PDF Oxu

Müxalifət

  • 4 222

Müxalifət erməni lobbisinin maraqlarından çıxış edir

image

Son vaxtlar dağıdıcı müxalif qüvvələrin fəallaşdığı, müxtəlif təşəbbüslər və ideyalarla çıxış etdikləri müşühidə olunur. Maraqlıdır ki, bu cür fəallıq bütün hallarda dövlətə və milli maraqlara qarşı yönəlmiş təşəbbüslərdir. Söz yox ki, bu cür fəaliyyətin arxasında xaric anti-Azərbaycan qüvvələrin təsiredici təhriki dayanır. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında müxalifətdə bu kimi təsirlərin real olduğunu bildirdi: "Burada təkcə xarici anti-Azərbaycan qüvvələrin deyil, o cümlədən erməni lobbisinin və havadarlarının dəstəyinin də iyi gəlir. Aprel ayının əvvəlində Azərbaycan Ordusunun erməni təxribatının qarşısını alarkən, göstərdiyi qəhrəmanlıq istər-istəməz dünyanın ermənipərəst qüvvələrini və erməni lobbisini çox ciddi şəkildə narahat edib. Belə bir vəziyyətdə onlar üçün ən yaxşı silah Azərbaycanda nə isə bir qarşıdurma yaratmaqdır. Yəni həmin erməni lobbisinin maraqlarından çıxış edən qüvvələr ölkə daxilində olan bəzi qüvvələrdən öz çirkin niyyətlərinin həyata keçməsi üçün istifadə etməyə çalışmasıdır".

T.Novruzov faktlara istinad edərək, AXCP sədri Əli Kərimlinin, Müsavatın keçmiş başqanı İsa Qəmbərin və Müsavatın hazırkı başqanı Arif Hacılının erməni lobbisinin maraqlarına xidmət edən çıxışlar etdiklərini bildirdi: "Demək olar ki, İ.Qəmbər, A.Hacılı, Ə.Kərimli və bu kimi digər müxalifət funksyenerlərinin fəallaşmasının arxasında, məhz erməni lobbisinin təsiri dayanır. Konkret olaraq, onların məqsədi ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyət yaratmaqdır. Amma nə istəmələrindən asılı olmayaraq, onların ölkəmizlə bağlı məkrli niyyətləri heç vaxt baş tutmayacaq".

"Azərbaycan Naminə İctimai Forumu"nun sədri Eldar Namazov "Milli Şura"dan istefa verdikdən sonra susqunluğa üstünlük verdi. Amma son vaxtlar siyasətdə yenidən görünməyə başlayıb. Sizcə, Eldar Namazov siyasətdə öz yerini tapa biləcəkmi" sualına cavab olaraq T.Novruzov qeyd etdi ki, bundan sonra E.Namazov siyasət aləmində nəyəsə nail ola bilməz: "Çünki E.Namazov siyasət aləmində bitmiş adamdır. Onun kimilərin yenidən dirçəlmələri, siyasətdə özlərinə yer tapmaları qeyri-mümkündür".

T.Novruzov sonda onu da qeyd etdi ki, müxalifət liderlərinin səhv siyasət qurmamalarının nəticəsidir ki, bu gün müxalifət düşərgəsində gərgin vəziyyət hökm sürür: "Müxalifət düşdüyü gərginlikdən çıxış yolu axtarsa da, tapa bilmir. Bu gün bu uğursuz siyasət özünü açıq şəkildə büruzə verir. Daxili acınacaqlı durumun yaranmasının bir səbəbi də müxalifət qüvvələrin biri-birini qəbul etmək istəməmələridir. Bu cür vəziyyət nəticə etibarilə iddialı müxalif partiyaların sıradan çıxmasilə nəticələnəcək".

GÜLYANƏ

Digər xəbərlər