qoyub.

Bu, böyük uğurun başlanğıcıdır, sənin heç vaxt istəmədiyin bir uğurun, Əli Kərimli!

Bu adam iddia edir ki, guya "dövlət xalqı əzir" və xalq da dövləti buna görə dəstəkləməyəcək (???!!!-R.N.). Baxın, dəyərli oxucular və real dəyərləndirmə edin ki, Ə.Kərimlinin bu ölkəyə və xalqa olan nifrəti özünü neçə çılpaq şəkildə büruzə verir! Məlum hərbi əməliyyatlardan sonra Azərbaycan xalqı bütünlüklə dövlətə dəstəyini göstərdi, hərbi komissarlıqlar qarşısında on minlərlə insan Qarabağa gedib, torpaqlarımızın işğaldan azad edilməsi üçün müraciətlər etdi, milli həmrəylik, hətta Azərbaycanın sərhədlərini belə aşdı, amma Ə.Kərimli...

Ə.Kərimli yazır ki, "kiçik hərbi uğurlardan siyasi rəqiblərin qaralanması üçün deyil, milli həmrəyliyin əldə olunması üçün istifadə etməlidir".

Əsla, bu gün kimsə deyə bilməz ki, hakimiyyət müxalifəti qaralayır və s. Bu gün qaralanan varsa da, yalnız AXCP sədri Ə.Kərimlidir və onu hakimiyyət deyil, ictimai rəy qaralayır. O da ki, bəllidir nəyə görə. Hesab etmək olar ki, əgər kimsə siyasi baxışından və düşüncəsindən asılı olmayaraq, erməni dəyirmanına su tökürsə, nəinki qaralanmalı, bu mənfur əməllərinə görə qanun qarşısına çıxarılmalıdır!

Ə.Kərimli əldə edilən qələbəni "kiçik hərbi uğur" kimi qiymətləndirirsə, böyük səhv edir. Ona görə ki, bu uğur Qarabağımızın azad olunması faktorunu beynəlxalaq gündəmə çıxarıb. Ermənistan işğalçı dövlət qismində danışıqlar masasına doğru zorla sürükləndirilir. ATƏT, AŞPA, BMT və s. nüfuzlu qurumlar dünya mediası Ermənistanın işğalçılıq siyasətindən yazır. Bu, böyük uğurun başlanğıcıdır, sənin heç vaxt istəmədiyin bir uğurun, Ə.Kərimli! Ona görə də sənin və sənin kimi beş-üç nəfər ətrafındakıların "məsləhətlərinə" heç bir ehtiyac qalmır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər