PDF Oxu

Müxalifət

  • 2 147

ADR-dən Müsavata köklü zərbə

image

SİYASİ RAKURS

Partiyanın Füzuli rayon təşkilatı hərəkat sıralarına keçdi

Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Füzuli rayon təşkilatında ümumi yığıncaq keçirilib. Belə ki, müxtəlif məsələlərə toxunulan yığıncaqda baş verən maraqlı məqamlardan biri Müsavatın sabiq başqanı İ.Qəmbərin doğulduğu bölgə müsavatçılarının ADR-ə transfer olmalarıdır.

Müsavat rəhbərliyinin ən çox ümid etdiyi və güvəndiyi Füzuli rayon təşkilatının üzvləri bütünlüklə Qubad İbadoğlunun daha rentabelli siyasi qurum kimi görünən ADR-innə keçid etməkdədirlər

Artıq demək mümkündür ki, Müsavat rəhbərliyinin ən çox ümid etdiyi və güvəndiyi Füzuli rayon təşkilatının üzvləri, bütünlüklə Qubad İbadoğlunun daha rentabelli siyasi qurum kimi görünən ADR-ə keçid etməkdədirlər. Hətta belə demək mümkündür ki, Qubad İbadoğlu siyasi gedişi ilə Müsavatın sabiq başqanı İ.Qəmbərdən, eləcə də onun partiya rəhbərliyinin saxtakarlıq yolu ilə dövr etdirdiyi A.Hacılıdan amansız qisas alır. Burada nəinki Qubad İbadoğlu, eləcə də ADR-in aparıcı funksionerləri, eks-müsavatçılar - Vurğun Əyyib, Ellada Məmmədli də bu məsələdə qarşı tərəfə qurşaqaltı zərbələr vururlar.

AXCP Füzulidə Müsavat qədər ciddi təşkilat yarada bilmədiyi halda, ADR buna haradasa müvəffəq olub

Məsələn, Vurğun Əyyub toplantıdakı çıxışında ADR hərəkatı Füzuli rayon təşkilatının yeni seçilən seçkili orqanlarının fəaliyyətinə uğurlar arzulayıb. Əslində, bu kimi çıxışlar, bilavasitə Müsavat rəhbərliyinə verilən siqnaldır desək, yanılmarıq. Məhz bu baxımdan, qənaətə gəlmək olar ki, ADR-in Füzulidə belə geniş toplantı keçirməsi marağa səbəb olub. Çünki Füzulidə uzun illər Müsavat partiyası ən güclü müxalif təşkilat olaraq tanınır. Bunun bir səbəbi də, yuxarıda qeyd edildiyi kimi, sabiq başqan İ.Qəmbərin əslən bu rayondan olması faktıdır. Halbuki Müsavatın əzəli düşməni hesab edilən AXCP Füzulidə Müsavat qədər ciddi təşkilat yarada bilmədiyi halda, ADR buna haradasa müvəffəq olub. Belə bir hal isə yaxın zamanlarda Müsavata vurulan köklü zərbə olmaqla yanaşı, partiyanın süquta uğraması prosesini sürətləndirəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər